Türkiyə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, paytaxtımız UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər.
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.
55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.
Artıq karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər.
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.
Tortun üzəri UFC çempionunun kəməri formasında bəzədilib, siniyə isə Həbibin adı yazılıb. Yeməkləri dadandan sonra məşhurlar meydançada top da qovublar
X aerobika gimnastikası üzrə dünya yaş qrupu müsabiqələri də Bakıda keçiriləcək. Sözügedən müsabiqələr 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra - 27-29 mayda olacaq
Blatterin qızı atasının vəziyyətində hazırda müsbət dəyişikliklər qeydə alındığını, lakin tam sağalması üçün vaxt və istirahət tələb olunduğunu bildirib
Cəbrayıl Həsənov Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq
Keçmiş futbolçu 72 yaşında qəflətən dünyasını dəyişib. Rusiyanın Moskva şəhərində yaşayan veteran hücumçu qonşu ölkənin paytaxtında dünyasını dəyişib
Adı "Qalatasaray", "Fənərbaxça" və "Başakşehir"lə hallanan Dieqo Kosta üçün Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu təklif göndərib. Klub futbolçuya 17 milyon avro maaş təklif edib.
"Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir. Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".
Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1 (0,5:0,5; 1:0; 0,5:0,5). Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalibi 60 000 ABŞ dolları gözləyir.
Şahmatçı deyib ki, bütün bu oyunlar çox gərgin keçir. 3-cü partiyada ağ fiqurlarla demək olar ki, düzgün oynamayıb.
Sonuncu, dördüncü görüşdə qələbə qazanan T. Rəcəbov 2,5-1,5 hesabı ilə ilk final gününün qalibi olub. Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.
Azərbaycanın ilk onluqda yer alan iki şahmatçısının – Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun mövqeləri yeni reytinqdə dəyişməyib. Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədəki mövqelərini qoruyublar.
34 yaşlı şahmatçı yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.