"Hamınıza nifrət edirəm, amma sizsiz də darıxıram!"

© Photo : MetrolyricsYıldız Tilbə
Yıldız Tilbə - Sputnik Azərbaycan
Abunə olmaq
O, qaranlıqdan o qədər qorxur ki, gecələri yatağına işıq salan projektorlarla yatdığı bilinir. Əlbəttə, ulduzdur bu, parlamaq xislətində var

1966-cı ildə, İzmir şəhərində doğulub. Milliyyətcə kürd və zaza əsillidir. Bacıları, qohumları, qonşuları ona zarafatla "Yadigar" desələr də, kişiyana hərəkətlərinə görə bəzən "Yılmaz" deyə çağırılsa da, o, öz orjinal və özünə ən çox yaraşan adını sevir – Yıldız.

Bir də onun taleyi, yaşantıları kimi soyadı var – Tilbe. Nə qəribə təsadüf! Adı sənətinə, soyadı həyatına necə də uyğundur! Yıldız – ulduz, tilbe – dərviş mənasını verir.

Çox gənc yaşda evlənib. 1990-cı ildə 23 yaşlı Yıldız Tilbenin artıq 5 yaşında bir qızı vardı və həmin dönəm həyat yoldaşından ayrılmışdı. Bir müddət sonra Yıldız Tilbenin işlədiyi gecə klubuna gələn müğənni Sezen Aksu onun ifasını bəyənir və onu öz vokalisti olaraq işə götürür.

Ölkənin mədəniyyət paytaxtı İstanbula köçüb Sezen Aksunun evində qalan Yıldız Tilbe eyni zamanda onun vokalisti olaraq işləyir. Bu illərdə Sezen Aksu bəstəkar Uzay Heparı ilə sevgi münasibətinə son verir, lakin gənc və yaraşıqlı bəstəkar Sezen Aksudan ayrılmaq istəmir. Yıldız Tilbe bir gecə sərxoşluğu ilə Uzay Heparı ilə birlikdə olur və ertəsi gün hadisəni olduğu kimi Sezen Aksuya deyir ki: "Mən sənin ayrıldığın adamla birlikdə oldum". Bundan sonra Yıldız Tilbenin həyatındakı dalğaların şiddəti daha da artır.

Elə həmin gün Sezen Aksu Yıldız Tilbeni evindən qovur və Yıldız Tilbe gecə klubları səhnəsinə geri qayıdır. Sezen Aksu Uzay Heparı ilə əlaqəsini tamamilə kəsir, Uzay Heparı başqa bir qadınla evlənir və xanımı hamilə olan zaman gənc bəstəkar qəzada həyatını itirir. 

Sənədin imzalanması - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Kollektivdən nazirə məktub: "Hər kəsə qarşı zorakılıq edir"

Uzay Heparının öldüyü il Yıldız Tilbe onun xatirəsinə "Delikanlım" adlı albomunu çıxarır. Bununla da ulduzu parlayan sənətçi türk musiqisinə saysız-hesabsız dəyərli əsərlər bəxş etməyə başlayır.

Lakin onun dərviş kimi keşməkeşli həyatından bəlalar da səngimir. Axı hər şeyin haqqını verən belə bir qadın soyadının da haqqını verməlidir. Gah evində əsrar tapıldığı üçün həbs olunur, gah da bətnində xərçəng tapıldığı üçün əməliyyatlardan keçir. Bətnindəki xərçəngin səbəbini belə açıqlayır: "Çox aşiq oldum və çəkdiyim əzabların nəticəsi bu oldu".

Bundan sonra müxtəlif psixiatrlardan müalicə alır, ruhi-əsəb disspanserində yatır. Bu mənada şərqin Merlin Monrosu olan Yıldız Tilbe bu günə qədər sakitləşdirici həblərdən istifadə etdiyini gizlətməyib.

