CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti obyektinin istismarına icazənin verilməsi üçün rüsum tutulacaq

© Sputnik / Murad OrujovBakıda tikinti, arxiv şəkli
Bakıda tikinti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Qanun layihəsi "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumu müəyyən edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat dövlət rüsumunun tutulması təklif edilir.
Qeyd edək ki, indiyədək bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.
Qanun layihəsi "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Həmçinin oxuyun:
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılır
Minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir
Dərman vasitələrinin dövlət qeydiyyatına və sertifikata görə rüsumlar qaldırılır
Xəbər lenti
0