https://sputnik.az/20211102/rusumun-qaldirilmasi-vetendasa-nece-tesir-edecek-434816638.html
Rüsumun qaldırılması vətəndaşa necə təsir edəcək?
Rüsumun qaldırılması vətəndaşa necə təsir edəcək?
Sputnik Azərbaycan
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilir və 260-dan çox rüsumun məbləğinə yenidən baxılır. İqtisadçı-ekspert rüsumların dəyişdirilməsinə münasibət... 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T21:00+0400
2021-11-02T21:00+0400
2021-11-02T20:21+0400
rüsum
cəmiyyət
milli məclis
tahir mirkişili
dövlət rüsumu
"dövlət rüsumu haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/40836/30/408363026_0:0:2000:1125_1920x0_80_0_0_28d5710c64ce8fd7bc6fef2858200bbb.jpg
BAKI, 2 noyabr — Sputnik. Dövlət rüsumlarının dəyişməsi insanların xidmətlərdən faydalanarkən daha çox pul ödəməsinə gətirib çıxardacaq. Bu da insanların maddi vəziyyətinə mənfi təsir edəcək. Ancaq əksər dövlət rüsumları bizim istehlak səbətinə daxil olmadığına görə rüsumların artırılmasını sosial vəziyyətin pisləşəcəyi kimi qeyd etmək doğru olmaz. Məsələn, pasportun dəyişdirilməsi, daşınmaz əmlakın alqı-satqısı və s. ilə bağlı rüsumların ödənilməsi müəyyən zamanlarda, arabir baş verir. Ona görə də bunun ciddi sosial problem yaradacağını düşünmürəm.Bunu iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a 260-dan çox dövlət rüsumunun dəyişdirilməsinə münasibət bildirərkən deyib.O bildirib ki, rüsumların qaldırılmasının vətəndaş üçün xeyri yoxdur: "Bu, qurumların gəlirlərinin artmasına və onların büdcədən dotasiya almasının azalmasına təsir göstərə bilər. Vətəndaşın aldığı xidmət isə dəyişməyəcək, lakin ödədiyi vəsait artacaq. Ona görə də bu, vətəndaşın dövlətinə xeyirlidir. Hesab etmirəm ki, rüsumların qaldırılması xidmətlərin keyfiyyətinə təsir edəcək".İqtisadçı ölkədə tətbiq olunan bir çox dövlət rüsumlarının məbləğinin maya dəyərindən aşağı olması məsələsinə də münasibət bildirib: "Rüsumlar hər il yox, 5-15 ildən bir yenilənir. Ancaq xidmətləri həyata keçirən dövlət işçilərinin əməkhaqqı, ofis, kommunikasiya xərcləri artır və bunlar rüsumun dəyişməsini gözləmir. 10-15 il öncə təsdiq edilən rüsum ilə göstərilən xidmət arasında fərq yarana bilər".Dərmanların qeydiyyatı ilə bağlı rüsumun artması qiymətə təsir göstərəcəkmi sualına ekspert belə cavab verib: "Bu addımın dərmanın qiymətinə ciddi təsir edəcəyini gözləmirəm. Çünki dərmanların qeydiyyatı ilə bağlı rüsumun artmasının dərmanların maya dəyərində xüsusi çəkisi çox azdır. Vacib, zəruri hesab olunan dərmanların qiymətinə Tarif Şurası mütəmadi olaraq baxır və qiymətləri təsdiqləyir. Bizdə dərmanların qiymətinə təsir göstərəcək əsas amil dünya bazarında dərmanların qiymətinin bahalaşmasıdır. Ölkədə dərman sənayesi yoxdur və əsasən dərmanlar idxal olunur. Yəni idxal inflyasiyası nəticədə qiymətlərə təsir göstərə bilər".266 dövlət rüsumunun məbləğinə yenidən baxılırQeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır: "Onların hər biri üzrə qərar qəbul olunduğu dövrdən bu dövrə qədər olan müddətdə bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiyadan yüksək rüsum müəyyən edək. Bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə artıq çatmışıq. Bunun daxilində hansısa struktura yenidən baxmaq lazımdırsa, bunu etməyə hazırıq".Nazir müavini rüsumların qaldırılmasının səbəblərinə aydınlıq gətiribA.Bayramov bildirib ki, hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır: "Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir. Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Onsuz da bu gün bizdə 1 yaşınadək olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir".O əlavə edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: "Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. O baxımdan bu rəqəmlərə baxmaq zəruridir". Nazir müavini dərmanların qeydiyyatı ilə bağlı rüsumun artmasının qiymətə təsir göstərəcəyinə inanmadığını da dilə gətirib.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, təklif edilən dəyişikliklər əsasən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam olaraq büdcəyə köçürülməsi, mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun qanunvericilikdə təsbiti, rüsumlarda inflyasiya səviyyəsinə uyğun indeksasiyanın aparılması istiqamətlərini özündə ehtiva edir.Həmçinin oxuyun:Nazir müavini dövlət rüsumlarının qaldırılmasının səbəbini açıqladıAvtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılırDərman vasitələrinin dövlət qeydiyyatına və sertifikata görə rüsumlar qaldırılırMinik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşirTikinti obyektinin istismarına icazənin verilməsi üçün rüsum tutulacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40836/30/408363026_237:0:1802:1174_1920x0_80_0_0_a0cd3fd57fdf307a2be19d03ee5782e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rüsum, milli məclis, tahir mirkişili, dövlət rüsumu, "dövlət rüsumu haqqında" qanun
rüsum, milli məclis, tahir mirkişili, dövlət rüsumu, "dövlət rüsumu haqqında" qanun
Rüsumun qaldırılması vətəndaşa necə təsir edəcək?
