Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Müharibə haqqında şeir oxuyun: Rusiya Federasiya Şurasının sədri Qələbənin 75 illiyi haqda

Abunə olmaq
"Qələbə Günü ərəfəsində çox güclü və çox lazımlı təəssürat bağışladı. Bir növ təmizlənmə, katarsis kimi oldu, Xüsusən də cəbhəçi şairləri oxuyanda"

Qələbənin 75 illiyinin qeyd olunması ərəfəsində Sputnik Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan bu çətin pandemiya şəraitində yubileyi necə qarşıladığı barədə danışmağı xahiş edib.

Valentina İvanovna hərbi poeziyadan duyğusal enerji almağı məsləhət görüb və özü də ən sevimli şeirlərindən birini oxuyub. Sputnik agentliyinə eksklüziv müsahibəsində o, niyə Robert Rojdestvenskinin yaradıcılığına üstünlük verdiyini söyləyib.

- Valentina İvanovna, hazırkı şəraitdə qarşıdan gələn Qələbənin ildönümünün qarşılanmasını necə görürsünüz? Evdəki arxivlər, fotoşəkillər haqqında danışdınız, tədbirin əhəmiyyətini daha da artırmaq üçün başqa nələri məsləhət görə bilərsiniz?

- Şeirlər ... Müharibə haqqında şeirlər. Özünüz üçün oxuyun, uşaqlar üçün oxuyun. Biz MDB Parlamentlərarası Assambleyası çərçivəsində bir layihə hazırladıq: bir neçə nəfər - aktyor, veteran, siyasətçi və gənc nəslin nümayəndəsi - Böyük Vətən müharibəsi haqqında bir əsər, bir şeir oxudu. Mən də həmkarlarım kimi bu layihədə iştirak etdim. Seçimi mənə etibar etdilər ki, dəqiq nə oxumalı. Demək istəyirəm ki, çox ciddi fasilə verdim, bir ay ləngidi - bu, nə qədər mürəkkəb iş imiş. Az qala, layihəni korlayacaqdım!

Formal yanaşmaq istəmirdim. Və ümumiyyətlə, mən formal yanaşa bilməzdim... Yenidən oxumaq, bir çox hərbi poeziyanı yenidən araşdırmaq məcburiyyətində qaldım. Heç zərrə qədər də peşman deyiləm. Qələbə Günü ərəfəsində çox güclü və çox lazımlı təəssürat bağışladı. Bir növ təmizlənmə, katarsis kimi oldu, Xüsusən də cəbhəçi şairləri oxuyanda.

- Məhz hansı əsərlər ruhunuza xüsusilə toxundu?

- Simonov, Tvardovski, Okucava, Drunina, Bertqols… "Mən Rjev altında öldürülmüşəm", "Əgər evin sənə əzizdirsə", "Mən güllədən qaçıram", "Sən qayıdacaqsan", "Ərəfədə"… Böyük, ucsuz-bucaqsız, qələbə qazanmalı olduğun müharibənin qarşısında dayanmış əsgərdə konkret insanı hiss edirsən... Orada nə qədər güclü inam və sərtlik, gələcək qarşısındakı borcun başa düşülməsi var! Eyni zamanda həyata sevgi mövcuddur. O, dəqiq, cüzi, sadə detallardadır. Hər bir sözdədir. Məhz cəbhəçilərin dilindədir. Və birbaşa cəbhədəki hisslər insanı bürüyür…

Lakin Robert Rojdestvenskinin "Rekviyem"inin üzərində dayandım. Hətta özüm üçün də gözlənilməz oldu. Bir tərəfdən hamıya tanış olan, oxunan, səsləndirilən, hər bir sözü yüz dəfə eşidilmiş əsərdir. Lakin görünür ki, bu, havayıdan baş verməyib. Onun kosmik gücü, miqyası var! Bilirsiniz, bu sanki keçmişə, ağrıya, faciəyə, Qəhrəmanlığın böyüklüyünə kənardan bir baxışdır. Monumental, vaxt ötdükdən sonra edilmiş baxışdır. O, özünə əbədiyyətdə yer tutub. Oxuyursan və sanki bir tilsimdir – sözlər adidir, amma sanki daha böyük, güclü olursan. Oxuyun.

Xəbər lenti
0