Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda narkotiki və əxlaqsızlığı təbliğ edən "sənətçilər"

CC0 / gillesvt / Clockİnsan siluetləri, arxiv şəkli
İnsan siluetləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün sözləri "nəşə"dən, "iynə"dən, "pulla maşına mindirilən qızlar"dan, boş meydanlardakı "avtoş" yarışlarından ibarət bu "musiqili meyxana"lar özündə hansı mesajı ehtiva edir?

BAKI, 3 oktyabr — Sputnik. Bir müddət əvvəl yerli seriallardakı gizli mafiyalardan yazmışdım. Bu mafiyaların, əli silahlı dəstələrin, terroçuların bizim mühitimizə aid olmadığını, başqa ölkələrin seriallarından təsirlənərək bu absurd məhsulların meydana gəldiyini qeyd etmişdim. Bu problemin nə dərəcədə öz həllini tapacağı isə müvafiq qurumların öhdəsindədir.

İnsan kölgəsi, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda gizli mafiyalar: bu qaranlıq yeraltı aləm harada yerləşir?

Lakin başqa cinayətlərin təbliğ olunduğu daha bir qeyri-peşəkar sənət növü də cəmiyyətimizdə kifayət qədər məşhurdur. Adına musiqili meyxana dedikləri, əslində, nə musiqidən, nə də meyxanadan pay alan bir yığın məhsullar var ki, öz dinləyici auditoriyasına zərər verir, fayda yox. Bəs onda bu, necə sənətdir?

Axı sənət şüurun və mənəviyyatın qidalanması, ağlın və hisslərin müsbət inkişafı üçün sunulan təbliğ vasitəsidir. İndi misralarından nümunə gətirmək istəmədiyim bu yararsız və zərərli məhsullardan hansı kütlənin şüuru və mənəviyyatı qidalanacaq? Hansı cəmiyyətin ağlı və hisləri müsbət yöndə inkişaf edəcək?

Bütün sözləri "nəşə"dən, "iynə"dən, "pulla maşına mindirilən qızlar"dan, boş meydanlardakı "avtoş" yarışlarından, yol polislərinə verilən rüşvət hadisələrindən ibarət bu "musiqili meyxana"lar özündə hansı mesajı ehtiva edir? Ölkədə narkotik vasitələrin saqqız əvəzi satılmasını, yoxsa özünü pul, maşın, ev müqabilində satan qadınların çoxluğunu? Bu qeyri-qanuni maşın yarışlarının əyləncəsini, yoxsa insanların yol polisləri üçün cibində rüşvət saxlamaları barədə məlumatlandırılmasını?

Qəribədir. Ölkədə jurnalistlər, yazıçılar, ziyalı media nümayəndələri, sənət adamları ümumi ictimai problemlər haqqında danışanda, hansısa faktı ortaya çıxaranda, hansısa qanunsuz əməllə bağlı tədbir görülməsi üçün müvafiq orqanlara müraciət edəndə, həmin adamın özünə qarşı tədbir görülür. Bunun hansı məntiqə sığdığını anlamış deyiləm. Sən yazırsan ki, filankəs cəmiyyətə ziyan verir, sənin özünü hədələyirlər.

İndi bu "musiqili meyxana"larda narkotik vasitələrin, fahişələrin, qeyri-qanuni maşın yarışlarının, rüşvətxorluğun reklam olunduğunu, təbliğ edildiyini yazdığım üçün mənim özümü təqib və təzyiq altında saxlamasalar, yaxşıdır. Məgər mənim (və ya başqa qələm adamının) cəmiyyətlə şəxsi qərəzi var? Qələm adamı ölkənin və cəmiyyətin ümumi mədəni, ictimai, siyasi problemlərini işıqlandırmaqla, bu problemlərin aradan qaldırılması üçün müvafiq qurumları xəbərdar etməklə vəzifələndirilib. Niyə icazə vermirsiniz ki, bu məzlum qələm adamları öz vəzifəsini yerinə yetirsinlər?

Məşhur meyxanaçı qardaşlar İntiqam və Ehtiram Rüstəmov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Artıq o meyxanaçıları məclislərə buraxmırlar"

Sözümün canı odur ki, mafiyanın, terrorun təbliğ olunduğu seriallarla, narkotikin, fahişəliyin, qeyri-qanuni əyləncələrin, rüşvətxorluğun tərənnüm edildiyi musiqili meyxanalarla cəmiyyətdə olduqca ağır bəlalara meydan açılacağı təhlükəsi var. Nə qədər ki, gec deyil, bütün bunlara həm dövlət tərəfindən, həm də cəmiyyət tərəfindən, el dilində desək, bir əncam çəkilməlidir.

Hələ son dönəm nəşr olunan dərsliklərin yetişdirdiyi nəslin gələcəyini düşünəndə insanı vahimə bürüyür! Məhəllə nitqinin, yaddilli kriminal sözlərin, insanlararası qeyri-qanuni ayrıseçkiliklər yaradan ifadə vasitələrinin, uşaq və yeniyetmə psixologiyasına uyğun olmayan mətnlərin (bilərəkdən ya da bilməyərəkdən) şüuraltına yeridilməsi prosesi gedir.

Bu prosesin ağır nəticələrini isə elə bu günün özündə dünyanın müxtəlif ölkələrində görə bilərik. Müvafiq qurumlar öz qol gücünü qələm adamlarına tətbiq etməkdənsə, bu işlərlə məşğul olsalar, həm öz gələcəkləri üçün, həm də cəmiyyətin gələcəyi üçün müsbət addım atmış olarlar.

Xəbər lenti
0