Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Keçmiş və gələcək qarşısında cavabdehlik: Putin Böyük Qələbə ilə bağlı məqalə yazıb

© Sputnik / Alexey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин перед началом воздушного парада, посвященного 75-летию Победы в Великой Отечественной войне
Президент РФ Владимир Путин перед началом воздушного парада, посвященного 75-летию Победы в Великой Отечественной войне - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsi barədə məqaləsi dərc edilib. O, məqaləsində həmin dövrün hadisələrində dövlətlərin rolu və müharibənin səbəbləri barədə fikirlərini bölüşüb.

Böyük Vətən müharibəsinin bitməsindən 75 il ötür. Bu illər ərzində bir neçə nəsil yetişib. Planetin siyasi xəritəsi dəyişib. Nasizm üzərində möhtəşəm, sarsıdıcı qələbə qazanmış, bütün dünyanı xilas etmiş Sovet İttifaqı yoxdur. Həmin müharibənin hadisələri, hətta onun iştirakçıları üçün uzaq keçmiş olub. Amma niyə Rusiyada 9 may ən əhəmiyyətli bayram kimi qeyd olunur, 22 iyunda isə həyat sanki donur və insanları qəhər boğur?

Штурмовики Су-25 на воздушном параде Победы в Москве - Sputnik Azərbaycan
RUSİYA
Putin Qələbə Paradının tarixini açıqladı

Adətən deyirlər: müharibə hər bir ailənin tarixində dərin iz bir buraxıb. Bu sözlər arxasında milyonlarla insanın taleyi, onların əzabları və itki ağrıları dayanır. Qürur, həqiqət və xatirə.

Mənim valideynlərim üçün müharibə iki yaşlı qardaşım Vityanın öldüyü və anamın möcüzə ilə sağ qaldığı Leninqradın blokadasının dəhşətli əzablarıdır. Atam, möhləti olmasına baxmayaraq, könüllü olaraq doğma şəhərini qorumağa gedib - milyonlarla Sovet vətəndaşı kimi hərəkət edib. O, "Nevski Pyataçok" plasdarmasında vuruşub, ağır yaralanıb. Və illər ötdükcə, valideynlərlə söhbət etməyə, onların həyatlarının hərbi dövrü barədə daha ətraflı məlumat almağa daha çox ehtiyac duyursan. Ancaq artıq heç bir şey soruşmaq mümkün deyil, buna görə də bu mövzuda atam və anam ilə söhbətləri, onların çox az göstərdiyi emosiyaları ürəyimdə qoruyub saxlayıram.

Mənim üçün və həmyaşıdlarım üçün vacibdir ki, övladlarımız, nəvələrimiz, nəticələrimiz əcdadlarının hansı sınaqlardan və əzablardan keçdiyini başa düşsünlər. Necə və nə üçün ayaqda qala və qalib gələ bildilər? Onların bütün dünyanı təəccübləndirən və heyran edən dəmir iradəsi haradan gəldi? Bəli, onlar evlərini, uşaqlarını, yaxınlarını, ailələrini qoruyurdular. Amma hamını Vətən sevgisi, Ata Yurd sevgisi birləşdirirdi. Bu dərin, şəxsi duyğu bütün dolğunluğu ilə xalqımızın mahiyyətində əks olunub və onun nasistlərə qarşı qəhrəman, fədakar mübarizəsini müəyyən edən faktorlardan birinə çevrilib.

Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

Tez-tez belə bir sual verirlər: indiki nəsil özünü necə aparacaq, kritik vəziyyətdə necə hərəkət edəcək? Gözümün önünə bu gün insanları xilas etmək üçün "qırmızı zona"ya gedən gənc həkimlər, tibb bacıları, bəzən dünənin tələbələri gəlir. Şimali Qafqazda beynəlxalq terrorizmlə mübarizə aparmış, Suriyada ölümə sinə gərən gənc hərbçilərimiz gözümün önünə gəlir. Əfsanəvi, ölməz altıncı desant bölüyünün bir çox döyüşçüləri 19-20 yaşında idi. Lakin onların hamısı Böyük Vətən müharibəsində Vətənimizi müdafiə etmiş döyüşçülərinin rəşadətinə layiq olduğunu göstərdi.

Buna görə də əminəm ki, Rusiya xalqlarının xarakterində öz vəzifələrini yerinə yetirmək, vəziyyət tələb edərsə, özünü fəda etmək durur. Fədakarlıq, vətənpərvərlik, doğma evinə, ailəsinə, vətəninə sevgi – bu dəyərlər bu gün də Rusiya cəmiyyəti üçün fundamental, əsas dəyərlərdir. Onların üzərində böyük ölçüdə ölkəmizin suverenliyi dayanır.

Советские воины 115-й во время подготовки к бою на левом берегу Невы, Ленинградский фронт - Sputnik Azərbaycan
CƏMİYYƏT
Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

Bizim hazırda "Ölməz Alay" kimi xalq tərəfindən yaranmış yeni ənənələrimiz var. Bu, bizim minnətdarlığımızı, nəsillər arasında qan bağlarını və canlı əlaqəni göstərən xatirə yürüşüdür. Milyonlarla insan Vətənini qorumuş və nasizmi darmadağın etmiş doğmalarının fotoşəkilləri ilə yürüşə çıxır. Bu o deməkdir ki, onların həyatı, iztirabları, verdikləri qurbanlar, bizə verdikləri Qələbə heç vaxt unudulmayacaq.

Keçmiş və gələcək qarşısında bizim məsuliyyətimiz dəhşətli faciələrin təkrarlanmasına yol verməmək üçün əlimizdən gələni etməkdir. Ona görə də İkinci Dünya və Böyük Vətən müharibələri haqqında məqalə ilə çıxış etməyi özümə borc bildim. Dəfələrlə bu ideyanı dünya liderləri ilə söhbətlərdə müzakirə etmişəm, onlar bunu anlayışla qəbul ediblər. Keçən ilin sonunda, MDB ölkələri rəhbərlərinin zirvə görüşündə biz hamımız bir idik: nasizm üzərində qələbənin ilk növbədə Sovet xalqı tərəfindən qazanıldığı, bu qəhrəmanlıq mübarizəsində – ön və arxa cəbhədə Sovet İttifaqının bütün respublikalarının nümayəndələrinin çiyin-çiyinə dayandığı faktını gələcək nəsillərə ötürmək vacibdir. Elə həmin vaxt həmkarlarım ilə müharibədən əvvəlki dövrün çətinliklərindən də danışmışam.

Bu söhbət Avropada və dünyada böyük əks-səda doğurdu. Deməli, keçmişin dərslərinə müraciət etmək, həqiqətən, vacib və aktualdır. Bununla yanaşı, çoxlu emosiyalar, zəif gizlədilən komplekslər, səs-küylü ittihamlar da var idi. Bir sıra siyasətçilər adəti üzrə Rusiyanın tarixi yenidən yazmağa çalışdığını bəyan etməyə tələsdilər. Bununla yanaşı heç bir faktı, gətirilmiş heç bir arqumenti təkzib edə bilmədilər. Əlbəttə, təkcə Rusiyanın deyil, həm də xarici arxivlərdə saxlanılan əsl sənədlərlə mübahisə etmək çətindir və mümkün deyil.

Böyük Vətən Müharibəsinin həqiqətlərinin qorunmasına ehtiyac var – Putin

Buna görə də dünya müharibəsinə gətirib çıxaran səbəblərin təhlilini, onun mürəkkəb hadisələri, faciələri və qələbələri, onun ölkəmiz və bütün dünya üçün dərsləri haqqında düşüncələri davam etdirməyə ehtiyac var. Burada, təkrar edirəm, yalnız arxiv materiallarına, müasirlərin dəlillərinə istinad etmək, istənilən ideoloji və siyasiləşdirilmiş ehtimalları istisna etmək prinsipial əhəmiyyət kəsb edir.

Bir daha aydın bir şeyi xatırladım ki, İkinci Dünya müharibəsinin dərin səbəbləri bir çox hallarda Birinci Dünya müharibəsinin yekunlarına dair qəbul edilmiş qərarlardan irəli gəlir. Versal müqaviləsi Almaniya üçün dərin ədalətsizliyin simvolu oldu. Faktiki olaraq söhbət Qərb müttəfiqlərinə böyük, iqtisadiyyatı tükəndirən reparasiyalar ödəməli olan ölkənin soyulmasından gedirdi. İttifaq qoşunlarının Baş komandanı, fransalı marşal F. Foş Versal müqaviləsi peyğəmbərcəsinə belə xarakterizə edirdi: "Bu, sülh deyil. Bu, iyirmi illik barışıqdır".

Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Rusiya lideri Böyük Vətən Müharibəsi barədə məqalə yazacaq

Məhz milli alçaltma Almaniyada radikal və revanşist əhval-ruhiyyə üçün qida mühitini formalaşdırdı. Nasistlər bu hisslərlə məharətlə oynayırdılar, Almaniyanı "Versalın irsi"ndən qurtaracaqlarına, onun keçmiş qüdrətinin bərpa edəcəklərinə söz verərək öz təbliğatlarını qururdular, əslində isə alman xalqını yeni müharibəyə sövq edərdilər. Paradoksal olsa da, buna birbaşa və ya dolayı yolla qərb dövlətləri, ilk növbədə ABŞ və Böyük Britaniya kömək edirdilər. Onların maliyyə və sənaye dairələri hərbi təyinatlı məhsullar istehsal edən Almaniya fabriklərinə və zavodlarına çox fəal şəkildə sərmayə qoyurdular. Aristokratiya və siyasi isteblişment arasında isə həm Almaniyada, həm də Avropada güc toplayan radikal, həddindən artıq sağçı, millətçi hərəkatların tərəfdarları az deyildi.

