FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Əbədi xatirə: Böyük Qələbəni bizə bəxş edənləri yad edirik

Abunə olmaq
Sputnik Azərbaycan-ın oxucuları Böyük Vətən Müharibəsində iştirak edən əzizlərinin fotoları ilə bölüşüblər. Onlardan bəziləri Qələbə naminə canından keçib, bəziləri Reyxstaqa çata, sonra isə evinə dönə biliblər. Hər birinin xatirəsi əbədidir

Almaniya Sovet İttifaqına hücum edəndə Azərbaycan xalqı da digər respublikaların sakinləri kimi faşizmlə mübarizəyə qalxdı. Müharibənin ilk günlərində Azərbaycandan cəbhəyə 40 mindən çox gənc qız və oğlan yollandı.

1941-45-ci illər ərzində Qızıl Ordu sıralarına ölkəmizdən 640 mindən çox vətəndaş çağırılıb. Onlardan 300 mini döyüşlərdə həlak olub. 400-dən çox azərbaycanlı orden-medallarla təltif olunub. Azərbaycanın 128 vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adı alıb.

Azərbaycan SSR-dən olan əsgərlər Brest qalasının alınmasında, Leninqradın, Moskvanın müdafiəsində, Stalinqrad, Qafqaz, Kursk, Ukrayna uğrunda döyüşlərdə, eləcə də Pribaltika, Şərqi Avropanın azad edilməsində, Berlinin alınmasında iştirak ediblər.

Müharibə illərində Azərbaycan cəbhəyə neft və neft məhsullarının əsas tədarükçüsü idi. Ümumilikdə Azərbaycan xalqı düşmən üzərində Qələbə üçün nəhəng töhfələr verib, müharibə qəhrəmanlarının xatirəsi isə ürəyimizdə əbədi yaşayacaq.

© © Photo from Kamran Bagirov's family archiveHacıyev Əli Bağır oğlu, 1917-ci il təvəllüdlü. Azərbaycan Dövlət Tibb Universitetinin 1941-ci ildə məzunu olub. Təhsilini başa vuran kimi hərbi həkim ixtisası üzrə dərhal ordu sıralarına çağırılıb. İkinci Belarusiya Cəbhəsinə, partizan düşərgəsinə göndərilib. Orada döyüş şəraitində ilk cərrahlıq təcrübəsini qazanıb. Xidmət zamanı xeyli həyat qurtarıb, xeyli mükafat qazanıb, üç dəfə yaralanıb. 1944-cü ildə kontuziya səbəbindən ordudan tərxis edilib. Ömrünün sonunadək həkim işləyib.
Гаджиев Али Багир оглу - Sputnik Azərbaycan
1/21
Hacıyev Əli Bağır oğlu, 1917-ci il təvəllüdlü. Azərbaycan Dövlət Tibb Universitetinin 1941-ci ildə məzunu olub. Təhsilini başa vuran kimi hərbi həkim ixtisası üzrə dərhal ordu sıralarına çağırılıb. İkinci Belarusiya Cəbhəsinə, partizan düşərgəsinə göndərilib. Orada döyüş şəraitində ilk cərrahlıq təcrübəsini qazanıb. Xidmət zamanı xeyli həyat qurtarıb, xeyli mükafat qazanıb, üç dəfə yaralanıb. 1944-cü ildə kontuziya səbəbindən ordudan tərxis edilib. Ömrünün sonunadək həkim işləyib.
© © Photo from Aliyev's family archiveMobil Əliş oğlu Əliyev. Kiçik leytenant. Cəbhəyə könüllü gedib və qayıtmayıb.
Мобил Алиш оглу Алиев - Sputnik Azərbaycan
2/21
Mobil Əliş oğlu Əliyev. Kiçik leytenant. Cəbhəyə könüllü gedib və qayıtmayıb.
© © Photo from Kamala Alizadeh's family archiveAbbas Qulu oğlu Şəfiyev. 1941-ci ildə kapitan rütbəsində müharibəyə qatılıb. Kerç yaxınlığında “Kiçik torpaq”da vuruşub. Döyüşlərdən birində kantuziya alaraq əlil olub. Evə 1945-ci ildə qayıdıb.
Аббас Гулу оглу Шафиев - Sputnik Azərbaycan
3/21
Abbas Qulu oğlu Şəfiyev. 1941-ci ildə kapitan rütbəsində müharibəyə qatılıb. Kerç yaxınlığında “Kiçik torpaq”da vuruşub. Döyüşlərdən birində kantuziya alaraq əlil olub. Evə 1945-ci ildə qayıdıb.
© Photo : Sabina Dadasheva's family archiveAllahverdiyev Əhməd Baba oğlu. İkinci Dünya Müharibəsində Avstriyaya qədər döyüşüb. Dəmiryolu qoşunlarında xidmət edib. Sonradan Kareliya və Uzaq Şərqdə olub. Cəbhəyə tələbə olarkən yollanıb.
Аллахвердов Ахмед Бабаевич - Sputnik Azərbaycan
4/21
Allahverdiyev Əhməd Baba oğlu. İkinci Dünya Müharibəsində Avstriyaya qədər döyüşüb. Dəmiryolu qoşunlarında xidmət edib. Sonradan Kareliya və Uzaq Şərqdə olub. Cəbhəyə tələbə olarkən yollanıb.
© Photo : © Photo from Kamala Alizadeh's family archiveQızbəs Əsədova. Müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə gedib. Hospitallarda həkim işləyib. Müharibədən sonra Bakıdakı klinikalardan birində baş həkim olub. Eyni zamanda Bakının Yasamal rayonu Veteranlar Şurasının sədri olub. Azərbaycanın əməkdar həkimidir.
Гызбяс Асадова - Sputnik Azərbaycan
5/21
Qızbəs Əsədova. Müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə gedib. Hospitallarda həkim işləyib. Müharibədən sonra Bakıdakı klinikalardan birində baş həkim olub. Eyni zamanda Bakının Yasamal rayonu Veteranlar Şurasının sədri olub. Azərbaycanın əməkdar həkimidir.
© © Photo from Mirzoyev's family archiveBəhyəddin Şahvələddin oğlu Mirzəyev. Kapitan, 416-cı atıcı diviziyasının 1054-cü artilleriya alayının batareya komandiri olub (5-ci zərbə ordusu, 1-ci Belarusiya cəbhəsi). Sovet İttifaqı Qəhrəmanıdır. Lenin ordeni, “Qızıl Ulduz”, iki I dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni, xeyli medala layiq görülüb. 1945-ci il aprelin 29-da ağır yaralanıb. Sağalandan sonra ehtiyata göndərilib. Bakıda yaşayıb.
Бахъяддин Шахвеледдин оглу Мирзоев - Sputnik Azərbaycan
6/21
Bəhyəddin Şahvələddin oğlu Mirzəyev. Kapitan, 416-cı atıcı diviziyasının 1054-cü artilleriya alayının batareya komandiri olub (5-ci zərbə ordusu, 1-ci Belarusiya cəbhəsi). Sovet İttifaqı Qəhrəmanıdır. Lenin ordeni, “Qızıl Ulduz”, iki I dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni, xeyli medala layiq görülüb. 1945-ci il aprelin 29-da ağır yaralanıb. Sağalandan sonra ehtiyata göndərilib. Bakıda yaşayıb.

