https://sputnik.az/20211102/artan-rusumlar-avtomobillerin-qiymetini-ne-qeder-bahalasdiracaq-kino-hele-qabaqdadir-434814559.html
Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır
Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır
Sputnik Azərbaycan
Ekspert deyir ki, avtomobil bazarında əsas bahalaşma gömrük rüsumlarının artırılması zamanı baş verəcək. 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T20:00+0400
2021-11-02T20:00+0400
2021-11-02T20:21+0400
avtomobil
iqtisadiyyat
rüsum
dövlət
dövlət rüsumu
"dövlət rüsumu haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/40326/57/403265741_0:72:1800:1085_1920x0_80_0_0_5d86f7b161f277a7421d8fe910475e73.jpg
BAKI, 2 noyabr — Sputnik. "Rüsumların artmasının bazara təsir göstərməyəcəyini söyləmək məntiqə sığmır. Hansısa ödənişlər artırsa, bu, mal və xidmətlərin bahalaşmasına gətirib çıxardır. Bu daha çox alqı-satqı əməliyyatları zamanı alanla satan arasındakı qiymətlərdə dəyişikliyə səbəb olacaq".Bunu iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a avtomobillərin özgəninkiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün hazırkı rüsumların artırılması ilə bağlı avtomobil bazarında mümkün qiymət dəyişikliyinə münasibət bildirərkən deyib."Avtomobil satarkən ya alan, yaxud da satan rüsumları öz üzərinə götürürdüsə, indi bu sövdələşmə dəyişəcək. Əgər avtomobili satan şəxs rüsumları öz üzərinə götürəcəksə, təbii ki, bu, avtomobilin satış qiymətinin artmasına rəvac verəcək. Çünki rüsumlarda dəyişiklik baş verir. Yox, əgər qeydiyyat xərcini avtomobili alan öz üzərinə götürəcəksə, bu zaman alıcının cibindən daha çox pul çıxacaq. İstənilən halda bu, avtomobilin qiymətinə təsir göstərəcək. Çünki vətəndaşın avtomobil almaq üçün sərf edəcəyi vəsaitin məbləği artacaq".N.Cəfərli deyir ki, rüsum dəyişikliyi daha çox ikinci əl avtomobillərin satış qiymətinə təsir edəcək. Çünki rəsmi dilerlər yeni avtomobilləri satarkən qeydiyyat rüsumunu öz üzərinə götürə bilər. Amma ikinci əl avtomobillərin satışında bu vəsaiti iki tərəfdən biri, yəni ya avtomobili satan, ya da alan ödəməlidir.Gömrük rüsumu artarsa, bahalaşma ikiqat olacaq?Ekspert deyir ki, avtomobil bazarında əsas qiymət artımı gömrük rüsumları ilə bağlı olur.N.Cəfərli bildirir ki, Azərbaycanda bu sahədə aparılan siyasət kökündən yanlışdır. Onun sözlərinə görə, gömrük rüsumlarının çox baha olması ölkəmizə daha köhnə, təhlükəli və ekoloji zərərli avtomobillərin gətirilməsinə səbəb olur. Əhali məcburən daha ucuz avtomobillərə yönəlir. Nəticədə ölkənin avtoparkı köhnəlir. Ona görə də elektrik avtomobillərinə təşviqlər olmalıdır.Nəqliyyat eksperti Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobillərin qeydiyyat rüsumunun artırılması avtomobil bazarında o qədər də bahalaşmaya səbəb olmayacaq. Ekspert deyir ki, avtomobil bazarında əsas bahalaşma gömrük rüsumlarının artırılması zamanı baş verə bilər: "Xaricdən ölkəmizə gətirilən avtomobillərə aksiz vergisinin artırılması bazarda qiymətə əsas təsir edən amildir. Bu zaman mühərrik həcmi 2500 kubsantimetr olan avtomobillərdə qiymət dəyişikliyi o qədər də yüksək olmayacaq. Lakin mühərrik həcmi 3000 kubsantimetrdən 5000 kubsantimetr olan minik avtomobillərində əhəmiyyətli qiymət dəyişikliyi olacaq. Aksiz vergisinin yüksəlməsi irihəcmli avtomobillərin qiymətinin yüksəlməsinə səbəb ola bilər. Qiymətlər yüksələcəksə, kiçik mühərrikli avtomobillərə tələbat artacaq. Bahalaşma bütünlükdə avtomobil bazarına təsir edəcək.E.Cəfərov bildirib ki, mövsümlə əlaqədar hazırda ikinci əl avtomobil bazarında 2 faiz civarında bahalaşma var. Amma yeni avtomobillərdə qiymət artımı müşahidə olunmayıb.Qeydiyyat rüsumları nə qədər artıb?Xatırladaq ki, ötən gün "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklifi avtomobil sahəsindən də yan keçməyib. Təklif olunan dəyişikliyə əsasən, avtomobillərin özgəninkiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün hazırkı rüsumların artırılması nəzərdə tutulur.Belə ki, təklifə görə, dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat olacaq.Bəs görəsən, təklif qəbul olunarsa, rüsumların artırılması avtomobil bazarı üçün nə vəd edir?Aksiz vergisi nə qədər artacaq?Qeyd edək ki, 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, ölkəmizə xaricdən daxil olan avtomobillərə aksiz vergisinin artırılması nəzərdə tutulur. Aksiz dərəcələrində artım avtomobillərin istehsal ilindən və mühərrik həcmindən asılı olaraq yenidən hesablanacaq. Bu əsasən iri mühərriki olan avtomobillərə şamil olunsa da, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin də aksiz vergisinə əlavə əmsal tətbiq ediləcək. Loru dildə desək, avtomobilin istehsal tarixi 7 ildən artıq olduqda ona əlavə vergi hesablanacaq.İndiyədək avtomobillər 3 ildən yeni və 3 ildən köhnə kimi iki yerə ayrılırdılarsa, təklifə görə, bölgü 3 hissədən ibarət olacaq. 3 ilədək, 3 ildən 7 ilədək və 7 ildən artıq müddət əvvəl istehsal olunanlar. Bununla bağlı məcəlləyə 190.1.4 -4-cü maddə əlavə ediləcək. Bu maddəyə əsasən, ölkəmizə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda hesablanan aksizin məbləği əlavə əmsala vurulmaqla artırılacaq. Benzin mühərrikli minik avtomobillərinin aksizi 1,2 dəfə, dizel mühərrikli minik avtomobillərinin aksiz vergisi isə 1,5 əmsala vurulacaq. Beləcə əgər istehsal tarixi 7 ildən artıq olan benzin mühərrikli avtomobilin aksiz vergisi ən azı min manat artacaq. Avtomobil dizellə işləyirsə, aksiz vergisi daha yüksək olacaq.Həmçinin oxuyun:Nazir müavini dövlət rüsumlarının qaldırılmasının səbəbini açıqladıAvtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılırDərman vasitələrinin dövlət qeydiyyatına və sertifikata görə rüsumlar qaldırılırMinik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşirTikinti obyektinin istismarına icazənin verilməsi üçün rüsum tutulacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40326/57/403265741_180:0:1800:1215_1920x0_80_0_0_9c4d3a00fb3d018f273f26b4a73e0f5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtomobil, rüsum, dövlət, dövlət rüsumu, "dövlət rüsumu haqqında" qanun
avtomobil, rüsum, dövlət, dövlət rüsumu, "dövlət rüsumu haqqında" qanun
Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır
20:00 02.11.2021 (Yenilənib: 20:21 02.11.2021) Ekspert deyir ki, avtomobil bazarında əsas bahalaşma gömrük rüsumlarının artırılması zamanı baş verəcək.
BAKI, 2 noyabr — Sputnik. "Rüsumların artmasının bazara təsir göstərməyəcəyini söyləmək məntiqə sığmır. Hansısa ödənişlər artırsa, bu, mal və xidmətlərin bahalaşmasına gətirib çıxardır. Bu daha çox alqı-satqı əməliyyatları zamanı alanla satan arasındakı qiymətlərdə dəyişikliyə səbəb olacaq".
Bunu iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a avtomobillərin özgəninkiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün hazırkı rüsumların artırılması ilə bağlı avtomobil bazarında mümkün qiymət dəyişikliyinə münasibət bildirərkən deyib.
"Avtomobil satarkən ya alan, yaxud da satan rüsumları öz üzərinə götürürdüsə, indi bu sövdələşmə dəyişəcək. Əgər avtomobili satan şəxs rüsumları öz üzərinə götürəcəksə, təbii ki, bu, avtomobilin satış qiymətinin artmasına rəvac verəcək. Çünki rüsumlarda dəyişiklik baş verir. Yox, əgər qeydiyyat xərcini avtomobili alan öz üzərinə götürəcəksə, bu zaman alıcının cibindən daha çox pul çıxacaq. İstənilən halda bu, avtomobilin qiymətinə təsir göstərəcək. Çünki vətəndaşın avtomobil almaq üçün sərf edəcəyi vəsaitin məbləği artacaq".