Versal "dünya düzəni" çoxlu sayda gizli ziddiyyətlər və açıq münaqişələr yaratdı. Onların əsasında Birinci Dünya müharibəsi qaliblərinin yeni Avropa dövlətlərinin sərhədlərini özbaşına rəsmiləşdirməsi dururdu. Onların xəritədə peyda olmasından praktiki olaraq dərhal sonra ərazi mübahisələri və qarşılıqlı iddialar başlandı ki, bunlar da zaman bombasına çevrildi.

Birinci Dünya müharibəsinin ən mühüm nəticələrindən biri Millətlər Liqasının yaradılması oldu. Uzunmüddətli sülhün, kollektiv təhlükəsizliyin təmin edilməsi üçün bu beynəlxalq təşkilata böyük ümidlər bəslənilirdi. Bu, mütərəqqi bir ideya idi və onun ardıcıl şəkildə reallaşdırması, mübaliğəsiz, qlobal müharibənin dəhşətlərinin təkrarlanmasının qarşısını ala bilərdi.

Əgər babanız Böyük Vətən müharibəsində itkin düşübsə...

Amma qalib fövqəldövlətlərin – Böyük Britaniya və Fransanın dominantlıq etdiyi Millətlər Liqası öz səmərəsizliyini nümayiş etdirdi və sadəcə boş söhbətlərdə batıb qaldı. Millətlər Liqasında və ümumiyyətlə Avropa qitəsində Sovet İttifaqının bərabərhüquqlu kollektiv təhlükəsizlik sistemini formalaşdırmaqla bağlı dəfələrlə etdiyi çağırışlar eşidilmədi. Xüsusilə də, təcavüzün qarşısını ala biləcək Şərqi Avropa və Sakit okean paktlarının bağlanılması haqqında təkliflər. Bu təkliflər gözardı edildi.

Millətlər Liqası İtaliyanın Efiopiyaya hücumu, İspaniyada vətəndaş müharibəsi, Yaponiyanın Çinə qarşı təcavüzü, Avstriyanın anşlyusu kimi dünyanın müxtəlif yerlərində baş verən münaqişələrin qarşısını ala bilmədi. Hitler və Mussolini ilə yanaşı Böyük Britaniya və Fransa liderlərinin də iştirak etdiyi Münhen sövdələşməsində isə Millətlər Liqası Şurasının razılığı ilə Çexoslovakiyanın parçalanması baş verdi. Bununla əlaqədar qeyd edim ki, Avropanın o vaxtkı liderlərinin bir çoxundan fərqli olaraq Stalin o zaman Qərb dairələrində hörmətli siyasətçi kimi tanınan və Avropa paytaxtlarında arzuolunan qonaq olan Hitlerlə şəxsi görüşlə öz adını ləkələmədi.

“Get, mənim aslan balam” – Müharibə veteranı cəbhəyə göndərildiyi ilk günü xatırlayır  - Sputnik Azərbaycan
VİDEO
“Get, mənim aslan balam” – Müharibə veteranı cəbhəyə göndərildiyi ilk günü xatırlayır

Çexoslovakiyanın parçalanmasında Almaniya ilə eyni zamanda Polşa da fəaliyyət göstərirdi. Onlar Çexoslovakiyanın hansı torpaqlarının kimə çatacağına dair əvvəlcədən və birlikdə qərar verirdilər. 1938-ci il sentyabrın 20-də Polşanın Almaniyadakı səfiri Y. Lipski Polşanın Xarici İşlər naziri Y. Bekə Hitlerin aşağıdakı təminatı barədə məlumat verib: "Polşa ilə Çexoslovakiya arasında məsələ Polşanın Teşin üzərində maraqları əsasında münaqişəyə gəlib çıxsa, Reyx bizim [Polşanın] tərəfimizə duracaq". Nasistlərin rəhbəri hətta məsləhətlər verirdi, Polşanın hərəkətlərinin "yalnız Sudet dağlarının almanlar tərəfindən işğal edilməsindən sonra" başlamasını məsləhət görürdü.

Polşada anlayırdılar ki, Hitlerin dəstəyi olmadan onun işğalçı planları iflasa məhkumdur. Burada Almaniyanın Varşavadakı səfiri Q.A.Moltke ilə Y. Bekin 1 oktyabr 1938-ci il tarixli Polşa-Çex münasibətləri və bu məsələdə SSRİ-nin mövqeyi barədə söhbətin sitat gətirirəm. Orada yazılıb: "... Cənab Bek... Münhen konfransında Polşa maraqlarının loyal şərhinə, həmçinin Çexiya münaqişəsi zamanı münasibətlərin səmimiliyinə görə böyük təşəkkürünü bildirib. Polşa hökuməti və ictimaiyyəti fürerin və reyxskanslerin mövqelərinə layiqincə dəyər verir".

Çexoslovakiyanın bölünməsi qəddar və həyasız idi. Münhen qitədə qalan formal kövrək zəmanətləri belə sarsıtdı, qarşılıqlı razılaşmaların heç bir dəyərinin olmadığını göstərdi. Məhz Münhen sövdələşməsi elə bir tətiyə çevrildi ki, ondan sonra Avropada böyük müharibə qaçılmaz oldu.

Azərbaycanlı müğənni Moskvada müharibə veteranının sevgi hekayəsini canlandırıb

Bu gün Avropa siyasətçiləri, ilk növbədə, Polşa rəhbərləri Münhen barədə "susmaq" istəyərdilər. Niyə? Təkcə ona görə yox ki, onların ölkələri həmin dövrdə öz öhdəliklərinə xəyanət etdilər, Münhen sövdələşməsini dəstəklədilər, bəziləri isə hətta qənimətin parçalanmasıda iştirak etdilər. Həm də ona görə ki, 1938-ci ilin həmin dramatik günlərində yalnız SSRİ-nin Çexoslovakiyanın tərəfində durduğunu xatırlatmaq bir qədər əlverişsizdir.

Sovet İttifaqı beynəlxalq öhdəliklərinə, o cümlədən Fransa və Çexoslovakiya ilə razılaşmalara əsaslanaraq faciənin qarşısını almağa çalışırdı. Polşa isə öz maraqlarını güdərək, bütün gücü ilə Avropada kollektiv təhlükəsizlik sisteminin yaradılmasına mane olurdu. Polşanın Xarici İşlər naziri Y. Bek 1938-ci il sentyabrın 19-da bu barədə birbaşa səfir Y. Lipskiyə Hitlerlə görüşdən əvvəl yazırdı: "Ötən il ərzində Polşa hökuməti Çexoslovakiyanın müdafiəsi üçün beynəlxalq müdaxiləyə qoşulmaq təklifini dörd dəfə rədd edib".

O zaman çexlərin və slovakların əsas müttəfiqi olmuş Britaniya, həmçinin Fransa öz zəmanətlərindən imtina etməyə və bu Şərqi Avropa ölkəsinin parçalanma qarşısında atmağa üstünlük verdi. Yalnız atmağa deyil, həm də Almaniyanı və Sovet İttifaqını qaçılmaz olaraq qarşı-qarşıya qoymaq və bir-birini gücdən salmaq məqsədi ilə nasistləri şərqə doğru yönəlməyə də razı oldu.

Читайте стихи о войне: спикер Совета Федерации России о 75-летии Победы - Sputnik Azərbaycan
VİDEO
Müharibə haqqında şeir oxuyun: Rusiya Federasiya Şurasının sədri Qələbənin 75 illiyi haqda

Qərbin "sakitləşdirmə" siyasəti də məhz bundan ibarət idi. Və yalnız Üçüncü reyxə münasibətdə deyil, həm də Anti-Komintern paktının digər iştirakçılarına – faşist İtaliyasına və militarist Yaponiyaya münasibətdə də bu belə idi. Onun Uzaq Şərqdə kulminasiyası 1939-cu ilin yayında Tokioya Çində hərəkət azadlığı verən ingilis-yapon razılaşması oldu. Avropanın aparıcı fövqəldövlətləri bütün dünya üçün Almaniya və onun müttəfiqlərindən hansı ölümcül təhlükənin gəldiyini etiraf etmək istəmirdilər, ümid edirdilər ki, müharibə onların özlərindən yan keçəcək.

Münhen sövdələşməsi Sovet İttifaqına göstərdi ki, Qərb ölkələri təhlükəsizlik məsələlərini onun maraqlarını nəzərə almadan həll edəcək, əlverişli halda isə anti-Sovet cəbhəsi formalaşdıra biləcək. Bununla yanaşı, Sovet İttifaqı son fürsətə qədər anti-Hitler koalisiyasının yaradılması üçün istənilən şansdan istifadə etməyə çalışırdı. Təkrar edim ki, Qərb ölkələrinin iki üzlü mövqeyinə baxmayaraq. Belə ki, kəşfiyyat xidmətlərinin xətti ilə Sovet rəhbərliyi 1939-cu ilin yayında pərdəarxası anqlo-alman təmasları haqqında ətraflı məlumat alırdı. Qeyd edim ki, bu danışıqlar qərbli tərəfdaşların bilərəkdən uzatdığı Fransa, Böyük Britaniya və SSRİ nümayəndələrinin üçtərəfli danışıqları ilə praktiki olaraq eyni vaxtda çox intensiv olaraq aparılırdı. Bununla əlaqədar Britaniya arxivlərindən biri sənədi istinad gətirim - bu, 1939-cu ilin avqustunda Moskvaya gəlmiş Britaniya hərbi missiyasının təlimatıdır. Orada açıq şəkildə deyilir ki, nümayəndə heyəti "danışıqları çox ləng aparmalıdır"; "Birləşmiş Krallığın hökuməti hər hansı bir halda hərəkət azadlığımızı məhdudlaşdıra biləcək ətraflı şəkildə qeyd edilmiş öhdəlikləri öz üzərinə götürməyə hazır deyil". Onu da qeyd edim ki, ingilislərdən və fransızlardan fərqli olaraq, Sovet nümayəndə heyətinə "İngiltərə, Fransa və SSRİ-nin Avropada təcavüzə qarşı hərbi müdafiəsinin təşkili məsələlərinə dair hərbi konvensiyanı imzalamaq" üçün bütün lazımi səlahiyyətləri olan Qırmızı Ordunun ali rəsmiləri rəhbərlik edirdilər.

