CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir

© Sputnik / Murad OrujovBakıda avtomobil hərəkatı, arxiv şəkli
Bakıda avtomobil hərəkatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bir sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Xatırladaq ki, fziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarı ilə təsdiq edilib.
Həmçinin oxuyun:
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılır
Dərman vasitələrinin dövlət qeydiyyatına və sertifikata görə rüsumlar qaldırılır
Xəbər lenti
0