https://sputnik.az/20210815/Efqanistanda-son-veziyyet--talibler-prezident-sarayina-daxil-olublar-427705061.html
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
Sputnik Azərbaycan
Taliban hərəkatı nümayəndələri Əfqanıstanda keçid hökumətinin olmayacağını və hakimiyyətin birbaşa ötürüləcəyini bəyan ediblər. 15.08.2021, Sputnik Azərbaycan
2021-08-15T19:44+0400
2021-08-15T19:44+0400
2021-11-16T20:28+0400
xəbərlər
siyasət
taliban
əfqanıstan
vəziyyət
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427703606_0:0:3072:1739_1920x0_80_0_0_43946f10993783d54bad56b7c8a79670.jpg
BAKI, 15 avqust — Sputnik. Əfqanıstan hökuməti paytaxt Kabildə komendant saatının tətbiq olunduğu barədə məlumat yayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinaadən bildirir ki, Kabildə qadağan saatı bu gün saat 21.00-dan etibarən qüvvəyə minəcək.Daxili işlər müavini vəzifələrini yerinə yetirən Abdulla Səttar Mirzəkvalın sözlərinə görə, tədbirin məqsədi toqquşmaların qarşısını alınması, şəhər əhalisi və onların əmlakının mühafizə olunmasıdır. O həmçinin insanları saat 21.00-dan sonra evlərini tərk etməməyə və sakit olmağa çağırıb.Vəziyyətlə əlaqədar olaraq Rusiya keçid hökuməti ilə işləməyə hazır olduğunu bəyan edib. Lakin Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov Taliban-ın qanuni hakimiyyət qismində tanınmasından söhbət getmədiyini bildirib.Bununla eyni vaxtda KİV-də yayılmış məlumatlara görə, Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni trək edərək təyyarə ilə Tacikistana yollanıb. Əl-Ərəbiyyə kanalının məlumatına görə isə, taliblər artıq prezident sarayına daxil olublar.Həmçinin oxuyun:Əfqanıstan prezidenti Tacikistana uçubƏfqanıstanda baş verənlər regionu hansı təhlükələrlə üz-üzə qoyur – ekspert şərhi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427703606_0:0:3072:1931_1920x0_80_0_0_545d023f95dcea81f05354f6d9024475.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, taliban, əfqanıstan, vəziyyət, dünya
xəbərlər, taliban, əfqanıstan, vəziyyət, dünya
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
19:44 15.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Taliban hərəkatı nümayəndələri Əfqanıstanda keçid hökumətinin olmayacağını və hakimiyyətin birbaşa ötürüləcəyini bəyan ediblər.
BAKI, 15 avqust — Sputnik. Əfqanıstan hökuməti paytaxt Kabildə komendant saatının tətbiq olunduğu barədə məlumat yayıb.
Sputnik Azərbaycan Rusiya mediasına istinaadən bildirir ki, Kabildə qadağan saatı bu gün saat
21.00-dan etibarən qüvvəyə minəcək.
Daxili işlər müavini vəzifələrini yerinə yetirən Abdulla Səttar Mirzəkvalın sözlərinə görə, tədbirin məqsədi toqquşmaların qarşısını alınması, şəhər əhalisi və onların əmlakının mühafizə olunmasıdır. O həmçinin insanları saat 21.00-dan sonra evlərini tərk etməməyə və sakit olmağa çağırıb.
Vəziyyətlə əlaqədar olaraq Rusiya keçid hökuməti ilə işləməyə hazır olduğunu bəyan edib. Lakin Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov Taliban-ın qanuni hakimiyyət qismində tanınmasından söhbət getmədiyini bildirib.
Bununla eyni vaxtda KİV-də yayılmış məlumatlara görə, Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni trək edərək təyyarə ilə Tacikistana yollanıb. Əl-Ərəbiyyə kanalının məlumatına görə isə, taliblər artıq prezident sarayına daxil olublar.
Əfqanıstanda baş verənlər regionu hansı təhlükələrlə üz-üzə qoyur – ekspert şərhi