Arzu edirəm ki, daha müharibə olmasın: Sputnik Azərbaycan veteranı təbrik etdi

Danışıqların iflasa uğramasında Sovet tərəfi qarşısında heç bir öhdəlik istəməyən Polşa da öz rolunu oynadı. Hətta qərbli müttəfiqlərin təzyiqi altında belə, Polşa rəhbərliyi vermaxta qarşı Qırmızı Ordu ilə birgə addımlardan imtina edirdi. Və yalnız Ribbentropun Moskvaya uçub gəldiyi məlum olduqda, Y. Bek könülsüz, birbaşa yox, fransalı diplomatlar vasitəsilə Sovet tərəfini xəbərdar etdi: "Almaniya təcavüzünə qarşı birgə fəaliyyət göstərilərsə, Polşa ilə SSRİ arasında müəyyən edilməli olan texniki şəraitdə əməkdaşlıq istisna edilmir". O, eyni zamanda həmkarlarına belə izah verirdi: "Mən yalnız taktikanı asanlaşdırmaq məqsədilə bu ifadənin əleyhinə deyiləm və SSRİ ilə bağlı təməl nöqteyi-nəzərimiz qəti və dəyişməz olaraq qalır".

Bu vəziyyətdə Sovet İttifaqı Almaniya ilə hücum etməməyə dair müqaviləni imzaladı, əslində isə bunu Avropa ölkələri arasında sonuncu edən ölkə oldu. Üstəlik bu, iki cəbhədə – qərbdə Almaniya ilə və artıq Xalxin-Qol çayında gərgin döyüşlərin getdiyi şərqdə Yaponiya ilə müharibənin real təhlükəsi fonunda baş verdi.

Sputnik Azərbaycan müharibə veteranını 8 mart münasibəti ilə təbrik etdi  - Sputnik Azərbaycan
VİDEO
Sputnik Azərbaycan müharibə veteranını 8 mart münasibəti ilə təbrik etdi

Stalin və onun ətrafı çox ədalətli ittihamlara layiqdirlər. Biz həm rejimin öz xalqımıza qarşı törətdiyi cinayətləri, həm də kütləvi repressiya dəhşətlərini xatırlayırıq. Təkrar edirəm, Sovet rəhbərlərini bir çox şeydə qınamaq olar, ancaq xarici təhdidlərin mahiyyəti barədə anlayış olmadan bu mümkün deyil. Onlar görürdülər ki, Sovet İttifaqını Almaniya və onun müttəfiqləri ilə təkbətək qoymağa çalışırlar və ölkənin müdafiəsini gücləndirməyə dəyərli vaxt qazanmaq üçün bu real təhlükəni dərk edərək hərəkət edirdilər.

O dövrdə hücum etməməyə dair bağlanmış müqavilə ilə bağlı hazırda müasir Rusiyaya qarşı çoxlu söhbətlər və iddialar var. Bəli, Rusiya SSRİ-nin hüquqi varisidir və Sovet dövrü – bütün qələbələri və faciələri ilə bizim min illik tariximizin ayrılmaz bir hissəsidir. Ancaq onu da xatırladım ki, Sovet İttifaqı Molotov-Ribbentrop Paktı adlanan sənədə hüquqi və mənəvi dəyər verib. Ali Şuranın 24 dekabr 1989-cu il tarixli qərarında gizli protokollar rəsmi şəkildə "bu sövdələşməyə görə cavabdeh olmayan Sovet xalqının iradəsini" əks etdirməyən "şəxsi güc aktı" kimi pislənilib.

Eyni zamanda, digər dövlətlər nasistlərin və Qərb siyasətçilərinin imzalarının olduğu sazişləri xatırlatmağı üstün tutmurlar. Bu cür əməkdaşlığın hüquqi və ya siyasi baxımdan qiymətləndirilməsinin, eləcə də bəzi Avropa liderlərinin nasistlərin vəhşi planları ilə susaraq razılaşmasının və hətta onları birbaşa təşviq etməyinin adı belə çəkilmir.

Polşanın Almaniyadakı səfiri Y.Lipskinin 1938-ci il sentyabrın 20-də Hitlerlə söhbətdə dediyi sözlərə diqqət yetirək: "Yəhudi məsələsinin həlli üçün biz [polyaklar] onun üçün ... Varşavada gözəl bir abidə qoyacağıq."

Putin Leninqradın mühasirəsi zamanı ölən qardaşından danışdı

Biz həmçinin bir sıra ölkələrin nasistlərlə bağladığı sazişlərdə əlavə və gizli protokolların olub-olmadığını da bilmirik. Yalnız "sözə inanmaq" qalır. Xüsusilə, gizli ingilis-alman danışıqları ilə bağlı materiallar hələ də açılmayıb. Buna görə də, bütün dövlətləri arxivlərinin açılması, müharibədən əvvəl və müharibə dövrlərinin əvvəllər naməlum sənədlərinin dərc edilməsi prosesini sürətləndirməyə çağırırıq – Rusiyanın son illərdə etdiyi kimi. Burada geniş əməkdaşlığa, tarixçi alimlərin birgə tədqiqat layihələri üçün hazırıq.

Ancaq İkinci Dünya müharibəsindən əvvəl baş verən hadisələrə qayıdaq. Çexoslovakiya ilə işinin bitməsindən sonra Hitlerin başqa bir ərazi iddiası etməyəcəyinə inanmaq sadəlövhlük idi. Bu dəfə isə iddia Çexoslovakiyanın parçalanmasında onunla əlbir olmuş Polşaya qarşı edildi. Yeri gəlmişkən, burada bəhanə elə Versalın mirası – Dansiq dəhlizinin taleyi oldu. Polşanın sonrakı faciəsi tamamilə ingilis-fransız-sovet hərbi ittifaqının bağlanmasının qarşısını almış, qərbli tərəfdaşlarının köməyinə arxalanmış və xalqını nasistlərin məhvetmə maşınının altına atmış o vaxtki Polşa rəhbərliyinin vicdanındadır.

Alman hücumu Blitskriq doktrinasına uyğun olaraq tam inkişaf etdi. Polşa ordusunun şiddətli, qəhrəman müqavimətinə baxmayaraq, müharibənin başlamasından bir həftə sonra, 1939-cu il sentyabrın 8-də alman qoşunları Varşavanın yaxınlığında idi. Polşanın hərbi-siyasi elitası isə işğalçılara qarşı mübarizəni davam etdirən xalqına xəyanət edərək sentyabrın 17-də Rumıniya ərazisinə qaçdı.

Президент РФ Владимир Путин перед началом ежегодного послания президента РФ Федеральному Собранию. 15 января 2020 - Sputnik Azərbaycan
RUSİYA
Böyük Vətən Müharibəsinin həqiqətlərinin qorunmasına ehtiyac var – Putin

Qərbli müttəfiqlər Polşanın ümidlərini doğrultmadılar. Almaniyaya müharibə elan etdikdən sonra, Fransız qoşunları alman ərazisində cəmi bir neçə kilometr irəlilədi. Bunların hamısı aktiv hərəkət nümayişi kimi görünürdü. Üstəlik, ilk dəfə 1939-cu il sentyabrın 12-də fransanın abvil şəhərində toplanmış ingilis-fransız ali hərbi şurası Polşadakı hadisələrin sürətli inkişafı səbəbindən hücumu tamamilə dayandırmaq qərarına gəldi. Bədnam "qəribə müharibə" başladı. Fransa və İngiltərənin Polşa qarşısında götürdüyü öhdəliklərə birbaşa xəyanət göz qarşısında idi.

Nürnberq prosesi zamanı alman generalları şərqdəki sürətli müvəffəqiyyətlərini izah edirdilər. Almaniyanın Silahlı Qüvvələrinin Ali Komandanlığının əməliyyat rəhbərliyinin keçmiş qərargah rəisi general A. Yodl etiraf edirdi: "1939-cu ildə yalnız ona görə məğlub olmadıq ki, Polşa ilə müharibə zamanı 23 alman bölüyünə qarşı qərbdə dayanan 110 fransız və ingilis bölüyü tamamilə hərəkətsiz qalmışdı. "

Mən 1939-cu ilin avqust və sentyabr aylarının dramatik günlərində SSRİ ilə Almaniya arasındakı təmaslarla əlaqəli bütün materialları arxivdən gətirməyi xahiş etdim.

Sənədlər göstərir ki, 23 avqust 1939-cu il tarixli Almaniya ilə SSRİ arasında hücum etməmə haqqında bağlanmamış müqavilənin Gizli protokolunun 2-ci bəndində deyilir ki, Polşa dövlətinə məxsus torpaqların ərazi-siyasi baxımdan yenidən qurulması halında, iki ölkənin maraq dairələrinin sərhədi "təxminən Nareva, Visla və Sana çayları boyunca" keçməlidir. Başqa sözlə, Sovet təsir dairəsinə yalnız ukraynalı və belaruslu əhalinin yaşadığı ərazilər deyil, həm Buqa və Visla çayları arasındakı tarixi Polşa torpaqları da düşürdü. Bu faktı indi hamı bilmir.

