Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ramil Şeydayev: Ölkə çempionlarını necə zəif rəqib adlandırmaq olar?

© Photo : Facebook / Qarabağ FKAğdamın "Qarabağ" futbol klubunun hücumçusu Ramil Şeydayev
Ağdamın Qarabağ futbol klubunun hücumçusu Ramil Şeydayev - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Ağdamın "Qarabağ" klubunun və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Kayrat"a qalib gəldikləri oyundan və Qurban Qurbanovun sözlərinə münasibətindən danışıb.
Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində Qazaxıstanın "Kayrat" klubunu 2:1 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb. Həmin oyunun gedişində Qurban Qurbanovun yetirmələri ilk yarıda məğlub durumda idilər, ikinci hissə başlayanda isə toparlana bildilər və son dəqiqələrdə qələbə qolunu vurdular.
Oyunun qəhrəmanlarından biri də matçın 79-cu dəqiqəsində hesabı bərabərləşdirən, Azərbaycan millisinin forvardı Ramil Şeydayev idi. Qələbə qolunu isə ilk əlavə olunmuş dəqiqədə müdafiəçi Abbas Hüseynov vurdu. Sputnik Azərbaycan-a müsahibəsində Ramil Şeydayev "Kayrat"la oyundan təəssüratlarını bölüşüb.
- Oyun haqda nə deyə bilərsiniz?
- Gözlədiyimiz kimi, mürəkkəb oyun oldu. Ancaq gedişatı "sındıra" bildik. Qələbə çalıb azarkeşlərimizi sevindirdiyimizə görə çox şad olduq.
- Həmin oyunda qol vuracağınıza əmin idiniz?
Футболист польской Легии Махир Эмрели в матче против московского Спартака в первом туре группового этапа Лиги Европы - Sputnik Azərbaycan, 1920, 02.10.2021
İDMAN
Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına düşüb
- Hücumçu hər zaman öz gücünə, qələbə qazanmaq üçün öz komandasına istənilən anda kömək edəcəyinə inanmalıdır.
- Sizin vurduğunuz qolu oyunun əsas məqamı adlandırmaq olar?
- Məncə, əsas məqam Abbas Hüseynovun qələbə qolu idi. Biz həmişə sonadək qələbə qazanacağımıza inanırıq və cari mövsümdə bunu dəfələrlə sübut etmişik.
- Vurduğunuz qol psixoloji nöqteyi-nəzərdən nə qədər vacibdir?
- Vurduğum hər bir qol psixoloji nöqteyi-nəzərdən mənim üçün vacibdir.
- "Kayrat"a qalib gəlməyinizi necə qeyd etdiniz?
- İndi hansısa qələbəni bayram eləməyə vaxt yoxdur, çünki oyunlar çoxdur, qrafikimiz sıxdır. Odur ki, bir oyundan sonra o birinə hazırlaşmağa başlayırıq. Allah qoysa, qrupdan çıxarıq və onu qeyd edərik.
- Yeri gəlmişkən, oyundan sonra mətbuat konfransında Qurban Qurbanov dedi ki, ən çox sizin qolunuza sevinib.
- Əlbəttə, bu, motivasiya verir. Komandaya fayda verdiyimə görə şadam.
- "Kayrat"la görüşdən öncə Qurban Qurbanov demişdi ki, məğlubiyyətsiz seriya onu narahat edir, çünki bu, oyunçulara bir növ təzyiq göstərir.
Лионель Месси - Sputnik Azərbaycan, 1920, 14.10.2021
İDMAN
Bir neçə saat ərzində "virus"a döndü: "Messi, anamı bağışla..."
- Deməzdim ki, bu bizə güclü təzyiq göstərir. Daha çox üzərimizə böyük məsuliyyət qoyur. Biz hədəfi çox yüksəyə qaldırmışıq və ona riayət etməli, daha yaxşı olmalıyıq.
- "Qarabağ"ın ilk hissədə qol buraxması, ikinci hissədə isə son dəqiqələrdə qol vurması artıq ilk hal deyil...
- Burada əsas məsələ odur ki, uduzmuruq. Olur ki, ilk qolu biz buraxırıq, tərsinə də olur. Ancaq nəticədə uduzmuruq. Bu, komandanın güclü xarakterinin göstəricisidir.
- "Qarabağ" uzun müddətdən bəri ilk dəfədir avrokubokun pley-offuna çıxmağa bu qədər yaxındır. Necə düşünürsüz, bu, Konfrans Liqasındakı klubların digər avrokuboklara nəzərən səviyyəsinin aşağı olmasından irəli gəlir, yoxsa "Qarabağ" bu mövsüm daha yaxşı çıxış edir?
- Hazırda komandamız uğura köklənib, rəqiblərimizsə heç də zəif deyillər. Ölkə çempionlarını necə zəif rəqib adlandırmaq olar? İndi öz qrupumuzda liderlikdə olmağımızda sırf komandanın əməyi var.
Eləcə də oxuyun:
* "Qarabağ" kimdən öndə, kimdən geridədir - UEFA-nın statistikası
* Futbol hakimində koronavirus aşkarlandı - Azərbaycanda
* "Kayrat" komandasını aparan təyyarə Almatıda qəzaya uğradı
* Fotolent: "Qarabağ"-ın "Kayrat" üzərində qələbəsi şəkillərdə
* AVRO-2020: Ən yaxşı qolun müəllifi mükafatlandırılıb
Xəbər lenti
0