Bu il Sputnik Azərbaycan Böyük Vətən Müharibəsində kişilərlə bir cərgədə döyüşmüş qadın veteranlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək qərarına gəlib.
İlk təbrik etdiyimiz veteranlardan biri “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilimş Klavdiya İvanovna Kuvayeva olub. Klavdiya İvanovna 1942-ci ildə anadan olub və Bakıdan birinci Ukrayna cəbhəsinə yola düşüb. Sahə xəstəxanasında çalışan Klavdiya xanım çox vaxt öz həmyerlilərini müalicə etməli olub. Gənc qadın Qafqaz və Ukraynanın azad edilməsində iştirak edib, Drezdenə isə artıq baş çavuş qismində çatıb. Vətənə qayıdandan sonra “Hərbi xidmələrə görə” medalı ilə təltif edilib.
Biz onu Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdik, ona can sağlığı və uzun ömür arzuladıq. Veteran xanım bayram ərəfəsində bu cür diqqətə görə çox sevindiyini bildirib. Səmimi süfrə arxasında isə Klavdiya xanım ötən müharibə günlərini xatırlayıb.
Biz isə qələbə uğrunda verdiyi bütün qurbanlar və qəhrəmanlığı üçün ona bir daha təşəkkürümüzü bildirmək istəyirik.