https://sputnik.az/20211026/sabaha-rusiyadan-mesqci-gelir-434586632.html
"Sabah"a Rusiyadan məşqçi gəlir
"Sabah"a Rusiyadan məşqçi gəlir
Sputnik Azərbaycan
Rusiya klubunun keçmiş məşqçisi artıq Bakıya gəlib və "Sabah"ın şərtləri ilə tanış olub, düşünmək üçün bir neçə gün istəyib. 26.10.2021, Sputnik Azərbaycan
2021-10-26T08:36+0400
2021-10-26T08:36+0400
2021-10-26T08:36+0400
idman
futbol
baş məşqçi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42156/77/421567791_0:95:1920:1175_1920x0_80_0_0_8aa8b596ac3449bac47722acee72e222.jpg
BAKI, 26 oktyabr - Sputnik. Rusiyanın "Krasnodar" futbol klubunun sabiq baş məşqçisi Murad Musayev Bakının "Sabah" klubunun baş məşqçisi vəzifəsinə namizədlərdən biridir. Bu barədə Sputnik Azərbaycan-a klubun idman direktoru, 1988-ci il Seul Olimpiadasının çempionu İqor Ponomaryov deyib. Ötən həftə "Sabah" FK baş məşqçisi Ramin Quliyevi istefaya göndərib. Buna səbəb kimi paytaxt klubunun Azərbaycan Premyer Liqasında uğursuz çıxışı göstərilib. Milli birinciliyin ilk dövrəsinin nəticələrinə görə, "Sabah" cəmi bir xal toplayıb (bir heç-heçə və altı məğlubiyyət) və turnir cədvəlinin son pilləsinə yuvarlanıb.Sonra sosial şəbəkədə "Sabah"a Rusiya Premyer Liqası klubu olan "Krasnodar"ın keçmiş baş məşqçisi Murad Musayevin gətiriləcəyi söhbəti yayıldı. 37 yaşlı rusiyalı mütəxəssis "Krasnodart"ın heyətində çalışırdı, 2019/20 mövsümündən isə de-fakto klubun baş məşqçisi idi, Pro lisenziyasının alınması üçün akademiyada təhsil aldıqdan sonra isə məşqçiliyi rəsmiləşdi (əks halda klub cərimə oluna bilərdi). Həmin mövsüm "Krasnodar" Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının bürünc mükafatçısı oldu. Növbəti mövsümdə isə klub sabit çıxış etmirdi, "Axmat" klubuna 0:5 hesabı ilə məğlub olduqdan sonra isə Musayev istefa verdi. İndi isə çox güman ki, Musayev Bakı klubu ilə müqavilə imzalamağa çox yaxındır. Bildirilir ki, o artıq Bakıya gələrək klubun şərtləri ilə tanış olub, fikirləşmək üçün bir neçə gün istəyib."Sabah"ın idman direktoru, SSRİ yığması ilə 1988-ci ildə Seul Olimpiadasının çempionu olmuş İqor Ponomaryov Sputnik Azrbaycan-la söhbətində ehtimalı təsdiqləyib. Klub rəsmisi həmçinin qeyd edib ki, "Sabah"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında həm əcnəbi, həm də yerli məşqçilər var, ancaq onların dəqiq sayını açıqlamayıb.Eləcə də oxuyun:* "Qarabağ" kimdən öndə, kimdən geridədir - UEFA-nın statistikası* Tək İngiltərə deyil, indi bütün dünya bu oyundan danışır* "Kayrat" komandasını aparan təyyarə Almatıda qəzaya uğradı* Səudiyyə Ərəbistanının aldığı "Nyukasl"a transfer limiti qoyulub* AVRO-2020: Ən yaxşı qolun müəllifi mükafatlandırılıb
https://sputnik.az/20211024/ramil-seydayev-olke-cempionlarini-nece-zeif-reqib-adlandirmaq-olar-434538884.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42156/77/421567791_114:0:1806:1269_1920x0_80_0_0_9ce2ab3e1379fbfb72ab80436c5b0e88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
futbol, baş məşqçi, azərbaycan
futbol, baş məşqçi, azərbaycan
"Sabah"a Rusiyadan məşqçi gəlir
Rusiya klubunun keçmiş məşqçisi artıq Bakıya gəlib və "Sabah"ın şərtləri ilə tanış olub, düşünmək üçün bir neçə gün istəyib.
BAKI, 26 oktyabr - Sputnik. Rusiyanın "Krasnodar" futbol klubunun sabiq baş məşqçisi Murad Musayev Bakının "Sabah" klubunun baş məşqçisi vəzifəsinə namizədlərdən biridir.
Bu barədə
Sputnik Azərbaycan-a klubun idman direktoru, 1988-ci il Seul Olimpiadasının çempionu
İqor Ponomaryov deyib.
Ötən həftə "Sabah" FK baş məşqçisi Ramin Quliyevi istefaya göndərib. Buna səbəb kimi paytaxt klubunun Azərbaycan Premyer Liqasında uğursuz çıxışı göstərilib. Milli birinciliyin ilk dövrəsinin nəticələrinə görə, "Sabah" cəmi bir xal toplayıb (bir heç-heçə və altı məğlubiyyət) və turnir cədvəlinin son pilləsinə yuvarlanıb.
Sonra sosial şəbəkədə "Sabah"a Rusiya Premyer Liqası klubu olan "Krasnodar"ın keçmiş baş məşqçisi Murad Musayevin gətiriləcəyi söhbəti yayıldı. 37 yaşlı rusiyalı mütəxəssis "Krasnodart"ın heyətində çalışırdı, 2019/20 mövsümündən isə de-fakto klubun baş məşqçisi idi, Pro lisenziyasının alınması üçün akademiyada təhsil aldıqdan sonra isə məşqçiliyi rəsmiləşdi (əks halda klub cərimə oluna bilərdi). Həmin mövsüm "Krasnodar" Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının bürünc mükafatçısı oldu. Növbəti mövsümdə isə klub sabit çıxış etmirdi, "Axmat" klubuna 0:5 hesabı ilə məğlub olduqdan sonra isə Musayev istefa verdi.
İndi isə çox güman ki, Musayev Bakı klubu ilə müqavilə imzalamağa çox yaxındır. Bildirilir ki, o artıq Bakıya gələrək klubun şərtləri ilə tanış olub, fikirləşmək üçün bir neçə gün istəyib.
"Sabah"ın idman direktoru, SSRİ yığması ilə 1988-ci ildə Seul Olimpiadasının çempionu olmuş İqor Ponomaryov Sputnik Azrbaycan-la söhbətində ehtimalı təsdiqləyib.
"Bəli, klub baş məşqçisiz qaldıqdan sonra biz onun yerinə aktiv şəkildə mütəxəssis axtarırıq. Murad Musayev namizədlərdən biridir. Musayev hücum futboluna üstünlük verir, gənc və perspektivli məşqçidir. Düzdür, Rusiya Premyer Liqasında az işləyib, təxminən üç il. Odur ki, müəyyən təcrübəyə malikdir. Ümid edək ki, yaxın günlərdə ya o, ya da başqa biri bizim gözəl komandamıza rəhbərlik edəcək", - Ponomaryov deyib.
Klub rəsmisi həmçinin qeyd edib ki, "Sabah"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında həm əcnəbi, həm də yerli məşqçilər var, ancaq onların dəqiq sayını açıqlamayıb.
* Səudiyyə Ərəbistanının aldığı
"Nyukasl"a transfer limiti qoyulub
* AVRO-2020:
Ən yaxşı qolun müəllifi mükafatlandırılıb