Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020: Ən yaxşı qolun müəllifi mükafatlandırılıb

© REUTERS / ANDREAS GEBERTPatrik Şik
Patrik Şik  - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Almaniya "Bayer"ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.
BAKI, 18 oktyabr — Sputnik. Çexiya millisinin futbolçusu Patrik Şik 2020-ci il Avropa çempionatının ən yaxşı qolunun müəllifi üçün hazırlanmış mükafata layiq görülüb.
Sputnik Azərbaycan xəbər verir ki, 25 yaşlı hücumçuya rusiyalı kalliqraf-rəssam Pokras Lampasın hazırladığı xüsusi kubok təqdim olunub.
Qeyd edək ki, Patrik Şik Şotlandiyanı 2:0 hesabı ilə məğlub etdikləri D qrupunun I tur matçında fərqlənib. Almaniya "Bayer"ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.
Xəbər lenti
0