1939-cu ilin ilk sentyabr günlərində Polşaya hücumdan dərhal sonra Berlin israrla və dəfələrlə Moskvanı hərbi əməliyyatlara qoşulmağa çağırırdı. Ancaq Sovet rəhbərliyi bu çağırışlara məhəl qoymurdu və son fürsətə qədər kəskin inkişaf edən hadisələrə qarışmaq niyyətində deyildi.

Böyük Vətən müharibəsinin ağ xələtli şahidi

Yalnız Böyük Britaniya və Fransanın müttəfiqinə kömək etmək istəmədiyi və Vermaxtın bütün Polşanı tez bir zamanda işğal edə və Minskə yaxınlaşmağa müvəffəq ola biləcəyi aydın olanda Qırmızı Ordu qoşunlarının sentyabrın 17-də səhər saatlarında şərq kreslərinə – hazırkı Belarusiya, Ukrayna və Litva ərazilərinin hissələrinə yeridilməsi qərarı verildi.

Aydındır ki, başqa variantlar yox idi. Əks təqdirdə, SSRİ üçün risklər dəfələrlə artacaqdı, çünki təkrar edirəm, köhnə Sovet-Polşa sərhədi Minskdən bir neçə on kilometr aralı keçirdi və nasistlərlə qaçılmaz müharibə ölkə üçün son dərəcə əlverişsiz strateji mövqelərdən başlayacaqdı. Brest və Qrodno, Peremışl, Lvov və Vilno yaxınlığında yaşayan yəhudilər də daxil olmaqla, milyonlarla fərqli millətdən olan insanlar nasistlər və onların yerli əlaltıları – anti-semit və radikal millətçilər tərəfindən məhv ediləcəkdi.

Sovet İttifaqının son fürsətə qədər münaqişədə iştirak etməməyə çalışması və Almaniyanın tərəfində olamaq istəməməsi, Sovet və alman qoşunlarının əsl təmasının gizli protokolda göstərilən sərhədlərdən xeyli şərqdə baş verməsinə səbəb oldu – Visla boyunca deyil, təxminən 1919-cu ildə Polşanın şərq sərhədi kimi Antanta tərəfindən tövsiyə edilmiş Kerzon xətti boyunca.

Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov - Sputnik Azərbaycan
Böyük Vətən Müharibəsi veteranlarının həyat hekayələri işıqlandırılacaq

Bildiyimiz kimi, felin arzu formasını artıq baş vermiş hadisələrə münasibətdə işlətmək çətindir. Sadəcə onu deyə bilərəm ki, 1939-cu ilin sentyabrında Sovet rəhbərliyi SSRİ-nin qərb sərhədlərini qərbdə doğru Varşavaya qədər çəkə imkanına sahib idi, ancaq bunu etməməyə qərar verdi.

Almanlar yeni status-kvonun müəyyənləşdirilməsini təklif etdilər. 1939-cu il sentyabrın 28-də Moskvada Ribbentrop və Molotov SSRİ ilə Almaniya arasında Dostluq və Sərhəd Müqaviləsini, habelə faktiki olaraq iki ordunun dayandığı demarkasiya xəttini tanıyan dövlət sərhədinin dəyişdirilməsinə dair gizli protokolu imzaladılar.

1939-cu ilin payızında öz hərbi-strateji, müdafiə məsələlərini həll edərkən Sovet İttifaqı Latviya, Litva və Estoniyanın inkorporasiya prosesinə başladı. Onların SSRİ-yə daxil olması müqavilə əsasında, seçilmiş hökumətlərin razılığı ilə baş vermişdi. Bu həmin vaxtın beynəlxalq və hökumət qaydalarına uyğun idi. Bundan əlavə, 1939-cu ilin oktyabrında daha əvvəl Polşanın tərkibində olan Vilno şəhəri və onun ətrafında olan bölgə Litvaya qaytarıldı. SSRİ-nin tərkibində Baltikyanı ölkələr öz hökumət orqanlarını, dillərini qoruyub saxladılar, həmçinin ali Sovet strukturlarında nümayəndələri də var idi.

İkinci dünya müharibəsi ərəfəsində SSRİ və Almaniya ordularının silahları

Bütün bu aylar ərzində kənar gözlərdən uzaq görünməz diplomatik və hərbi-siyasi mübarizə, kəşfiyyatın işi dayanmırdı. Moskvada anlayırdılar ki, onun qarşısında barışmaz və qəddar düşmən var, nasizmlə mübarizə artır gizli müharibə gedir. Həmin illərin rəsmi bəyanatlarını, formal protokol notalarını SSRİ və Almaniya arasında "dostluğun" sübutu olaraq dəyərləndirmək üçün heç bir əsas yoxdur. SSRİ-nin yalnız Almaniya ilə deyil, digərlər ölkələrlə də ticari-texniki əlaqələri var idi. Bu arada Hitler dəfələrlə SSRİ-nin Böyük Britaniya ilə qarşıdurmaya sürükləməyə çalışdı, lakin Sovet rəhbərliyi bu təkidlərə uymadı.

Hitler 1940-ci ilin noyabrında, Molotovun Berlinə səfəri zamanı Sovet İttifaqının sonuncu dəfə ortaq hərəkət etməyə inandırmağa cəhdi etdi. Lakin Molotov SSRİ-nin Almaniyanın, İtaliyanın və Yaponiyanın 1940-cı ilin sentyabrında imzaladığı və Böyük Britaniya və ABŞ-a qarşı yönəldilmiş Üçlər paktına Sovet İttifaqının qoşulma ideyası ilə bağlı ümumi müzakirələrlə kifayətlənərək Stalinin göstərişlərinə dəqiqliklə əməl etdi. Təsadüfi deyil ki, artıq noyabrın 17-i Molotov Londonda olan SSRİ-nin səlahiyyətli nümayəndəsi İ.Mayskiyə bu şəkildə göstəriş verdi: "Oriyentasiyanız üçün... Berlində heç bir razılaşma imzalanmayıb və bunun edilməsi nəzərdə tutulmurdu da. Berlindəki iş... fikir mübadiləsi ilə məhdudlaşdı... Göründüyü kimi almanlar və yaponlar bizi Fars körfəzi və Hindistana tərəf itələməyi çox istəyirdilər. Biz bu məsələnin müzakirəsini rədd etdik, çünki Almaniya tərəfinin məsləhətlərini yersiz hesab edirik".

Fransanın Kale şəhərindəki qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında dava düşüb - Sputnik Azərbaycan
Qaçqınların sayı İkinci Dünya müharibəsi səviyyəsinə çatıb

Noyabrın 25-i isə Sovet rəhbərliyi bu məsələdə nöqtəni qoydu: rəsmi olaraq Berlinə alman qoşunlarının Finlandiyadan çıxarılması, SSRİ və Bolqarıstan və digər ölkələr arasında qarşılıqlı kömək haqqında razılaşma da daxil olmaqla, nasistlər üçün qəbul edilməz şərtlər irəli sürdü və bununla da qəsdən Pakta qoşulma ehtimalını istisna etdi. Bu mövqe fürerin SSRİ-yə qarşı müharibəyə başlamaq niyyətini tam olaraq gücləndirdi. Artıq həmin ilin dekabrında iki cəbhədə müharibənin fəlakətli təhlükəsi ilə əlaqədar strateqlərinin bütün xəbərdarlıqlarını kənara qoyaraq Hitler "Barbarossa" planını təsdiqlədi – Sovet İttifaqının Avropada ona qarşı durna əsas qüvvə olduğunu və Şərqdə baş verəcək qarşıdurmanın dünya müharibəsinin nəticəsini həll edəcəyini anlayaraq bunu etdi.

Xüsusi vurğulmaq istəyirəm: Qərb ölkələri faktiki olaraq Sovet İttifaqının öz təhlükəsizliyini təmin etmək cəhdləri ilə razılaşırdılar. Belə ki, hələ 1939-cu il oktyabrın 1-də Böyük Britaniyanın Hərbi Dəniz naziri U.Çörçil radioda çıxışı zamanı demişdi: "Rusiya öz maraqlarına dair soyuq siyasət yerinə yetirir... Rusiyanı nasist təhdidindən qorumaq üçün Rusiya ordularının bu xətdə (yeni qərb sərhədi) durması olduqca önəmli idi. 1939-cu ilin oktyabrın 4-ü Lordlar palatasında Böyük Britaniyanın xarici işlər naziri E.Halifaks bildirmişdi: "Xatırlatmaq istəyirəm ki, Sovet hökuməti faktiki olaraq sərhədi Versal konfransı zaman lord Kerzon tərəfindən məsləhət görülən xəttə qədər çəkib.. Mən sadəcə tarixi faktları nümunə gətirirəm və güman edirəm ki, onlar danılmazdır". Məşhur Britaniyalı siyasətçi və ictimai xadim D.Lloyd-Corc vurğulayırdı: "Rus orduları Polşaya məxsus olmayan və Birinci Dünya müharibəsindən sonra güc yolu ilə Polşa tərəfindən işğal olunan ərazilərdə yerləşdi... Rus ordusunun irəliləyişini alman ordusunun irəliləyişi ilə eyni masaya qoymaq cinayətkar ağılsızlıq aktı olardı".