7/21

© © Photo from Zarifa Aliyev's family archiveMərdan Zeynal oğlu Zeynalov. Vətəndaş və Böyük Vətən müharibələrinin iştirakçısı olub. Kontuziya alıb.
Мардан Зейнал оглу Зейналов - Sputnik Azərbaycan
8/21
Mərdan Zeynal oğlu Zeynalov. Vətəndaş və Böyük Vətən müharibələrinin iştirakçısı olub. Kontuziya alıb.
© © Photo from Mustafayev's family archiveMisirxan Zal oğlu İsmayılov. Sıravi topçu olub. Orduya qatılmaq üçün pasportunda doğulduğu ili dəyişdirib. 17 yaşında Uzaq Şərqdə hərbi xidmətə başlayıb, 1941-ci ildə, müharibənin ilk günlərində ön cəbhəyə göndərilib. Berlinədək vuruşub. II dərəcəli Vətən Müharibəsi ordeninin, “Döyüş xidmətlərinə” görə medalın sahibidir.
Мисирхан Зал-оглы Исмаилов - Sputnik Azərbaycan
9/21
Misirxan Zal oğlu İsmayılov. Sıravi topçu olub. Orduya qatılmaq üçün pasportunda doğulduğu ili dəyişdirib. 17 yaşında Uzaq Şərqdə hərbi xidmətə başlayıb, 1941-ci ildə, müharibənin ilk günlərində ön cəbhəyə göndərilib. Berlinədək vuruşub. II dərəcəli Vətən Müharibəsi ordeninin, “Döyüş xidmətlərinə” görə medalın sahibidir.
© © Photo from Gulnara Khalilova family archiveMəmmədkərimov Abdul Həmid oğlu – İkinci Dünya Müharibəsində 1941-ci ildən 1945-ci ilədək iştirak edib. Avstriyadakı hospitaldan tərxis olunub. Kəşfiyyatçı idi. 1998-ci ildə dünyasını dəyişib.
Мамедкаримов Абдул Гамид оглы - Sputnik Azərbaycan
10/21
Məmmədkərimov Abdul Həmid oğlu – İkinci Dünya Müharibəsində 1941-ci ildən 1945-ci ilədək iştirak edib. Avstriyadakı hospitaldan tərxis olunub. Kəşfiyyatçı idi. 1998-ci ildə dünyasını dəyişib.
© © Photo from Natalya Shevchova's family archiveİlşa Yevşa oğlu Yunayev. Hazırlığı Tbilisidə keçəndən sonra cəbhəyə göndərilib. 1943-cü ildə Belaya Tserkov (Ukrayna) şəhəri yaxınlığında döyüşüb. Sonuncu məktubu 1945-ci ildə Almaniyadan gəlib. İtkin düşüb.
Николай Иванович Холстов - Sputnik Azərbaycan
11/21
İlşa Yevşa oğlu Yunayev. Hazırlığı Tbilisidə keçəndən sonra cəbhəyə göndərilib. 1943-cü ildə Belaya Tserkov (Ukrayna) şəhəri yaxınlığında döyüşüb. Sonuncu məktubu 1945-ci ildə Almaniyadan gəlib. İtkin düşüb.
© © Photo from Abbasov's family archive
Məzahir Həmid oğlu Abbasov. SSRİ HDQ-nin leytenantı. Bombardmançı təyyarə idarə edib. 1941-ci ildə ağır yaralandıqdan sonra uzun müddət müalicə alıb və 1942-ci ildə ordudan tərxis olunub. Tarixi araşdırmalara başlayıb, sonradan tarix elmləri doktoru, universitet professoru olub. Qırmızı Bayraq, I dərəcəli Vətən Müharibəsi ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb.
Мазахир Гамид оглу Аббасов - Sputnik Azərbaycan
12/21