N.Cəfərli deyir ki, rüsum dəyişikliyi daha çox ikinci əl avtomobillərin satış qiymətinə təsir edəcək. Çünki rəsmi dilerlər yeni avtomobilləri satarkən qeydiyyat rüsumunu öz üzərinə götürə bilər. Amma ikinci əl avtomobillərin satışında bu vəsaiti iki tərəfdən biri, yəni ya avtomobili satan, ya da alan ödəməlidir.
Gömrük rüsumu artarsa, bahalaşma ikiqat olacaq?
Ekspert deyir ki, avtomobil bazarında əsas qiymət artımı gömrük rüsumları ilə bağlı olur.
N.Cəfərli bildirir ki, Azərbaycanda bu sahədə aparılan siyasət kökündən yanlışdır. Onun sözlərinə görə, gömrük rüsumlarının çox baha olması ölkəmizə daha köhnə, təhlükəli və ekoloji zərərli avtomobillərin gətirilməsinə səbəb olur. Əhali məcburən daha ucuz avtomobillərə yönəlir. Nəticədə ölkənin avtoparkı köhnəlir. Ona görə də elektrik avtomobillərinə təşviqlər olmalıdır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobillərin qeydiyyat rüsumunun artırılması avtomobil bazarında o qədər də bahalaşmaya səbəb olmayacaq. Ekspert deyir ki, avtomobil bazarında əsas bahalaşma gömrük rüsumlarının artırılması zamanı baş verə bilər: "Xaricdən ölkəmizə gətirilən avtomobillərə aksiz vergisinin artırılması bazarda qiymətə əsas təsir edən amildir. Bu zaman mühərrik həcmi 2500 kubsantimetr olan avtomobillərdə qiymət dəyişikliyi o qədər də yüksək olmayacaq. Lakin mühərrik həcmi 3000 kubsantimetrdən 5000 kubsantimetr olan minik avtomobillərində əhəmiyyətli qiymət dəyişikliyi olacaq. Aksiz vergisinin yüksəlməsi irihəcmli avtomobillərin qiymətinin yüksəlməsinə səbəb ola bilər. Qiymətlər yüksələcəksə, kiçik mühərrikli avtomobillərə tələbat artacaq. Bahalaşma bütünlükdə avtomobil bazarına təsir edəcək.
E.Cəfərov bildirib ki, mövsümlə əlaqədar hazırda ikinci əl avtomobil bazarında 2 faiz civarında bahalaşma var. Amma yeni avtomobillərdə qiymət artımı müşahidə olunmayıb.
Qeydiyyat rüsumları nə qədər artıb?
Xatırladaq ki, ötən gün "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklifi avtomobil sahəsindən də yan keçməyib. Təklif olunan dəyişikliyə əsasən, avtomobillərin özgəninkiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün hazırkı rüsumların artırılması nəzərdə tutulur.
Belə ki, təklifə görə, dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.
Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat olacaq.
Bəs görəsən, təklif qəbul olunarsa, rüsumların artırılması avtomobil bazarı üçün nə vəd edir?
Aksiz vergisi nə qədər artacaq?
Qeyd edək ki, 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, ölkəmizə xaricdən daxil olan avtomobillərə aksiz vergisinin artırılması nəzərdə tutulur. Aksiz dərəcələrində artım avtomobillərin istehsal ilindən və mühərrik həcmindən asılı olaraq yenidən hesablanacaq. Bu əsasən iri mühərriki olan avtomobillərə şamil olunsa da, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin də aksiz vergisinə əlavə əmsal tətbiq ediləcək. Loru dildə desək, avtomobilin istehsal tarixi 7 ildən artıq olduqda ona əlavə vergi hesablanacaq.
İndiyədək avtomobillər 3 ildən yeni və 3 ildən köhnə kimi iki yerə ayrılırdılarsa, təklifə görə, bölgü 3 hissədən ibarət olacaq. 3 ilədək, 3 ildən 7 ilədək və 7 ildən artıq müddət əvvəl istehsal olunanlar. Bununla bağlı məcəlləyə 190.1.4 -4-cü maddə əlavə ediləcək. Bu maddəyə əsasən, ölkəmizə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda hesablanan aksizin məbləği əlavə əmsala vurulmaqla artırılacaq. Benzin mühərrikli minik avtomobillərinin aksizi 1,2 dəfə, dizel mühərrikli minik avtomobillərinin aksiz vergisi isə 1,5 əmsala vurulacaq. Beləcə əgər istehsal tarixi 7 ildən artıq olan benzin mühərrikli avtomobilin aksiz vergisi ən azı min manat artacaq. Avtomobil dizellə işləyirsə, aksiz vergisi daha yüksək olacaq.