"Əfqanıstan xalqı buna layiq deyil" - Dünya şöhrətli yazar öz xalqı üçün ianə toplayır

© AP Photo / Jafar KhanЛюди на контрольно-пропускной пункте в пакистано-афганском пограничном городе Чаман, Пакистан
Люди на контрольно-пропускной пункте в пакистано-афганском пограничном городе Чаман, Пакистан - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Əfqan əsilli məşhur amerikalı yazıçı Xalid Hüseyni Taliban hərəkatının Əfqanıstanın bütün ərazisində vəziyyətə tam nəzarəti ələ keçirməsinə münasibət bildirib.
BAKI, 16 avqust — Sputnik. Əfqan əsilli məşhur amerikalı yazıçı Xalid Hüseyni "Taliban" hərəkatının Əfqanıstanın bütün ərazisində vəziyyətə tam nəzarəti ələ keçirməsinə münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, X.Hüseyni bu barədə "Instagram" hesabında yazıb.
"Əfqanıstan xalqı buna layiq deyil", – deyə yazıçı vurğulayıb. Bundan başqa, yazar qeyd edib: "Xahiş edirəm, bacarsanız, son həftələr və aylarda şiddət nəticəsində köçkün düşən əfqan ailələrinə ianə edin".
Məlumat üçün bildirək ki, Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olub. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya, daha sonra 1980-ci ildə ABŞ-dan siyasi sığınacaq alaraq oraya köçüb. Gənc yaşlarından Amerikanın Kaliforniya ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır.
Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. Qeyd edək ki, Xalid Hüseyni dünyanın ən çox oxunan kitablarının müəlliflərindən biridir. Onun "Min möhtəşəm günəş", "Və dağlardan səda gəldi", "Dəniz duası" kimi kitabları dünyada kütləvi tirajlarla satılıb. Məhz Hüseyninin əsərləri Əfqanıstanda qadın və uşaq hüquqlarının vəziyyətindən, terrorla bağlı yaranmış çətinliklərdən, problemlərdən dünyanı agah edib.
Yazıçı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir.
Eləcə də oxuyun:
“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır
"İmperiyalar qəbiristanlığı": Taliban Kabili necə ələ keçirdi
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
 
Xəbər lenti
0