CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zamanda səyahət etmək – uzunömürlülüyün sirri

CC BY 2.0 / Franck Michel / old manПожилой мужчина любуется морем. Архивное фото
Пожилой мужчина любуется морем. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Zamanda heç vaxt səyahət etmədiyinizi düşünürsüz?

BAKI, 1 noyabr — Sputnik. Yüzillər boyu insanlar uzunömürlülüyün və ölümsüzlüyün sirrini axtarıblar. Dünyaya gəlmiş-keçmiş əksər dahilər bu mövzu haqqında müxtəlif fikirlər yürdüblər. Kimisi bunun səbəbini alın yazısında görüb, kimisi bəzi orqanizmaların mühitə daha güclü uyğunlaşdığını iddi edib, kimisi də təbii və faydalı qida vasitələrinin ömürü uzatmağa səbəb olduğunu irəli sürüb.

Uzunömürlü hunza türkləri - Sputnik Azərbaycan
İtaliyalı alimlər uzunömürlülüyün sirrini tapıblar

Lakin uzunömürlülüyə səbəb ola bilən, bütün bunların daha uzağında, haqqında heç düşünmədiyimiz, fərqinə varmadığımız mühüm bir nüans da var. Bunu mümkün qədər sadə dildə izah edəcəyəm ki, dəqiq elmləri dərindən bilməyənlər də uzunömürlü yaşamın sirrini öyrənsinlər.

Bütün kainatda bizə məlum olan üç minimum koordinat sayı var. Bu üçsaylı sistemə daxil olmayan nöqtə ilkin koordinatdır. Yəni hər şey nöqtədən başlayır. Buna "sıfırıncı koordinat" da deyə bilərik. Birinci koordinat isə düz xəttdir. İkinci koordinat çevrə, üçüncü koordinat həcmdir. Amma Albert Eynşteynin məşhur nisbilik nəzəriyyəsi ilə bütün elmin axışını dəyişdirdiyi gündən bəri ağlımızın sərhədlərini aşıb keçən, heç vaxt varlığını görmədiyimiz dördüncü koordinat sayı da var – zaman.

Zamanı görmürük, zamana toxuna bilmirik, hiss etmirik. Zamanla işlərimizi planlaşdırır, həyatımızı proqramlaşdırıq, amma bizim üçün divarlarda, qollarımızda, telefonumuzda daim dəyişən rəqəmlər toplusundan qeyri bir şey ifadə etmir. Bəs nədir bu zaman? Eynşteynin dördüncü koordinat adlandırdığı zamanın ömrümüzə nə kimi təsiri var?

Yeri gəlmişkən, bir gün Tomas Edissondan Eynşteynin nisbilik nəzəriyyəsi haqqında nə düşündüyü soruşulur. Tomas Edisson belə cavab verir: "Onu bilirəm, amma anlamıram!" Yəni, siz də zamanı dördüncü koordinat olaraq dərk edə bilmirsizsə, üzülməyin. Bunu Tomas Edissonun beyni də dərk edə bilmirdi.

Bildiyimiz kimi, yüksək yerlərdə, dağlarda yaşayan insanların ömrü daha uzun olur. Yəqin ki, bunun səbəbini siz də təmiz havada, təbii qidada görürsüz. Bu, istisna deyil. Əlbəttə, təmiz havanın, təbii qidanın sağlamlığımıza çoxlu müsbət təsiri var.

Amma eyni yaşam şərtləri ilə aranda və dağda iki insan yaşayarsa, eyni hiss və duyğuları keçirib, eyni cür düşünüb, eyni qidaları istifadə edərsə, yenə də dağda yaşayan daha uzun ömür sürəcək. Səbəb zərərli vərdişlərdən uzaq olmaq və düzgün qidalanmaqdırsa, bu fərq niyə var?

Lahıc qəsəbəsi - Sputnik Azərbaycan
FOTO
Azərbaycanda uzunömürlülər diyarı: ərəblər burada nə axtarırlar?

Əvvəlcə bizə lazım olan mühüm bir nəzəriyyəni bilməliyik: zaman nisbidir və cazibə qüvvəsi ilə tərs mütənasibdir, yəni cazibə qüvvəsinin çox olduğu yerdə zaman daha ləng, cazibə qüvvəsinin zəif olduğu yerdə zaman sürətlə keçir. Dəniz səviyyəsində, yəni yer kürəsinin tam səthində cazibə qüvvəsi daha yüksək, dağlarda isə daha zəifdir.

Bu səbəbdən də dağlara çıxanda çətinlik çəkirik, çünki aşağıdakı cazibə qüvvəsi bizi özünə tərəf çəkir, biz isə ondan qopmağa çalışırıq. Dağlardan düşəndə isə özümüzü yüngül, uçurmuş kimi hiss edirik, çünki cazibə qüvvəsinin bizi çəkdiyi tərəfə gedirik və öz gücümüzdən başqa da bir güc bu enişdə bizə kömək edir.

Eyni səbəbdən dolayı dağlarda yaşayan insanlar daha cüssəli olurlar. Onlara təsir edən cazibə qüvvəsi zəif olduğu üçün sümükləri sıxılmır, əzələləri gərilmir və sürətlə inkişaf edə bilirlər. Qısacası, cazibə qüvvəsinin yoxluğu kimi, çoxluğu da zərərdir.

Zamanda heç vaxt səyahət etmədiyinizi düşünürsüz? Əslində, həyatımızın ən kiçik anlarında zamanda səyahət etmişik. Bir pilləkan qalxanda, bir dağa çıxanda, bir liftlə hərəkət edəndə, təyyarələrdə olanda, yəni yer kürəsinin tam səthindən uzaqlaşdığımız hər an bizim üçün başqalarına nəzərən daha sürətli keçir.

Deməli, ömrümüzü dağlarda, təyyarələrdə, hündür məkanlarda keçirməklə bədənimizin cavan qalmasına rəğmən, daha çox ömür qazanmış olarıq. Əslində, hər şey digərləri ilə eyni olacaq, bir fərqlə ki, bizim zamanımız daha çox olacaq.

Xəbər lenti
0