Onu tanıyır və sevirsiniz, amma üzünü görməmisiz

CC0 / rafabendo / StudioСтудия звукозаписи, фото из архива
Студия звукозаписи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bahar Zamanova:"Hər bədəndə iki ruh var: erkək və dişi"

BAKI, 5 noyabr — Sputnik. Saçına yazdığı ağılarla tanınır o. Mediadan qaçır, tədbirlərdən uzaq durur, kitab çap etdirmir, görüş günləri, imza günləri, müzakirə günləri keçirmir. Bu ucsuz-bucaqsız kainatın bapbalaca bir küncünə qısılıb elə gözəl şeirlər yazır ki, oxuyanlar bir də oxuyur, sonra bir də, sonra bir də.

"Əllərim saçımın qanına batdı,

sildim əllərimi saç yaddaşımdan.

Səni ölənəcən unutmaram ha,

nə qədər gec deyil qaç yaddaşımdan!"

Пожилой мужчина любуется морем. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Zamanda səyahət etmək – uzunömürlülüyün sirri

Müasir poeziyanın ən uğurlu nümunələrindəndir onun şeirləri. Qeyri-adi bənzətmələri, litotaları, mübaliğələri, metaforları ilə, həm fəlsəfəsi, həm də romantikası ilə çox istedadlı və çox müəmmalı insandır o. 

"Sənsiz təkəm, sənlə cəm,

yanmışam külüməcən.

İçib-içib öləcəm

hamının sağlığına!"

"İndi istədiyin nədir ki, tanrım,

sənə şükr ütməkmi – göylərə baxıb?

Sən elə bilirsən bu yaşamaqdı?

Bəlkə də! Nə bilim? Yadımdan çıxıb!"

Müsahibim Bahar Zamanovadır. Görünüşünü, şəklini, səsini, bütün özəlini mediadan gizləyən, kütləyə sadəcə bənzərsiz, qeyri-adi şeirləri, orjinal fikirləri ilə açıq olan Baharı müsahibəyə razı salmaq asan olmadı, amma nəhayət, müasir poeziyanın bu nəhəng istedadını danışdıra bildim. 

Yıldız Tilbə - Sputnik Azərbaycan
"Hamınıza nifrət edirəm, amma sizsiz də darıxıram!"

— Azərbaycanın müasir ədəbiyyatında, daha dəqiq desək, müasir poeziyasında qəfil parlayan ulduz oldun. Elə bir ulduz ki, hətta başqa poeziya adamları da səndən təsirləndi. Bir növ Bahar Zamanova məktəbi yaratdın. Amma ədəbi mühitdən uzaq, mediaya qapalı birisən. Çoxları üçün bioqrafiyan maraqlıdır. Bahar Zamanovanın tərcümeyi-halı nədir?

— Bahar Zamanova nə ədəbiyyatda ulduz olmağa, nə də məşhurlaşmağa görə özəl bir güc, istək sərf etmədi. Ümumiyyətlə, belə bir hədəfim də yoxdur. Məncə, hədəf gedəcəyin nöqtəni çıxdığın nöqtədən ayıra bilməkdir. Mənsə nə çıxdığım nöqtəni, nə gedəcəyimi ölçüb-biçmişdim. Nöqtələr bəzən də bilmədiklərimizin yerinə qoyulur. Ədəbi mühitdə heç bir yerdə görünməmək istəyim tam olaraq öz seçimimdir və bəzən "Bahar kişidi, ya qadın" mübahisəsi də olur. Yer, zaman və tarix sadəcə rəqəmlər və məkanlardır. Şeir bunlara sığır ki? Doğum və ölüm arasındakı o nöqtələrin yerinə nə istəsələr qoya bilərlər. Bahar doğulub, Bahar yazır, Bahar və s. Üç nöqtə…

— Bahar harda və neçənci ildə, hansı ayda, hansı gündə doğulub?

— Sənə rəsmi rəqəmlər lazımdır? 1985-ci ildə, mayın 4-dən 5-ə keçən gecə, saat 5-6 arasında, Bakıda anadan olmuşam. Elə o vaxtdan ən sevdiyim rəqəm 5-dir.

— Harda təhsil aldın? Təhsil həyatın necə başladı?

— Bunlar elə də vacib deyil. Təhsil Bahara aid deyil.

— İlk şeirin yadındadır? Ümimiyyətlə, ilk dəfə nə vaxt, hansı şeiri yazmısan?

— Bilmirəm. Nə vaxt və necə yazmışam, bilmirəm. Bircə bu yadımdadır ki, sonu belə bitirdi: kimisinə nağıl oxuyur anası, kimisinə də babası qışqırır, get yat, itin balası! 

Sənədin imzalanması - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Kollektivdən nazirə məktub: "Hər kəsə qarşı zorakılıq edir"

— İxtisasın nədir? O da Bahara aid deyil?