Azərbaycanın İkinci dünya müharibəsində faşizm üzərində qələbədə rolu

SSRİ-nin səlahiyyətli nümayəndəsi İ.Mayski ilə qeyri-formal görüşlər zamanı yüksək vəzifəli ingilis siyasətçilər və diplomatlar daha açıq danışırdılar. Böyük Britaniyanın xarici işlər nazirinin müavini R.Batler 1939-cu il oktyabrın 17-də demişdi: "... İngiltərə hökumət dairələrində hesab edirlər ki, Qərbi Ukrayna və Belarusun Polşaya qaytarılmasından söhbət gedə bilməz. Əgər yalnız SSRİ və Almaniyanın deyil, həm də İngiltərə və Fransanın da zəmanəti ilə kiçik ölçülü bir etnoqrafik Polşa yarada bilsəydik, onda Britaniya hökuməti razı qalardı". 1939-cu il oktyabrın 27-də N.Çemberlenin baş müşaviri H.Vilson deyib: "Polşa... müstəqil dövlət kimi öz etnoqrafik bazasında bərpa olunmalıdır, lakin Qərbi Ukraynasız və Belarussuz".

Vurğulamaq lazımdır ki, bu söhbətlərin gedişatı zamanı Sovet-Britaniya əlaqələrinin yaxşılaşması üçün də zəmin hazırlanırdı. Bu təmaslar bir çox halda gələcək ittifaqın və anti-Hitler koalisiyasının əsasını qoydu. Məsuliyyətli, uzaq görən siyasətçilər arasında U.Çörçil fərqlənirdi. O, SSRİ-yə olan antipatiyasına baxmayaraq daha əvvəllər də onunla əməkdaşlığı müdafiə edirdi. O, hələ 1939-cu ilin mayında İcmalar Palatasında bəyan edirdi: "Təcavüzə qarşı Böyük İttifaqı yarada bilməsək, onda bizim hamımız ölümcül təhlükə içində olacağıq. Biz Sovet Rusiyası ilə təbii əməkdaşlığı rədd etsək bu böyük axmaqlıq olardı". Avropada hərbi əməliyyatların başlamasından sonra isə İ.Mayski ilə 1939-cu il oktyabrın 6-da görüşdə o, deyib: "Böyük Britaniya və SSRİ arasında ciddi ziddiyyətlər yoxdur və deməli gərgin və qeyri-kafi münasibətlər üçün də əsas yoxdur. Britaniya hökuməti... ticarət əlaqələrini genişləndirmək istəyərdi. O, həmçinin qarşılıqlı münasibətlərin yaxşılaşmasına yardım edəcək digər tədbirləri də müzakirə etmək istəyərdi".

Ateniya döyüş gəmisi - Sputnik Azərbaycan
İkinci Dünya Müharibəsində batırılan ilk gəminin qalıqları tapıldı

İkinci Dünya Müharibəsi bir saata baş vermədi, gözlənilməz şəkildə, birdən-birə baş vermədi. Almaniyanın Polşaya qarşı təcavüzü də gözlənilməz deyildi. Bu, həmin dövrün dünya siyasətində olan bir çox tendensiyaların və faktorların nəticəsi idi. Müharibədən əvvəlki bütün hadisələr taleyüklü bir zəncirə düzülmüşdü. Ancaq təbii ki, bəşər tarixində ən böyük faciəni əvvəlcədən müəyyənləşdirən əsas şey - dövlət eqoizmi, qorxaqlığı, güc qazanan təcavüzkara göz yummaq və siyasi elitaların kompromis axtarmağa hazır olmaması idi.

Buna görə nasist Xarici İşlər naziri Ribbentropun Moskvaya iki günlük səfərinin İkinci Dünya Müharibəsinə səbəb olan əsas səbəb olduğunu söyləmək ədalətsizlikdir. Bütün aparıcı ölkələrin onun başlamasında bu və ya digər dərəcədə payı var.

Hər biri, başqalarını qabaqlamaq, birtərəfli üstünlük qazanmaq və ya yaxınlaşan dünya fəlakətindən uzaq durmağın mümkünlüyünə inanaraq, düzəldilməsi mümkün olmayan səhvlərə yol verdi. Və uzağı görməzliyə görə, kollektiv təhlükəsizlik sisteminin yaradılmasından imtinaya görə milyonlarla insan həyatını, böyük itkilər verməyə məcbur oldular.

İkinci Dünya Müharibəsinin əfsanəsi tapıldı

Hakim rolunu öz üzərimə götürmək, kimisə günahlandırmaq və ya haqq qazandırmaq, ələlxüsus da tarix meydanında yeni informasiya qarşıdurmasını başlatmağa dair ən kiçik niyyətim olmadan bu barədə yazıram. Hesab edirəm ki, baş verən hadisələrin balanslı şəkildə qiymətləndirilməsi ilə müxtəlif ölkələrdən nüfuzlu alimlərin geniş təmsilçiliyi akademik elm məşğul olmalıdır. Bizim hamımıza həqiqət və obyektivlik lazımdır. Öz tərəfimdən həmişə həmkarlarımı sakit, açıq, etibarlı dialoqa, ortaq keçmişə qarşı tənqidi, qərəzsiz baxmağa çağırmışam və çağırıram.

Bu cür yanaşma o vaxt edilən səhvləri təkrarlamamağa və uzun müddət dinc, uğurlu inkişafı təmin etməyə kömək olar.

Ancaq bizim bir çox partnyorlarımız hələ birgə işə hazır deyillər. Əksinə, öz məqsədlərini güdərək, bizim ölkəmizə qarşı informasiya hücumunun sayını və miqyasını genişləndirirlər, özümüzü təmizə çıxarmağımızı, günahkar hiss etməyimizi istəyir, açıq-aşkar riyakar siyasiləşdirilmiş deklarasiyalar qəbul edirlər. Məsələn, 2019-cu il sentyabrın 19-da Avropa Parlamentinin qəbul etdiyi "Avropanın gələcəyi üçün tarixi yaddaşın qorunmasının vacibliyi haqda" qətnamə nasist Almaniyası ilə yanaşı, SSRİ-ni də İkinci Dünya müharibəsinin başladılmasında birbaşa ittiham etdi. Təbii ki, orada Münhen haqda hansısa bir xatırlatma yoxdur.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qələbə Günündə Böyük Vətən müharibəsi veteranları ilə görüşdə - Sputnik Azərbaycan
SİYASƏT
Prezident İlham Əliyev: "9 May - bizim ümumi Böyük Qələbə günümüzdür"

Hesab edirəm ki, bu cür "kağızlar", bu qətnaməni sənəd adlandıra bilmərəm, açıq-aşkar birbaşa qalmaqala hesablandığından real təhlükə daşıyır. Axı onu kifayət qədər hörmətə malik bir orqan qəbul edib. Bəs o nə nümayiş etdirdi? Nə qədər də qəmli olsa – bu gün bir sıra nümayəndələrinin bu yalanla dolu qətnaməni imzaladığı ölkələrin şərəfi və məsuliyyəti ilə qurulmuş müharibədən sonrakı dünya düzənini dağıtmaq üçün düşünülmüş siyasəti. Və bu minvalla onlar Nürnberq tribunalının nəticələrinə, 1945-ci il qələbəsindən sonra universal beynəlxalq təsisatlar yaratmış dünya ictimaiyyətinin səylərinə əl qaldırdılar. Bununla əlaqədar xatırladım ki, Avropa inteqrasiyası prosesinin özü və bu proses zamanı müvafiq strukturların, o cümlədən Avropa Parlamentinin yaradılması yalnız keçmişdən alınan dərslər sayəsində, keçmişin dəqiq hüquqi və siyasi qiymətləndirilməsi nəticəsində mümkün oldu. Bu konsensusu qəsdən şübhə altına alanlar isə bütün müharibədən sonrakı Avropanın təməlini məhv edirlər.

Dünya düzəninin fundamental prinsiplərindən başqa, burada işin mənəvi tərəfi də var. Yaddaşın ələ salınması, ona lağ edilməsi əclaflıqdır. İkinci Dünya müharibəsinin bitməsinin 75 illiyi barədə bəyanatlar səslənərkən anti-Hitler koalisiyasının bütün üzvləri sırasında SSRİ-nin adının çəkilmədiyi zaman isə bu əclaflıq əlavə olaraq qərəz, riyakarlıq və qəsd donu da geyinir. Nasizmlə mübarizə aparanların şərəfinə qoyulan abidələri uçuran zaman və bu utanmaz hərəkətə yalandan yarıtmaz ideologiya və guya istila ilə haqq qazandırmağa çalışılan təqdirdə əclaflıq həm də qorxaqlıq ola bilir. Neonasistlər və banderaçıların davamçılarına qarşı mübarizə aparanları öldürüb yandırarkən əclaflıq qanlı olur. Təkrar edirəm, əclaflıq özünü müxtəlif cür göstərir, amma heç zaman onun rəzil xisləti dəyişmir.

Əbədi xatirə: Böyük Qələbəni bizə bəxş edənləri yad edirik

Tarixin dərslərinin unudulması qaçılmaz olaraq ağır itkilərə səbəb olur. Biz sənədlə təsdiq olunmuş tarixi faktlara əsaslanan həqiqəti qətiyyətlə müdafiə edəcəyik, İkinci Dünya müharibəsinin hadisələri barədə qərəzsiz və doğru danışmağa davam edəcəyik. Rusiyada İkinci Dünya müharibəsindən öncəki və müharibənin öz tarixinə dair kino və fotomaterialların, arxiv sənədlərinin nəhəng kolleksiyasının yaradılması üzrə genişmiqyaslı layihə də eyni zamanda bu məqsədə yönəlib.

Bu cür iş artıq aparılır. Bir çox yeni, təzə tapılmış, üstündən məxfilik götürülmüş materiallardan bu məqalənin hazırlanmasında istifadə etmişəm. Və buna görə də bütün məsuliyyətimlə deyə bilərəm ki, SSRİ-nin Almaniyaya qarşı preventiv müharibə başlatmaq niyyətini təsdiqləyən heç bir arxiv sənədi mövcud deyil. Bəli, Sovet hərbi rəhbərliyi təcavüz zamanı Qızıl Ordunun dərhal düşməni dəf edəcəyi, hücuma keçəcəyi və rəqibin ərazisində müharibə aparacağı barədə doktrinanı əldə rəhbər tuturdu. Ancaq bu cür strateji planlar heç də Almaniyaya birinci hücum etmək niyyəti anlamına gəlmirdi.

