Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada Qələbə Paradı ləğv edilsin – Veteranlar Putinə

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidMoskvada hərbi parad, arxiv şəkli
Moskvada hərbi parad, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Prezident çətin, lakin ədalətli qərar qəbul etməlidir ki, parad təhdid yox, həqiqətən də onun bütün iştirakçıları üçün sülh və təhlükəsizliyin təntənəsi olsun”

BAKI, 15 aprel — Sputnik. Rusiyanın veteran təşkilatları ölkə prezidenti Vladimir Putini 9 May Qələbə Paradını daha sonrakı bir tarixə keçirməyi xahiş ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təşkilatların Rusiya Prezidentinə ünvanlandığı müraciətində bildirilib.

Bakıdakı Azadlıq meydanında hərbi parad, 26 iyun 2013-cü il - Sputnik Azərbaycan
SİYASƏT
Hərbçilərimiz Belarusa gedirlər – Hərbi parad üçün

Veteranlar Putinə müraciət edərək ondan paradın koronavirusla bağlı vəziyyət düzəldikdən sonra keçirilməsini xahiş ediblər.

Müraciətdə qeyd olunur ki, prezident çətin, lakin ədalətli qərar qəbul etməlidir ki, parad təhdid yox, həqiqətən də onun bütün iştirakçıları üçün sülh və təhlükəsizliyin təntənəsi olsun.

Qeyd edək ki, bir sutka ərzində Rusiyanın 65 regionunda 3388 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Rusiya Operativ Qərargahının məlumatına əsasən bir gün ərzində ölkədə 22 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 24490-a çatıb. Onlardan 1986-sı sağalıb, 198-i ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 126 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0