Tramp 9 may paradında Moskvada olmaq istəyir

© REUTERS / JOSHUA ROBERTS ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli
 ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Trampın 9 may paradında iştirakı ilə bağlı rəsmi cavabın olmadığını bildirib

BAKI, 9 noyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü. Rusiya, Soçi, “Boçarov Ruçey” dövlət iqamətgahı. 1 sentyabr 2018-ci il  - Sputnik Azərbaycan
SİYASƏT
Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi

Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadla məlumatına görə, amerikalı lider dəvətin olub-olmadığı sualını cavablandırarkən deyib.

D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putindən dəvət alıb: “Bu, böyük işdir. Mən dəvətə görə təşəkkür edirəm. Amma həmin dönəmlərdə ABŞ-da seçki mövsümünün ortaları olduğundan, Moskvaya səfər edib-etməyəcəyim barədə konkret söz deməyə çətinlik çəkirəm. Amma iştirak etmək istərdim”.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Trampın 9 may paradında iştirakı ilə bağlı rəsmi cavabın olmadığını bildirib.

Xəbər lenti
0