Əlbəttə, indi tarixçilərin əlində Sovet və alman qərargahlarının hərbi planlaşdırma barədə sənədləri, direktivləri var. Nəhayət, biz hadisələrin real olaraq necə cərəyan etdiyini bilirik. Bu biliklər çoxlarına ölkənin hərbi-siyasi rəhbərliyinin fəaliyyəti, səhvləri, yanlışları barədə fikir yürütməyə əsas verir. 

Fuad Babayev, siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
Fuad Babayev “Böyük Qələbə - 75 ” kitabı haqqında danışır
Bununla bağlı bir şeyi deyə bilərəm: müxtəlif cür dezinformasiya ilə yanaşı, Sovet liderləri nasistlərin hücum hazırladıqları barədə də real məlumatlar alırdılar. Və müharibədən öncəki illərdə ölkənin hərbi hazırlığının artırılması, o cümlədən hərbi mükəlləfiyyətlilərin gizli toplanışa çağırılması, ordu birləşmə və ehtiyatlarının daxili hərbi dairələrdən qərb sərhədlərinə doğru yerdəyişməsi istiqamətində tədbirlər görürdülər.

Müharibə qəfil deyildi, onu gözləyir, ona hazırlaşırdılar. Ancaq nasistlərin həmləsi, doğrudan da, tarixində görülməmiş gücdə idi. 1941-ci il iyunun 22-də Sovet İttifaqı səfərbərliyinə, hazırlanmasına, öyrədilməsinə, demək olar ki, bütün Avropanın hərbi, sənaye və iqtisadi potensialının cəlb edildiyi dünyanın ən güclü ordusu ilə üz-üzə gəldi. Bu ölümcül həmlədə nəinki vermaxt, eləcə də Almaniyanın "peykləri", Avropa qitəsinin bir çox digər dövlətlərinin hərbi kontingenti də iştirak edirdi.

1941-ci ildəki ağır hərbi məğlubiyyətlər ölkəni böhran həddinə çatdırdı. Döyüş qabiliyyətini, idarəçiliyi bərpa etmək üçün fövqəladə üsullardan, ümumölkə səfərbərliyindən, dövlətin və xalqın bütün qüvvələrinin cəmləşməsindən istifadə etmək lazım gəldi. Artıq 41-ci ilin yayında düşmən atəşi altında milyonlarla vətəndaşın, yüzlərlə zavod və müəssisənin ölkənin şərqinə təxliyəsi başlandı. Qısa müddətdə arxa cəbhədə silah və sursatın istehsalı yoluna qoyuldu və artıq müharibənin ilk qışında onlar ön cəbhəyə çatdırılmağa başlandı, 1943-cü ildə isə Almaniya və müttəfiqlərinin hərbi göstəriciləri artıq xeyli geridə qalmışdı. İlyarım ərzində Sovet insanları həm ön, həm arxa cəbhədə imkansızı bacardılar. İndinin özünədək bu möhtəşəm nailiyyətlərin əldə edilməsi üçün nə qədər gücün, mərdliyin, fədakarlığın sərf edildiyini təsəvvür etmək, anlamaq, dərk etmək çətindir.

Mixail Boçarnikov: “Azərbaycan faşizm üzərində qələbədə böyük rol oynayıb”

Nasistlərin dişinə qədər silahlanmış, güclü, soyuqqanlı istila maşını doğma torpağını qorumaq, dinc həyatını, planlarını və ümidlərini tapdalayan, qıran düşməndən qisas almaq məqsədilə birləşmiş Sovet ictimaiyyətinin nəhəng qüvvəsi ilə çarpışmalı oldu.

Əlbəttə, bu qorxunc, qanlı müharibə dövründə bəzi insanları qorxu çulğalayır, onlar özlərini itirirdilər. Satqınlıq və fərarilik halları da olurdu. İnqilabın və Vətəndaş müharibəsinin yaratdığı sərt qopmalar, nihilizm, milli tarixə, ənənələrə, inanca qarşı bolşeviklərin xüsusilə hakimiyyətin ilk illərində yaratmağa çalışdıqları istehzalı münasibət də özünü göstərirdi. Ancaq Sovet vətəndaşlarının və bizim xaricdəki həmvətənlərin ümumi fikri Vətəni xilas etməyə, qorumağa yönəlmişdi. Bu, əsl, qarşısıalınmaz bir güc idi. İnsanlar əsl vətənpərvər dəyərlərdə özlərinə dayaq axtarırdılar.

Nasist "strateqləri" əmin idilər ki, nəhəng, çoxmillətli dövləti asanlıqa əzəcəklər. Hesab edirdilər ki, qəfil müharibə, onun qəddarlığı və dözülməz çətinliyi mütləq millətlərarası münasibətləri korlayacaq və ölkəni asanlıqla parçalara bölmək olacaq. Hitler birbaşa bəyan edirdi: "Rusiyanın geniş ərazisində yaşayan xalqlara münasibətdə siyasətimiz istənilən formada fikir ayrılığı və parçalanmanı təqdir etməkdir".

Ancaq ilk günlərdən aydın oldu ki, nasistlərin bu planı uğursuzluğa məhkumdur. Brest qalasını otuzdan çox millətin nümayəndəsi olan əsgərlər son damla qanlarınadək müdafiə etdilər. Bütün müharibə boyu – həm iri həlledici döyüşlərdə, həm Vətənin hər bir metri üçün gedən döyüşlərdə - biz bu cür vəhdətin nümunələrini görürük.

Жительница Москвы заполняет заявку для участия в акции Бессмертный полк онлайн  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Veteranların adını əbədiləşdirmək üçün portal da yaradıldı

Köçürülən milyonlar üçün Volqa bölgəsi və Ural, Sibir və Uzaq Şərq, Orta Asiya və Qafqaz respublikaları evə çevrildi. Onların sakinləri əllərindəki son şeyi paylaşır, bacardıqları hər şeylə dəstəkləyirdilər. Xalqların dostluğu, qarşılıqlı yardım düşmən sarsıda bilmədiyi əsl bir qalaya çevrildi.

İndi nəyi sübut etməyə çalışsalar da nasizmin dağıdılmasına Sovet İttifaqı, Qırmızı Ordu, Belostok və Mogilev, Uman və Kiyev, Vyazma və Xarkov yaxınlığında sona qədər döyüşmüş qəhrəmanlar həlledici töhfəni verib. Onlar Moskva və Stalinqrad, Sevastopol və Odessa, Kursk və Smolensk yaxınlığında hücuma keçdilər. Varşavanı, Belqradı, Vyananı və Praqanı azad etdilər. Köniqsberq və Berlini hücum edərək tutdular.

Biz müharibə haqqında əsl, hamarlanmamış və ya üzərinə boya çəkilməmiş həqiqəti dəstəkləyirik. Xalqın, insanların bu sərt, acı və amansız həqiqətini əsasən cəbhə sınaqlarının alovunu və cəhənnəmini keçmiş yazıçı və şairlər bizə çatdırıb. Mənim nəslim və digər nəsillər üçün onların dürüst, dərin hekayələri, romanları, kəskin "leytenant nəsrləri" və şeirləri əbədi olaraq ruhumuzda iz buraxıb, bir növ vəsiyyətə dönüb – Qələbə üçün hər şeyi etmiş veteranlara ehtiram etmək, döyüş meydanında canını vermiş insanları yadda saxlamaq vəsiyyətinə.

Parada gəlin: Lukaşenko prezidentləri Minskə dəvət etdi

Bu gün Aleksandr Tavrdovskinin sovet-alman cəbhəsinin mərkəzi hissəsində vuruşmuş Böyük Vətən müharibəsi iştirakçılarına həsr olunmuş "Mən Rjev yanında öldürüldüm..." şeirinin sadə və möhtəşəm misraları heyrətə gətirir.

Yalnız Rjev şəhəri və Rjev çıxıntısı uğrunda 1941-ci ilin oktyabrından 1943-cü ilin martına qədər gedən döyüşlər zamanı Qırmızı Ordu yaralı və itkin olmaqla 1 milyon 342 min 888 nəfərini itirdi. Arxiv mənbələrindən toplanmış bu qorxunc, faciəli, hələ tam olmayan rəqəmləri açıqlayıram və ilk dəfə müharibədən sonrakı illərdə müxtəlif səbəblərdən haqında az və ya heç danışılmayan məşhur və adsız qəhrəmanların rəşadətinə ehtiramımı bildirirəm.

Başqa bir sənədə istinad edəcəm. Bu, 1945-ci ilin fevralında İ.Mayskinin rəhbərliyi hazırlanmış Almaniyadan reparasiyalar haqqında Beynəlxalq komissiyasının hesabatıdır. Komissiyanın vəzifələrinə məğlub Almaniyanın qalib güclərə vurduğu ziyanı kompensasiya etməsi düsturunu müəyyənləşdirmək daxil idi. Komissiya belə bir nəticəyə gəldi: "Almaniyanın Sovet cəbhəsində itirdiyi əsgər-gün sayı digər müttəfiq cəbhələrdə bu rəqəmdən ən az 10 dəfə çoxdur. Sovet cəbhəsinə həmçinin alman tanklarının beşdə dördü və alman təyyarələrinin üçdə ikisi göndərilmişdi." Bütövlükdə, anti-Hitler koalisiyasının bütün hərbi səylərinin 75 faizi SSRİ-nin payına düşürdü. Müharibə illərində Qırmızı Ordu "Ox ölkələri"nin 626 bölüyünü əzmişdi, bunlardan 508-i alman bölüyü idi.

