SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır

© Sputnik / Murad OrujovПолитолог Арзу Нагиев
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Millət vəkili Arzu Nağıyev deyir ki, KTMT baş verənlərə müdaxilə edərsə, tərkibindəki bütün qüvvələr səfərbər edilməlidir
Arzu Nağıyev: “Mərkəzi Asiya üçün də acınacaqlı günlər başlayır”
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Əfqanıstanla bağlı iclası avqustun 16 -da səhər keçiriləcək.
Millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, “Taliban” bir dəfə Əfqanıstanda hakimiyyətdə olub və İslam Əmirliyi yaratmaq üçün addımlar atıb: “Düşünürəm ki, Əfqanıstanda indi baş verənlərə Çinə və Rusiyaya qarşı atılan addımlar prizmasından baxa bilərik. Bu, ABŞ-ın “anakonda” deyilən siyasətinin təzahürü kimi dəyərləndirilə bilər. Ən təhlükəlisi həm də odur ki, “Taliban” 900-1000 kilometr sərhəd zolağı ilə Mərkəzi Asiya ölkələri ilə əlaqədə olacaq. Burada isə Rusiyanın, Türkiyənin, Pakistanın və ABŞ-ın maraqları onların addımlarını formalaşdıracaq. Deyə bilərəm ki, bundan sonra Mərkəzi Asiya üçün də acınacaqlı günlər başlayır. Çünki KTMT baş verənlərə müdaxilə edərsə, tərkibindəki bütün qüvvələr səfərbər edilməlidir. “Taliban”ın qısa zaman ərzində hakimiyyəti ələ ala bilməsi çox ciddi məqamlardan xəbər verir”.
Arzu Nağıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0