— Yox. Baharı necə tanımısansa, o yerdən soruş. Ədəbiyyatçı da deyiləm.

— Mən Baharı tanıdığım yerdən soruşsam, bu keçəcək romana. Amma biz müsahibə aparırııq.

— Bahar bir həkim olsa, hər halda müsahibə verməzdi, hə, Orxan?

— Nədir bu qədər qapalılığın səbəbi? Sadəcə mövqe, yaşanmışlıqlar, bir növ prinsip..?Ya da nə? Bir səbəbi olmalıdır bu qapalılığın. Nədir o səbəb?

— Bilirsən, yenə də deyirəm, qapalılıq deyil bu. Sadəcə hər insanın seçimi ve rahatlığı var. Eqolarımı bəsləməyi elə də sevmirəm. Ya da eqolarımın aclığı məşhurluq, göz önündə olmaq deyil. Amma elə, ya belə, istəməsən də, görünməsən də, toxunulmasan da sevilirsən, tanınırsan və qəbul olunursan. Bu ruhun isbatıdır. İnsanların isə istədiyi sadəcə maraqdır. Mən bu biçimdə olmayıb, başqa biçimdə olsaydım oxunmayacaqdımmı? Və yaxud da budurmu məqsəd? Belə yaxşıyam. Nə vaxtsa bir gün onun da zamanı gələcək. Hələ ki, yox.

— Poeziyadakı Bahar bir tərəfdə. Onu biz qeyd-şərtsiz sevirik. Bəs poeziyadakı Baharın bir şəxs olan, fərd olan Baharı tam ifadə edə bildiyi ən özəl şeiri hansıdır?

— Əslində, siz elə poeziyadakı Baharın şəxsinə yazdığı şeirləri sevdiniz. Hamısında bir ovuc Bahar var. Hamısını axtarsan, pazl kimi yığacaqsan Baharı. Birinin bir sözündə, birinin sonunda, birinin də üç nöqtəsində… 

Teatr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ölkəmizdə taleyin ən böyük təzadına şahid oluruq

— "Saçıma birinci ağı" şeiri ilə tanındın. Ən sevdiyin şeirin hansıdır?

— "Balamdır" filan cümlələr qurmayacağam. Mənimdilər, məndən çıxıblar. Mənim yaşantılarımdır. Amma o an üçün, yazılana qədər, çıxana qədər ən sevdiyim o olur, sonra yenə, sonra başqası, sonra yenə. Saçıma ağı isə hələ bitmir!

— Yara qaşımaq istəmirəm, amma biraz da tələbdir. Saçına niyə ağı yazmısan?

— Qızların özlərini dərk etməsi, yəni öz dişiliklərini anlaması saçlarından başlayır. Sanki kişilərlə onların arasındakı tək fərq saç imiş kimi. Hələ bir də illlərdir qadın bulanımdadısa, ya da incidisə, birinci saçına nələrsə edir. Məndə bunlar olub, ya yox, onu xatırlamıram. Kişilərin böyük əksəriyyətinin qadın saçına düşkün olmalarının səbəbi budur. Amma mən nə bulanımda, nə də depressiyada idim, nə tərk edilmişdim, nə də aldadılmışdım. Mən özüm öz saçlarımı kəsmişdim. Düzdür, elə də qəşəng kəsdiyim sayılmazdı. (gülür) Saç bəzən də səni asır. Səni qola dolayır, səni olduğun yerdə kilidləyir. Hə bir də nənəm demişdi "gecə saç kəssən, ömrün qısalar". Hə, elə demişdi.

— "Bu kənddə ən gözəl qız, sənin də daş başına… Səndən adam olmadı, dönürsən başdaşına." Bu hansı kənddə, hansı qızdır?

— Elə o kənd, elə o qız. Kəndimizdən dəfələrlə çıxmışam, amma hər çıxdığımda sanki son çıxışımdır kimi qəribə bir hiss olur məndə. Ya mən bir az uzaqlaşacağam, çevrilib baxacağam ki, kəndimiz uçulub, yox olub, ya da mən bir az uzaqlaşsam, başıma nəsə gələcək. Bu heç dəyişmir. İllərdir ki, belədir. O vaxt da elə oldu. O kənddə itirdiyim və qazandığım çox şey var. İtirdiklərim şeir olub, qazandıqlarım isə… (susur) Heç! 

Aktyor Tural Əhməd - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Tural Əhməd: "Ekranda görünmək üçün hansı hoqqalardan çıxmırlar ki?"

— Bir kənd qızı… Şeirlərində həm "bu kənddə mağar qurun, bu kənddə toy çaldırın, anamın öldüyünü deməyin qardaşıma!" deyəcək qədər milli, həm də "səni ölənəcən unutmaram ha, nə qədər gec deyil qaç yaddaşımdan" deyəcək qədər yenilikçidir. Bu iki ruhu bir bədəndə daşımaq çətin deyil?

