Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" kimdən öndə, kimdən geridədir - UEFA-nın statistikası

© Sputnik / Murad OrujovUEFA Konfrans Liqasında "Qarabağ" - "Kayrat" oyunundan kadr
UEFA Konfrans Liqasında Qarabağ - Kayrat oyunundan kadr - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Azərbaycanın Konfrans Liqasındakı yeganə təmsilçisi olan “Qarabağ” və onun futbolçuları bir çox statistik göstəricilərdə öncüllərdəndir.
BAKI, 24 oktyabr - Sputnik. Konfrans Liqasında qrup mərhələsi yarılanıb.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, ilk 3 turda keçirilən 48 matçda qapılara ümumilikdə 138 qol vurulub.
Turnirdə Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” və onun futbolçuları bir çox statistik göstəricilərdə öncüllərdəndir. Həmin diqqətçəkən məqamlar bunlardır:
- “Qarabağ” ilk 3 turda ən çox qol vuran komandaların sıralamasında 7-ci yeri bölüşür. Aktivində 6 qol olan Ağdam təmsilçisini ən məhsuldar komanda olan Təl-Əviv “Makkabi”sindən (10) 4 top ayırır.
- Rəqib qapılarına zərbə sayında komandamız turnirin üçüncüsüdür – 54 zərbə. Bu baxımdan yalnız “Vitess” (61 zərbə) və “Renn” (58) Qurban Qurbanovun yetirmələrini qabaqlayır. Ancaq çərçivəyə ünvanlanan dəqiq zərbəyə görə təmsilçimiz liderdir. Ağdamlıların 54 cəhdindən 21-i dəqiq olub. “Gent” və “Qarabağ”ın qrupunda yer alan “Bazel”də bu say 20-dir. Eyni zamanda zərbəsinə ən çox blok qoyulan komanda da “Qarabağ”dır (16 dəfə).
- Üç turda ən çox korner yerinə yetirən komanda Sofiya MOİK-idir. Bolqarlar 26 dəfə künc zərbəsindən şansını sınayıbsa, “Qarabağ” 19 kornerlə 4-cüdür.
- Azərbaycan klubu cərimə zərbələri sayında da liderlərdəndir. Əleyhinə ən çox cərimə zərbəsi təyin edilən komanda “Feyenoord”dursa (51), “Qarabağ” 48 kobudluqla ikincidir. 41 dəfə kobudluğa məruz qalan ağdamlılar bu baxımdan isə 7-ci yerdə qərarlaşır.
“Qarabağ” -ın oyunçusu - Sputnik Azərbaycan, 1920, 21.10.2021
İDMAN
"Qarabağ"dan əzmkar qələbə və qrup liderliyi
- Topa sahib olmaya görə, “Qarabağ” Konfrans Liqasının ən yaxşısıdır. Komandamızın üç matçda topla oynama dərəcəsi 64 faizdir. Ötürmələrin dəqiqlik faizində isə Qurbanovun kollektivi 5-ci sıradadır – 84,7 faiz. Bu baxımdan lider “Tottenhem”də dəqiqlik faizi 87,3-dür.
- “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes ən çox zərbə vuran futbolçuların sıralamasına liderlik edir. Braziliyalı 13 cəhdlə Maksimilian Vittek (“Vitess”) və Qaetan Laborde (“Renn”) ilə birinci pilləyə şərikdir. Kadi və “Qarabağ”ın hücumçusu İbrahima Vadjinin 5 zərbəsi qeyri-dəqiq alınıb ki, onlar bu baxımdan daha altı oyunçu ilə 3-cü yeri bölüşdürürlər. Zərbəsinə ən çox blok qoyulan oyunçuların statistikasında isə Borqes (4 dəfə) 3-cü, Vadji isə (3) 6-cı yerə şərikdir.
- Kadi Borqes ən çox kobud oynayan və kobudluğa məruz qalanlar sırasında da öncüllərdəndir. Birinci göstəriciyə görə o, 2-ci pillədə (10 kobudluqla) yer alır. Rəqib oyunçularını 9 dəfə cərimə ilə dayandıran digər yarımmüdafiəçi Patrik Andrade isə 4-cü yeri bölüşdürür. 11 dəfə komandasına foul qazandıran Kadi bu statistikada da 2-ci yerdə qərarlaşır.
- Topu ələ keçirmədə mərkəz müdafiəçilərimiz Maksim Medvedev və Kevin Medinanın göstəriciləri diqqətçəkəndir. Kapitan üç matçda 27 dəfə rəqibin həmləsinin qarşısını kəsib ki, Medinada bu rəqəm 25-dir. Maksim 2-ci, Kevin isə 5-ci pilləni bölüşdürür. Lider Nqadeu-Nqadjui Maksimi cəmi 1 dəqiq həmlə ilə qabaqlayır.
Eləcə də oxuyun:
* Futbol hakimində koronavirus aşkarlandı - Azərbaycanda
* "Kayrat" komandasını aparan təyyarə Almatıda qəzaya uğradı
* Fotolent: "Qarabağ"-ın "Kayrat" üzərində qələbəsi şəkillərdə
* AVRO-2020: Ən yaxşı qolun müəllifi mükafatlandırılıb
Xəbər lenti
0