Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əfqanıstanda baş verən hadisələrin xronikası: Taliban Kabildə

Abunə olmaq
Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Taliban bütün ölkə ərazisini nəzarətə götürüb, prezident Əşrəf Qani isə Kabili tərk edib. Əfqanıstanda nə baş verdiyini videoda izləyin.
Əfqanıstan ərazisində hərbi əməliyyatlar başa çatıb, Kabil üzərində nəzarəti ələ alan Taliban hərəkatı yaxın gələcəkdə ölkədə idarəetməni müəyyənləşdirəcək. Belə bir açıqlama Talibanın Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim tərəfindən edilib.
Taliban 20 il ərzində ilk dəfə olaraq Əfqanıstan paytaxtını yenidən nəzarət altına aldı. Bazar günü səhər Kabilə yaxınlaşan Taliban qüvvələri qan tökülməməsi üçün oraya girmək istəmədiklərini söylədilər. Onların nümayəndələri danışıqlar üçün prezident sarayına getdilər.
Bir neçə saatdan sonra məlum oldu ki, prezident Əşrəf Qani Əfqanıstanı tərk edib. Daha sonra o, qırğının qarşısını almaq üçün istefa verdiyini bildirdi.
Taliban artıq saray mühafizə dəstələrinin öz məsuliyyəti altına keçdiyini, paytaxtın bütün dövlət qurumları üzərində tam nəzarətin qurulduğunu və şəhərdə gecə patrul xidmətinin təşkil olunduğunu elan edib. Hazırda ölkənin digər əyalətlərindən olan silahlı dəstələr Kabilə toplanmağa davam edirlər.
Eyni zamanda, Taliban guya sülhə çağırır və əcnəbilərə toxunmayacağına söz verir.
Taliban siyasi bürosunun rəsmi nümayəndəsi Məhəmməd Naim taliblərin digər ölkələrlə sülh içində yaşamaq istədiklərini, qonşularının işlərinə qarışmaq niyyətində olmadıqlarını bildirib.
Məhəmməd Naim taliblərin Əfqanıstandakı vətəndaşların və xarici missiyaların təhlükəsizliyinə zəmanət verdiyini və eyni zamanda ölkədəki bütün siyasi xadimlərlə dialoqa hazır olduqlarını əminliklə bildirib. 
Naim həmçinin qeyd edib ki, taliblər qadın və azlıqların hüquqlarına da hörmət edəcəklər - ancaq şəriət çərçivəsində.
Taliban nümayəndəsinin sözlərinə görə, taliblər yaxın gələcəkdə Əfqanıstanda dövlət sisteminin formasını açıqlayacaqlar.
Bununla yanaşı, Qərb ölkələrinin diplomatları, onların vətəndaşları və yerli sakinlər Kabilin hava limanında qalırlar. Onlar bir neçə gün ərzində təxliyə olunacaqlar. Fransa, Almaniya, Kanada və daha bir neçə qərb ölkəsi artıq öz vətəndaşlarının təxliyəsi üçün hərbi təyyarə göndəriblər.
Yerli mətbuat orqanlarının qeyd etdiyi kimi, hava limanında da əsl xaos hökm sürür.  Yüzlərlə insan Qərb ölkələrinin vətəndaşlarını təxliyə etdiyi təyyarələrə minməyə çalışır.
Xəbər lenti
0