— Məncə, türklər düz deyir. Kənd elə öz deməkdir. Bəlkə də kənddə yaşamasaydım, bəlkə də şəhərdə — dırnaq içində — "böyüməzdim".

— Özün haqqında danışanda dedin ki, səni oxuyan insanlar hələ ayırd edə bilmirlər ki, sən kişisən, ya qadın. Səncə, bunun səbəbi nədir?

— Bundan yan keçmək olmaz. Bilirsən, bunun bir neçə səbəbi var. Ən başlıcası kişi eqosu. Kişilər belə zənn edirlər ki, dünyada ən yaxşı işləri onlar bacarır. İçi yemək bişirməkdən tut, şeir yazmağa qədər. Bəlli səbəbləri də var. Sübutları da. Yəqin düşünürlər ki, bu – dırnaq içində — "qəşəng" şeirləri mütləq bir kişi yazıb. İkinci səbəb, insanlar görmədikləri şeyə anlam yükləməyə çətinlik çəkirlər və başlayırlar xəyal etməyə. Mən xəyal məhsulu da ola bilərəm. Bəzən də məni əsəbləşdirmək ücün istifadə olunur ki, şəkil zad qoyum, sübut edim ki, qadınam. Amma bilirsən, mən şəklimi yayımlamıram. Buna görə də alınmır niyyətləri. Nə bilim, çoxdur. Bütün insanların bədənində iki ruh var deyə düşünürəm: erkək ve dişi ruh. O an üçün hansı əmr veribsə, mən elə də yazmışam. Hə, bir də ki, yəqin azca da cəsarət, yəqin mənim şeirlərim də kişilərin öyrəşmədiyi qadın cəsarəti var.

— Sənin bəşəri olmağına şübhəm yoxdur. Səni anlayanlar şeirlərindəki humanizmi görməyə bilməzlər. Amma bəzən qadın hisslərinə qapılıb feminist də ola bilirsən. Yəqin həmin an içindəki qadın əmr edir, hə?

İnsan siluetləri, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda narkotiki və əxlaqsızlığı təbliğ edən "sənətçilər"

— Gör neçə illərdir ki, qadınlara zəif məxluq olduqlarını deyiblər. Bu fikirlə böyüyürlər, ailə qururlar, dünyaya övlad gətirəndə belə düşünürlərsə ki, zəif məxluquq, deməli, özləri zəif məxluqdurlar. Dedim axı, kişilər elə bilirlər, ən gözəlini onlar bacarırlar. Qadınlarsa dünyaya o kişiləri gətirirlər və qadının yaratmaq eqosu doyur. Arada – dırnaq içində — "zəif məxluqların" dilində danışmağı da sevirəm. Ondandır bu feminizm. (gülür) Lənətə gəlsin, qadınam axı. (gülür)

— Niyə başqa ədəbi janrlara müraciət etmirsən? 

— Məsələn?

— Roman, povest, hekayə, pyes…

— Onlar ücün yazarlar var. İşlərinə qarışmayım.

— Şeirlərində tez-tez ağrıdan, acıdan, dərmanlardan yazırsan. Səbəbi nədir?

— Bu haqda danışmayım. Hiss etdikləri qədər bəsdir.

— Oxucularına ümumilikdə demək istədiyin nəsə var?

— Lap özümü pop ulduzları kimi hiss elədim. Yox, hər şeyi yaxşı bilirlər. Yaxşı şeirler oxusunlar, yaxşılıq edə bilməyəndə.

— Kitab çıxarmağı planlaşdırırsan?

— Hələ Baharı çıxarım bu qarışıqlıqdan, sonra kitaba baxarıq. Elə də həvəsli deyiləm. 

Elmi laboratoriya - Sputnik Azərbaycan
Qanımıza kiçik cihazlar yerləşdiriləcək və baxın, nələr baş verəcək...

— Bahar, şöhrətdənmi qorxursan, insanlardanmı?

— Ay Orxan, kitabla məşhur olmaq olsaydı… Nəsə… Şöhrət də insan ücündür. Bunun aclığını çəkmirəm axı. Bir də ki, oxucu heç vaxt doymur. İçi mən qarışıq. Hər gün yeni bir şey görməlidir. Çünki təəccübün, həyəcanın azaldığı bir dövrdə söz adamlarının da işi çətindir. Düzdür, mən o qədər də nəzərə almıram bunu. Amma belədir. Mən hər gün oxuduğum şairlərdən üç gün sonra yeni şeir gözləyirəm, elə yazıçılardan da. Məncə kitab satışı da buna hesablanır. Doyacaqlar, yeni bir dad istəyəcəklər.

— Uğurlar arzulayıram və təşəkkür edirəm.

— Mən təşəkkür edirəm. Səndən başqa heç kim məni buna razı sala bilməzdi. Bu birinci və sonuncu da ola bilər.

Xəbər lenti
0