DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Kayrat" komandasını aparan təyyarə Almatıda qəzaya uğradı

© Sputnik Тимур БатыршинAlmatı Hava Limanında təyyarə
Almatı Hava Limanında  təyyarə - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" – "Kayrat" matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
BAKI, 22 oktyabr — Sputnik. Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşan "Kayrat" Bakıdan Qazaxıstana qayıdanda qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, komandanı ölkəyə aparan hava gəmisi Almatı Hava Limanında avtomobillə toqquşub.
Yerli vaxtla səhər saat 7 radələrində baş verən fövqəladə hadisə zamanı "Renault" markalı avtomobil "FlyJet" şirkətinə məxsus təyyarənin altında qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır və bununla bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.
Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" – "Kayrat" matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xəbər lenti
0