Məzahir Həmid oğlu Abbasov. SSRİ HDQ-nin leytenantı. Bombardmançı təyyarə idarə edib. 1941-ci ildə ağır yaralandıqdan sonra uzun müddət müalicə alıb və 1942-ci ildə ordudan tərxis olunub. Tarixi araşdırmalara başlayıb, sonradan tarix elmləri doktoru, universitet professoru olub. Qırmızı Bayraq, I dərəcəli Vətən Müharibəsi ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb.
© © Photo from Murad Orujov's family archive
Savelyev Aleksandr Filippoviç – Şamaxı Hərbi Komissarlığından orduya çağırılıb. Bütün müharibəni, 1945-ci ilədək qvardiya yefreytoru rütbəsində keçib. “Döyüş xidmətlərinə görə” medalına layiq görülüb.
Рагимов Ширин Орудж оглу - Sputnik Azərbaycan
13/21

Rəhimov Şirin Oruc oğlu – 1941-ci ildə 26 yaşında orduya çağırılıb. Uzun müddət itkin düşmüş sayılırdı. “Memorial” məlumat bazasının məlumatına görə, orduda atıcı imiş. Mozdok uğrunda döyüşdə həlak olub.
Рагимов Ширин Орудж оглу - Sputnik Azərbaycan
14/21

Rəhimov Şirin Oruc oğlu – 1941-ci ildə 26 yaşında orduya çağırılıb. Uzun müddət itkin düşmüş sayılırdı. “Memorial” məlumat bazasının məlumatına görə, orduda atıcı imiş. Mozdok uğrunda döyüşdə həlak olub.
© © Photo from Sabina Azizova's family archiveMahmud Məhəmməd oğlu Əliyev (fotoda solda). 1941-ci ildə cəbhəyə könüllü yollanıb. Desant dəstəsində “Kiçik torpaq”da vuruşub, Novorossiysk, Kerç, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə iştirak edib. Berlinədək döyüş yolu keçib. Göstərdiyi hünər və şücaətə görə iki orden (“Şərəf nişanı” və I dərəcəli Vətən Müharibəsi) və altı medala layiq görülüb.
Махмуд Магомед оглу Алиев - Sputnik Azərbaycan
15/21
Mahmud Məhəmməd oğlu Əliyev (fotoda solda). 1941-ci ildə cəbhəyə könüllü yollanıb. Desant dəstəsində “Kiçik torpaq”da vuruşub, Novorossiysk, Kerç, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə iştirak edib. Berlinədək döyüş yolu keçib. Göstərdiyi hünər və şücaətə görə iki orden (“Şərəf nişanı” və I dərəcəli Vətən Müharibəsi) və altı medala layiq görülüb.
© © Photo from Sabina Azizova's family archiveMahmud Məhəmməd oğlu Əliyev (fotoda ortada). 1941-ci ildə cəbhəyə könüllü yollanıb. Desant dəstəsində “Kiçik torpaq”da vuruşub, Novorossiysk, Kerç, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə iştirak edib. Berlinədək döyüş yolu keçib. Göstərdiyi hünər və şücaətə görə iki orden (“Şərəf nişanı” və I dərəcəli Vətən Müharibəsi) və altı medala layiq görülüb.

