Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir müavini dövlət rüsumlarının qaldırılmasının səbəbini açıqladı

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində büdcəyə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda elə bir hal yoxdur ki, hansısa rüsum inflyasiya səviyyəsindən yüksək müəyyən edilsin.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə nail olunub:

"Dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır. Bunların təyin olunduğu dövrdən indiyə qədər bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiya səviyyəsindən yüksək kiməsə rüsum müəyyən edək".

Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində büdcəyə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.
O bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.
O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən infilyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.
Həmçinin oxuyun:
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılır
Dərman vasitələrinin dövlət qeydiyyatına və sertifikata görə rüsumlar qaldırılır
Minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir
Tikinti obyektinin istismarına icazənin verilməsi üçün rüsum tutulacaq
Xəbər lenti
0