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilir və 260-dan çox rüsumun məbləğinə yenidən baxılır. İqtisadçı-ekspert rüsumların dəyişdirilməsinə münasibət bildirib.
BAKI, 2 noyabr — Sputnik. Dövlət rüsumlarının dəyişməsi insanların xidmətlərdən faydalanarkən daha çox pul ödəməsinə gətirib çıxardacaq. Bu da insanların maddi vəziyyətinə mənfi təsir edəcək. Ancaq əksər dövlət rüsumları bizim istehlak səbətinə daxil olmadığına görə rüsumların artırılmasını sosial vəziyyətin pisləşəcəyi kimi qeyd etmək doğru olmaz.
Məsələn, pasportun dəyişdirilməsi, daşınmaz əmlakın alqı-satqısı və s. ilə bağlı rüsumların ödənilməsi müəyyən zamanlarda, arabir baş verir. Ona görə də bunun ciddi sosial problem yaradacağını düşünmürəm.
Bunu iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a 260-dan çox dövlət rüsumunun dəyişdirilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, rüsumların qaldırılmasının vətəndaş üçün xeyri yoxdur: "Bu, qurumların gəlirlərinin artmasına və onların büdcədən dotasiya almasının azalmasına təsir göstərə bilər. Vətəndaşın aldığı xidmət isə dəyişməyəcək, lakin ödədiyi vəsait artacaq. Ona görə də bu, vətəndaşın dövlətinə xeyirlidir. Hesab etmirəm ki, rüsumların qaldırılması xidmətlərin keyfiyyətinə təsir edəcək".
İqtisadçı ölkədə tətbiq olunan bir çox dövlət rüsumlarının məbləğinin maya dəyərindən aşağı olması məsələsinə də münasibət bildirib: "Rüsumlar hər il yox, 5-15 ildən bir yenilənir. Ancaq xidmətləri həyata keçirən dövlət işçilərinin əməkhaqqı, ofis, kommunikasiya xərcləri artır və bunlar rüsumun dəyişməsini gözləmir. 10-15 il öncə təsdiq edilən rüsum ilə göstərilən xidmət arasında fərq yarana bilər".
Dərmanların qeydiyyatı ilə bağlı rüsumun artması qiymətə təsir göstərəcəkmi sualına ekspert belə cavab verib:
"Bu addımın dərmanın qiymətinə ciddi təsir edəcəyini gözləmirəm. Çünki dərmanların qeydiyyatı ilə bağlı rüsumun artmasının dərmanların maya dəyərində xüsusi çəkisi çox azdır. Vacib, zəruri hesab olunan dərmanların qiymətinə Tarif Şurası mütəmadi olaraq baxır və qiymətləri təsdiqləyir. Bizdə dərmanların qiymətinə təsir göstərəcək əsas amil dünya bazarında dərmanların qiymətinin bahalaşmasıdır. Ölkədə dərman sənayesi yoxdur və əsasən dərmanlar idxal olunur. Yəni idxal inflyasiyası nəticədə qiymətlərə təsir göstərə bilər".
266 dövlət rüsumunun məbləğinə yenidən baxılır
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır: "Onların hər biri üzrə qərar qəbul olunduğu dövrdən bu dövrə qədər olan müddətdə bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiyadan yüksək rüsum müəyyən edək. Bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə artıq çatmışıq. Bunun daxilində hansısa struktura yenidən baxmaq lazımdırsa, bunu etməyə hazırıq".
Nazir müavini rüsumların qaldırılmasının səbəblərinə aydınlıq gətirib
A.Bayramov bildirib ki, hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır: "Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir. Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Onsuz da bu gün bizdə 1 yaşınadək olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir".
O əlavə edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: "Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. O baxımdan bu rəqəmlərə baxmaq zəruridir". Nazir müavini dərmanların qeydiyyatı ilə bağlı rüsumun artmasının qiymətə təsir göstərəcəyinə inanmadığını da dilə gətirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, təklif edilən dəyişikliklər əsasən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam olaraq büdcəyə köçürülməsi, mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun qanunvericilikdə təsbiti, rüsumlarda inflyasiya səviyyəsinə uyğun indeksasiyanın aparılması istiqamətlərini özündə ehtiva edir.