Махмуд Магомед оглу Алиев - Sputnik Azərbaycan
16/21
Mahmud Məhəmməd oğlu Əliyev (fotoda ortada). 1941-ci ildə cəbhəyə könüllü yollanıb. Desant dəstəsində “Kiçik torpaq”da vuruşub, Novorossiysk, Kerç, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə iştirak edib. Berlinədək döyüş yolu keçib. Göstərdiyi hünər və şücaətə görə iki orden (“Şərəf nişanı” və I dərəcəli Vətən Müharibəsi) və altı medala layiq görülüb.

© © Photo from Dadashev's family archiveAğadadaş Dadaşov. Bütün müharibəni HDQ tərkibində Qara dənizdə gəmidə bosman olub. Bir neçə dəfə yaralanıb. Ordudan bədənində bir neçə qəlpə ilə qayıdıb. Müharibədən sonra poladəritmə zavodunda işləyib.

Агададаш Дадашев - Sputnik Azərbaycan
17/21
Ağadadaş Dadaşov. Bütün müharibəni HDQ tərkibində Qara dənizdə gəmidə bosman olub. Bir neçə dəfə yaralanıb. Ordudan bədənində bir neçə qəlpə ilə qayıdıb. Müharibədən sonra poladəritmə zavodunda işləyib.

18/21

© © Photo from Tamilla Hasanova's family archiveKulagina Nadejda Vasilyevna (1923-2003). Böyük Vətən Müharibəsi illərində Bakıda hərbi hospitalda tibb bacısı işləyib. Müharibədən sonra müxtəlif tibb müəssisələrində işini davam etdirib.

Кулагина Надежда Васильевна - Sputnik Azərbaycan
19/21
Kulagina Nadejda Vasilyevna (1923-2003). Böyük Vətən Müharibəsi illərində Bakıda hərbi hospitalda tibb bacısı işləyib. Müharibədən sonra müxtəlif tibb müəssisələrində işini davam etdirib.

© © Photo from Yuliya Samsonova's family archiveFyodor Qriqoryeviç Ginqa. Baş serjant. Qərb cəbhəsində döyüşüb, 168-ci mühəndis-istehkamçı batalyonunun kəşfiyyat bölməsində komandir olub. Bir neçə dəfə yaralanıb. “Qızıl ulduz” ordeni ilə təltif olunub. Müharibədən sonra sürücü işləyib.

Федор Григорьевич Гинга - Sputnik Azərbaycan
20/21
Fyodor Qriqoryeviç Ginqa. Baş serjant. Qərb cəbhəsində döyüşüb, 168-ci mühəndis-istehkamçı batalyonunun kəşfiyyat bölməsində komandir olub. Bir neçə dəfə yaralanıb. “Qızıl ulduz” ordeni ilə təltif olunub. Müharibədən sonra sürücü işləyib.

© © Photo from Kira Abbasova's family archiveAleksandr İvanoviç Medvedev. 1918-ci ildə Tambov vilayətinin Morşansk şəhərində anadan olub. Teatr texnikumunda oxuyub, 1938-ci ildə isə orduya çağırılıb. Xidmətdən sonra hərbi məktəbə qəbul olunub, müharibə xəbərini də elə orada alıb. Xarkovun müdafiəsində, Belarusiya və Qafqazın, Varşavanın azad olunmasında iştirak edib. Döyüş xidmətlərinə görə 8 medal və 3 ordenə layiq görülüb. Müharibədən sonra Bakıda yaşayıb. Sərhəd zastavası rəhbərinin köməkçisi olub. 40 il Bakı aviasiya zavodunda işləyib
Александр Иванович Медведев - Sputnik Azərbaycan
21/21
Aleksandr İvanoviç Medvedev. 1918-ci ildə Tambov vilayətinin Morşansk şəhərində anadan olub. Teatr texnikumunda oxuyub, 1938-ci ildə isə orduya çağırılıb. Xidmətdən sonra hərbi məktəbə qəbul olunub, müharibə xəbərini də elə orada alıb. Xarkovun müdafiəsində, Belarusiya və Qafqazın, Varşavanın azad olunmasında iştirak edib. Döyüş xidmətlərinə görə 8 medal və 3 ordenə layiq görülüb. Müharibədən sonra Bakıda yaşayıb. Sərhəd zastavası rəhbərinin köməkçisi olub. 40 il Bakı aviasiya zavodunda işləyib
Xəbər lenti
0