CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"

© REUTERS / STRINGERАфганские мужчины ждут, чтобы забрать жетоны, необходимые для подачи заявления на получение визы в Пакистан, в Джелалабаде, Афганистан
Афганские мужчины ждут, чтобы забрать жетоны, необходимые для подачи заявления на получение визы в Пакистан, в Джелалабаде, Афганистан - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
XİN-dən bildiriblər ki, İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunsa da, hələ ki Əfqanıstana getməyib.
BAKI, 16 avqust — Sputnik. Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur. Azərbaycanlı sülhməramlılar isə isə öz missiyalarını davam etdirirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Leyla Abdullayeva xatırladıb ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub: "Təyinatından sonra səfir İlham Məmmədov hələ ki Əfqanıstana getməyib".
Qeyd edək ki, son həftə ərzində "Taliban" hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Döyüşçülər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qani prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Eləcə də oxuyun:
Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydı
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
Əfqanıstan prezidenti Tacikistana uçub
Əfqanıstanda baş verənlər regionu hansı təhlükələrlə üz-üzə qoyur – ekspert şərhi
Xəbər lenti
0