CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfqanıstandakı etnik azərbaycanlılar Bakıdan xilas gözləyirlər

© REUTERS / SAEED ALI ACHAKZAIЛюди на контрольно-пропускной пункте в пакистано-афганском пограничном городе Чаман, Пакистан.
Люди на контрольно-пропускной пункте в пакистано-афганском пограничном городе Чаман, Пакистан. - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Azərbaycan diasporunun nümayəndəsi Əfqanıstanın üçüncü böyük şəhərində taliblərin təhdid və hücum təhlükəsi altında yaşayan azərbaycanlıların vəziyyətindən danışıb.
BAKI, 16 avqust — Sputnik. Əfqanıstanda olan azərbaycanlı diasporunun nümayəndəsi Fərid Şabanpur Sputnik Azərbaycan-a bildirib ki, Taliban* tərəfindən işğal olunmuş, Əfqanıstanın üçüncü böyük şəhəri Heratda təxminən 16 min etnik azərbaycanlı yaşayır.
O bildirib ki, onlardan 500 nəfərinin həyatı xüsusi təhlükə altındadır. Çünki bunlar vaxtilə yerlərdə məmur olmuş şəxslər və onların ailə üzvləridir. Diaspor Əfqanıstanda vəziyyət sabitləşənə qədər bu insanların ölkədən müvəqqəti olaraq çıxarılmasını Azərbaycandan xahiş edib.
"Üç gün bundan əvvəl taliblər Herata daxil olublar. Etnik azlıqların orada necə və hansı şəraitdə yaşadığı haqda danışmaq çox çətindir. Taliban türklərin yaşamaq üçün Türkiyəyə, azərbaycanlıların - Azərbaycana, taciklərin isə Tacikistana getmələrini tələb edib. Yəni, onların fikrincə, Əfqanıstan yalnız əfqanların, puştunların ölkəsidir. İki ay bundan əvvəl taliblər zadəganlarımızın evlərinə giriblər. Onları yerə yıxaraq sorğu-suala tutublar", - Şabanpur qeyd edib.
Azərbaycan diasporunun nümayəndəsi bildirib ki, bütün azərbaycanlıların və türklərin adları xüsusi siyahılara daxil edilib, indi onların həyatı burada böyük təhlükə altındadır.
Onun sözlərinə görə, dördüncü gündür ki, blokadadırlar - işləmək imkanı yoxdur. Şabanpurun özü də Azərbaycandan olan dostlarından kömək istəyib.
Təəssüf ki, Kabildə Azərbaycanın səfirliyi yoxdur ki, etnik azərbaycanlılar müraciət edə bilsinlər. Buna görə də Azərbaycana getmək mümkün deyil. İran və Pakistan da Əfqanıstandan olan miqrantları qəbul etmək istəmirlər. Türkiyə bu günlərdə Əfqanıstan vətəndaşlarına viza vermir, çünki çox sayda insan onun ərazisinə daxil olmaq istəyir. Belə ağır günlərdə Əfqanıstan azərbaycanlıları Azərbaycandan etnik azərbaycanlıların müdafiəsinə qalxmağı və onları tarixi vətənlərinə aparmağı xahiş edirlər.
"Kömək istəyəcək başqa heç kimimiz yoxdur", - deyə Şabanpur bildirib.

Əfqanıstanda Azərbaycan vətəndaşları yoxdur - XİN

Bazar ertəsi, avqustun 16-da Azərbaycan Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Abdullayeva Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Əfqanıstanda Azərbaycan vətəndaşları yoxdur. Ancaq sülhməramlı kontingentimiz hələ də Əfqanıstandadır.
XİN onu da qeyd edib ki, etnik azərbaycanlıların Əfqanıstandan çıxarılması hələ planlaşdırılmır.
Xarici İşlər Nazirliyindən o da bildirilib ki, Prezident İlham Əliyevin 28 iyul 2021-ci il tarixli sərəncamı ilə vəzifəyə təyin olunmuş Azərbaycanın Əfqanıstandakı yeni səfiri İlham Məmmədov Əfqanıstana gedə bilməyib.

Əfqanıstanda nə baş verir

Əfqanıstan ərazisində hərbi əməliyyatlar başa çatıb, Kabilə nəzarəti ələ alan Taliban hərəkatı yaxın gələcəkdə ölkədə idarəetmə formasını müəyyən edəcək. Bu cür açıqlamanı Talibanın Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim edib.
Taliban 20 il ərzində ilk dəfə olaraq Əfqanıstan paytaxtını yenidən nəzarət altına alıb. Bazar günü səhər Kabilə yaxınlaşan Taliban qüvvələri qan tökülməməsi üçün oraya girmək istəmədiklərini söyləyiblər. Onların nümayəndələri danışıqlar üçün prezident sarayına üz tutublar.
Bir neçə saatdan sonra məlum olub ki, prezident Əşrəf Qani Əfqanıstanı tərk edib. Daha sonra o, qırğının qarşısını almaq üçün istefa verdiyini bildirdi.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Kabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...
Əfqanıstanda baş verən hadisələrin xronikası: Taliban Kabildə
"Əfqanıstan xalqı buna layiq deyil" - Dünya şöhrətli yazar öz xalqı üçün ianə toplayır
“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır
"İmperiyalar qəbiristanlığı": Taliban Kabili necə ələ keçirdi
Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarımızın son durumu barədə açıqlama verdi
Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
Xəbər lenti
0