Moskvada hərbi parad, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Moskvada Qələbə Paradı ləğv edilsin – Veteranlar Putinə

1942-ci il aprelin 28-də Ruzvelt Amerika xalqına müraciətində bəyan edib: "Rus qoşunları birləşmiş bütün digər ölkələrə nisbətən ümumi düşmənimizin daha çox canlı qüvvəsini, təyyarəsini, tankını və topunu məhv edib və məhv etməyə davam edir." Çörçil 1944-cü il sentyabrın 27-də Stalinə məktubunda yazırdı ki, "məhz rus ordusu alman hərbi maşınının bağırsaqlarını çıxarıb".

Bu qiymətləndirmə dünyada həmrəylik doğurdu. Çünki bu sözlərdə heç kimin şübhə etmədiyi böyük həqiqət var idi. Təxminən 27 milyon Sovet vətəndaşı cəbhələrdə, alman əsirliyində, aclıqdan və bombalanmadan, gettolarda və nasist ölüm düşərgələrinin sobalarında ölüb. SSRİ hər yeddi vətəndaşından birini, Böyük Britaniya 127 vətəndaşından birini, ABŞ isə 320 vətəndaşından birini itirdi. Təəssüf ki, Sovet İttifaqının bu sayda ağır, qaytarılmayan itkiləri son deyil. Ölənlərin hamısının: Qırmızı Ordu əsgərlərinin, partizanların, gizli vuruşanların, müharibə və konsentrasiya düşərgələri əsirlərinin, məhv edilmiş mülki şəxslərin adlarının və talelərinin bərpası üçün əziyyətli işləri davam etdirmək lazımdır. Bu bizim borcumuzdur. Burada axtarış hərəkatı iştirakçılarına, hərbi-vətənpərvər və könüllü birliklərə, arxiv sənədlərinə əsaslanan "Xalqın yaddaşı" elektron məlumat bazası kimi layihələrə xüsusi rol verilir. Əlbəttə ki, belə bir ümumi humanitar problemin həllində sıx beynəlxalq əməkdaşlıq lazımdır.

Azərbaycan hərbçiləri Moskvada paradda iştirak edəcəklər

Ortaq düşmənlə vuruşan bütün ölkələrin və xalqların səyləri qələbəyə apardı. Britaniya ordusu vətənini işğaldan qorudu, Aralıq dənizində, Şimali Afrikada nasistlər və onların müttəfiqləri ilə döyüşdü. Amerika və Britaniya qoşunları İtaliyanı azad etdi, İkinci cəbhəni açdı. Birləşmiş Ştatlar Sakit okeanda təcavüzkara güclü, sarsıdıcı zərbələr endirdi. Çin xalqının çox böyük qurbanlarını və yapon militaristlərini məğlub etməkdə böyük rolunu xatırlayırıq. Utancverici şəkildə təslim olmağı qəbul etməyib faşistlərə qarşı mübarizəni davam etdirən "Döyüşən Fransa" döyüşçülərini unutmayırıq.

Qırmızı Ordunu silah-sursat, xammal, ərzaq və avadanlıqla təmin etdiyi yardım üçün müttəfiqlərə daima minnətdar olacağıq. Bu yardım əhəmiyyətli idi - Sovet İttifaqının ümumi hərbi istehsalının təxminən yeddi faizi qədər.

Anti-Hitler koalisiyasının nüvəsi Sovet İttifaqına hücumdan dərhal sonra, ABŞ və Böyük Britaniyanın Hitler Almaniyasına qarşı mübarizədə Sovet İttifaqını qeyd-şərtsiz dəstəkləməsi ilə formalaşmağa başladı. 1943-cü ilin Tehran Konfransı zamanı Stalin, Ruzvelt və Çörçil böyük güclər ittifaqını qurdular, koalisiya diplomatiyasının, ümumi ölümcül təhlükəyə qarşı mübarizədə ortaq strategiyanın inkişafı mövzusunda razılığa gəldilər. Böyük üçlüyün liderləri aydın bir şəkildə anlayırdılar ki, SSRİ, ABŞ və Böyük Britaniyanın sənaye, resurs və hərbi potensialının birləşməsi düşmən üzərində danılmaz bir üstünlük yaradacaq.

Sovet İttifaqı müttəfiqlər qarşısında öhdəliklərini tam yerinə yetirib və daima kömək əlini uzadıb. Belə ki, Belarusiyadakı genişmiqyaslı "Baqration" əməliyyatı ilə Qırmızı Ordu ingilis-amerikalı əsgərlərin Normandiyaya desant çıxmasına dəstək verdi. 1945-ci ilin yanvarında Oderi keçərək əsgərlərimiz Vermaxtın qərb cəbhəsində, Ardendəki son güclü hücumuna son qoydular. Almaniya üzərində qələbədən üç ay sonra, SSRİ Yalta müqavilələrinə uyğun olaraq Yaponiyaya müharibə elan etdi və milyonluq Kvantunq ordusunu məğlub etdi.

 ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Tramp 9 may paradında Moskvada olmaq istəyir

Hələ 1941-ci ilin iyulunda Sovet rəhbərliyi bəyan edib ki, "faşist zülmkarlarına qarşı müharibənin məqsədi təkcə ölkəmiz üzərində yaranmış təhlükəni aradan qaldırmaq deyil, eyni zamanda alman faşizmi altında fəryad edən bütün Avropa xalqlarına kömək etməkdir". 1944-cü ilin ortalarına qədər düşmən demək olar ki, bütün Sovet ərazilərindən çıxarıldı. Lakin onun öz yuvasında sona qədər vurmaq lazım idi. Və Qırmızı Ordu Avropada azadlıq missiyasına başladı, xalqları məhvdən və əsarətdən, Holokost dəhşətindən xilas etdi. Yüz minlərlə Sovet əsgərinin həyatı bahasına xilas etdi.

SSRİ-nin azad edilmiş ölkələrə aclıq təhlükəsinin aradan qaldırılmasında, iqtisadiyyatın və infrastrukturun bərpasında verdiyi böyük maddi yardımı unutmamaq vacibdir. Bunu Brestdən Moskva və Volqaya qədər minlərlə kilometr məsafənin yalnız küllə örtülü olduğu bir vaxtda edib. Məsələn, 1945-ci ilin mayında Avstriya hökuməti SSRİ-dən ərzaq yardımı istədi, çünki "növbəti yeddi həftə ərzində yeni məhsul yığılana qədər əhalisini necə yedizdirəcəyini bilmirdi". Sovet rəhbərliyinin ərzaq göndərməsinə razılıq verməsini Avstriya Respublikasının Müvəqqəti Hökumətinin Dövlət Kansleri K. Renner, "avstriyalıların heç vaxt unutmayacağı" "xilaskar hərəkət" kimi xarakterizə edib.

Müttəfiqlər birlikdə nasist siyasi və müharibə cinayətkarlarını cəzalandırmaq üçün nəzərdə tutulmuş Beynəlxalq Hərbi Məhkəməni yaratdılar. Onun qərarlarında insanlığa qarşı törədilmiş soyqırım, etnik və dini təmizləmə, anti-semitizm və ksenofobiya kimi cinayətlərə dəqiq hüquqi qiymət verilir. Nürnberq məhkəməsi birbaşa və birmənalı şəkildə nasistlərə kömək etmiş, onlarla əlbir olmuş müxtəlif insanları mühakimə etdi.

Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi

Bu biabırçı hal bütün Avropa ölkələrində baş vermişdi. Peten, Kvislinq, Vlasov, Bandera kimi "xadimlər", onların yoldaşları və davamçıları milli müstəqillik və ya kommunizmdən azadlıq uğrunda mübarizə aparanların donunu geyinsələr də, onlar xain və cəllad idilər. Qeyri-insani münasibətdə çox vaxt onlar öz sahiblərini üstələyirdilər. Xüsusi cəza qruplarında xidmət çəkməyə çalışaraq, onlar ən vəhşi tapşırıqları həvəslə yerinə yetirirdilər. Onların qanlı əllərinin işi – Babi Yar edamları, Volın qırğını, yandırlmış Xatın, Litvada və Latviyada yəhudilərin qırılması aksiyaları.

Bu gün də bizim mövqeyimiz dəyişməz olaraq qalır: nasistlərin tərəfdarlarının cinayət əməlləri üçün heç bir əsas ola bilməz, onların köhnəlik müddəti yoxdur. Buna görə bir sıra ölkələrdə faşistlərlə əməkdaşlıq edərək öz adına ləkə gətirmiş insanların birdən-birə İkinci Dünya Müharibəsi veteranları ilə bərabərləşməsi təəccüblüdür. Azad edənlər və işğalçılar arasında bərabər işarəsinin qoyulmasını yolverilməz hesab edirəm. Nasist silahdaşlarının qəhrəmanlaşdırılması isə yalnız atalarımızın və babalarımızın xatirəsinə, xalqları nasizmə qarşı mübarizədə birləşdirən ideallara xəyanət kimi görülə bilər.

O vaxt SSRİ, ABŞ və Böyük Britaniya liderləri qarşısında tarixi vəzifəni dururdu. Stalin, Ruzvelt, Çörçil fərqli ideologiyaları, dövlət məqsədləri, maraqları, mədəniyyətləri olan ölkələri təmsil edirdilər, lakin böyük siyasi iradə nümayiş etdirib, ziddiyyətlərdən və qərəzlərdən üstün oldular və dünyanın həqiqi maraqlarını ön plana çəkdilər. Nəticədə, onlar razılığa gələ və bütün bəşəriyyəti qazandıran bir həll yolunu tapa bildilər.

Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər - Sputnik Azərbaycan
Azərbaycan hərbçiləri Minskdə keçirilən paradda – FOTOLAR

Qalib güclər bizə bir neçə əsrin ən vacib intellektual və siyasi axtarışlarının kvintessensiyasına çevrilmiş bir sistemi qoydular. Tehran, Yalta, San-Fransisko, Potsdam kimi konfranslar seriyası, çox sərt ziddiyyətlərə baxmayaraq, artıq 75 ildir dünyanın qlobal müharibə olmadan yaşamasının təməlini qoydular.

İndi Qərbdə sezdiyimiz təftişçilik, özü də ilk növbədə İkinci Dünya müharibəsi və onun nəticələrinə dair məsələlərdə, onunla təhlükəlidir ki, 1945-ci ildə Yalta və San-Fransisko konfranslarının əsasını qoyduğu dinc inkişaf prinsiplərini kobud və ədəbsizcəsinə təhrif edir. Yalta və həmin dövrdəki digər qərarların əsas tarixi nailiyyəti - aparıcı dövlətlərə öz aralarında yaranan fikir ayrılıqlarının həllində diplomatiya çərçivəsində qalmağa imkan verən mexanizmi yaratmaq üçün razılıq əldə olunması idi.

XX əsr total və genişmiqyaslı dünya münaqişələrini ortaya qoydu, 1945-ci ildə isə Yer kürəsini fiziki olaraq məhv etməyə qadir nüvə silahı da peyda oldu. Digər sözlərlə, mübahisələrin güc yolu ilə həll edilməsi həddən artıq təhlükəli oldu. Və İkinci Dünya müharibəsində qalib olanlar bunu anlayırdılar. Anlayır və bəşəriyyət qarşısında məsuliyyətlərini dərk edirdilər.

Hərbçilərimiz Belarusa gedirlər – Hərbi parad üçün

Millətlər Liqasının kədərli təcrübəsini 1945-ci ildə nəzərə aldılar. BMT-nin Təhlükəsizlik Şurasının strukturu elə hazırlandı ki, sülhün zəmanəti maksimal konkret və effektli olsun. Beləliklə Təhlükəsizlik Şurasının daimi üzvləri və onların üstünlüyü və məsuliyyəti qismində veto hüququ yarandı.

BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ nə deməkdir? Birbaşa deyilsə, bu, nəhəng dövlətlərin birbaşa toqquşmasına qarşı yeganə ağıllı alternativdir. Bu, beş ölkədən birinin bu və ya digər qərarın onun üçün qəbuledilməz olduğunu, maraqlarına və düzgün yanaşma təsəvvürlərinə zidd olduğunu bəyan etməsidir. Və digər ölkələr, hətta bununla razı olmasalar belə, bu mövqeni olduğu kimi qəbul edir və öz birtərəfli səylərini gerçəkləşdirməkdən imtina edirlər. Yəni istənilən halda kompromiss axtarmaq lazım gəlir.

Yeni qlobal qarşıdurma, demək olar ki, İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra başladı və zaman-zaman çox sərt xarakter aldı. Və soyuq müharibənin üçüncü dünya müharibəsinə çevrilməməsi Böyük Üçlüyün əldə etdiyi razılaşmaların effektivliyini bir daha sübut etdi. BMT-nin yaradılması zamanı razılaşdırılmış fəaliyyət qaydaları sonradan riskləri azaltmağa və qarşıdurmanı nəzarət altında saxlamağa imkan verdi.

Əlbəttə, biz görürük ki, BMT sistemi indi gərgin və əslində bacardığından daha səmərəsiz işləyir. Ancaq öz əsas funksiyasını BMT əvvəlkitək yerinə yetirir. BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyət prinsipləri – böyük müharibə və ya qlobal konfliktin qarşısının alınmasında unikal bir mexanizmdir.

Qırmızı meydanda Qələbə Gününə həsr edilmiş paradın son məşqi keçirildi  - Sputnik Azərbaycan
VİDEO
Qırmızı meydanda Qələbə Gününə həsr edilmiş paradın son məşqi keçirildi

Son zamanlar tez-tez səslənən, Təhlükəsizlik Şurasının daimi üzlərinin veto hüququnun ləğvi və onlara xüsusi imkanların yaradılmasından imtina edilməsi kimi fikirlər əslində çox məsuliyyətsizdir. Axı bu baş versə, Birləşmiş Millətlər Təşkilatı həminki Millətlər Liqasına – dünyəvi proseslərə heç bir təsir rıçağı olmayan boş danışıqlar üçün iclaslara çevriləcək: hər şeyin necə qurtardığı hamıya bəllidir. Məhz buna görə də qalib dövlətlər yeni dünya düzəninin formalaşdırılmasına həddən ziyadə ciddiliklə yanaşdılar ki, sələflərinin səhvlərini təkrarlamasınlar.

Beynəlxalq münasibətlərin müasir sistemini yaratmaq İkinci dünya müharibəsinin əsas nəticələrindən biridir. Hətta geosiyasi, ideoloji, iqtisadi sahələrdəki ən barışmaz fikir ayrılıqları belə, əgər arzu və iradə varsa, dinc mövcud olma və münasibət formalarını tapmağa mane olmur. Bu gün dünya heç də ən sakit dövrünü yaşamır. Hər şey dəyişir: qüvvələrin qlobal yerdəyişməsindən və təsirindən tutmuş, cəmiyyətlər, dövlətlər, bütöv qitələrin həyatının sosial, iqtisadi və texnoloji həyatına təsirə kimi. Əvvəlki dövrlərdə belə miqyaslı dəyişikliklər demək olar ki, heç bir zaman böyük hərbi münaqişələr, güc qarşıdurması olmadan keçinməyib. Müttəfiq dövlətlərin siyasi xadimlərinin müdrikliyi və uzaqgörənliyi sayəsində dünya rəqabətinin inkişafına xas olan belə kəskin, obyektiv hadisələrdən qoruyan sistemi qurmaq mümkün olub.

Kreml Qələbə paradında xarici ölkə başçılarının olmaması məsələsinə aydınlıq gətirdi

Üzərinə siyasi məsuliyyət götürən bizim hamımızın, ilk növbədə İkinci dünya müharibəsində qalib dövlətlərin nümayəndələrinin borcu bu sistemin saxlanılması və təkmilləşdirilməsinə təminat verməkdir. Bu gün 1945-ci ildə olduğu kimi siyasi iradə göstərmək və gələcəyi müzakirə etmək vaxtıdır. Bizim həmkarlarımız – Si Tsinpin, Makron, Tramp, Conson – Rusiya tərəfindən irəli sürülən Təhlükəsizlik Şurasının daimi üzvləri olan beş nüvə dövlətinin liderlərinin görüşünü keçirmək təşəbbüsünü dəstəkləyiblər. Biz onlara təşəkkür edirik və ümid edirik ki, ilk imkandaca bu cür görüş keçirilə bilər.

Biz qarşıdan gələn sammitin gündəliyini necə görürük? Bizim fikrimizcə, ilk növbədə dünya işlərində kollektiv başlanğıcların inkişafı ilə bağlı addımları müzakirə etmək, sülhün, qlobal və regional təhlükəsizliyin saxlanılması, strateji silahlar üzərində nəzarət, terrorçuluq, ekstremizm, digər aktual çağırışlar və təhlükələrlə birgə mübarizə ilə bağlı açıq danışmaq məqsədəuyğundur.

Qlobal iqtisadiyyatdakı vəziyyət, ilk növbədə koronavirus pandemiyası ilə bağlı yaranmış iqtisadi böhranın dəf edilməsi görüşün ayrıca mövzusudur. Bizim ölkələrimiz insanların həyat və sağlamlığını qorumaq, çətin vəziyyətə düşən vətəndaşlarımızın dəstəklənməsi üçün misli görünməyən addımlar atır. Amma pandemiyanın nəticələrinin nə dərəcədə ağır olacağı, qlobal iqtisadiyyatın resessiyadan nə zaman çıxacağı bizlərin əsl müttəfiq kimi birgə, bir-birinə xəbər verərək və razılaşdırılmış şəkildə işləməyimizdən asılı olacaq. İqtisadiyyatı təzyiq və qarşıdurma alətinə çevirmək olmaz. Aktual mövzular arasında ətraf mühitin qorunması və iqlimin dəyişməsi ilə mübarizə, eləcə də qlobal rəqəmsal məkanın təhlükəsizliyinin təmin edilməsidir.

Награды ветерана Великой Отечественной войны, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bərdəli veteranlara medal veriləcək

Rusiya tərəfindən təklif edilən "beşlik" sammitinin gündəliyi həm bizim üçün, həm də bütün dünya üçün son dərəcə vacib və aktualdır. Bizim bütün punktlar üzrə konkret ideya və təşəbbüslərimiz var.

Rusiya, Çin, Fransa, ABŞ və Böyük Britaniyanın qarşıdan gələn sammitinin müasir çağırış və təhlükəsizliyə ümumi cavab axtarışında vacib rol oynayacağı, müttəfiqlik ruhuna, ata və babalarımızın uğurunda çiyin-çiyinə vuruşduğu yüksək humanizm idealları və dəyərlərinə ümumi bağlılıq nümayiş etdirəcəyinə şübhə ola bilməz.

Ümumi tarixi yaddaşa söykənərək, biz bir birimizə etibar edə bilərik və etməliyik. Bu, planetimizdə təhlükəsizliyin və stabilliyin möhkəmlənməsi, bütün dövlətlərin çiçəklənməsi və firavanlığı uğrunda uğurlu danışıqların əsası ola bilər. Mübaliğəsiz deyə bilərik ki, bütün dünya qarşısında, hazırkı və gələcək nəsillər qarşısında ümumi borcumuz və məsuliyyətimiz budur.

Xəbər lenti
0