Yıldız Tilbe sənətinin nəhəngliyini anlamaq üçün əvvəlcə sözləri və musiqisi ona məxsus olan mahnıların siyahısına baxaq:

Denis Seki (daha çox İbrahim Tatlısesin ifasında tanınır) – "Kop gel günahlarından"

İbrahim Tatlıses – "Anam Anam", "Dağlar", "Ayrılamam", "Seni sana bırakmam", "Ben de insanım",

Ebru Gündeş – "Seninle çok işim var", "Adam olsaydın"

Gülben Ergen – "Kandıramazsın beni", "Lay la lay lalay" 

Mabel Matiz – "Aşk yok olmaktır"

Muazzez Ersoy – "Leyla Mecnun aşk görsün"

Yıldız Tilbenin öz ifasında tanınan sözləri və musiqisi özünə aid olan mahnılar:

"Delikanlım", "Vazgeçtim", "Aşk laftan anlamaz ki", "Olsun mu olmasın", "Dayan yüreğim", "El adamı", "Aşkın cezam mı", "Yar yar", "Aşkın benden de öte", "Emi", "Yürü anca gidersin", "Çat kapı", "Çabuk olalım aşkım", "Ama evlisin", "Yar yanına geleceğim", "Ummadığım anda" və s.

Yıldız Tilbe hem güclü ifaçı, həm nəhəng bəstəkar, həm də çox istedadlı söz yazarı, şairədir. Türkiyənin heç bir şairində Yıldız Tilbenin müəllifi olduğu mahnı sözlərindəki məna yükü, təsir qüvvəsi, poetik-fəlsəfi gücü böyük olan misralar qədər misra yoxdur. Kiçik, amma yüksək anlamlı bu misralar kimin ruhunu titrətməz ki? 

İnsan kölgəsi, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda gizli mafiyalar: bu qaranlıq yeraltı aləm harada yerləşir?

"Yokluğun soğuk, tenine susadı tenim, üşüdüm, yorgan misali seril üstüme" — "Yoxluğun soyuq, bədəninə susadı bədənim, üşüdüm, yorğan misalı səril üstümə"

"Kendimden çıktım yola bir yere varamadım" – "Özümdən çıxdım yola, bir yerə çata bilmədim"

"Gömleğinin bir kolunu dar ağacı belledim" – "Köynəyinin bir qolunu dar ağacı bildim"

"Sana güçlü bir zayıflığım var" – "Sənə güclü bir zəifliyim var"

"Aşk her zaman haklıydı, mekan farklıydı" – "Eşq hər zaman haqlıydı, məkan fərqliydi"

"Sensiz ölürüm ben cennette" – "Sənsiz ölərəm mən cənnətdə"

"Yüzün benim gökyüzüm, ağlarım bulutluysa" – "Üzün məni göy üzüm, ağlaram buludlu olsa"

"Bit dersin bitmez ki, aşk laftan anlamaz ki" – "Bit deyərsən, bitməz ki, eşq sözdən anlamaz ki" 

İnsan siluetləri, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda narkotiki və əxlaqsızlığı təbliğ edən "sənətçilər"

Yazsaq kitab-kitab dolacaq qədər dəyərli misralar sahibi olan Yıldız Tilbe son dönəmlər irqçilik etməsi ilə gündəmə gəldi və şiddətlə qınanıldı. Lakin Yıldız Tilbe o qadındır ki, "kürd nədirsə mənimçün, türk də odur, laz da odur, çərkəz də odur. Mən kürd olduğum üçün utanmıram, öyünmürəm də. Əslini danan haramzadədir. Hamınızı qardaş-bacım kimi görürəm. Məni belə qəbul etməyənlər alnımın ortasından vura bilər!" deyib bütün ayrıseçkiliklərə cavab vermişdi.

Onun haqqında saysız-hesabsız şayiələr dolaşdı. Gah qumarbaz, gah narkotik aludəçisi, gah fahişə, gah evli adamların həyatına soxulduğunu dedilər. Bütün bunlar o həddə çatdı ki, Yıldız Tilbe hamısına bir cümlə ilə cavab verdi: "Hamınıza nifrət edirəm, amma sizsiz də darıxıram!"

O, nadir müğənnidir ki, teleməkanda açıq-aydın gecə klublarında mahnı oxuduğunu, evli adama aşiq olduğunu, narkotik istifadə etdiyini və həyatının mənfisi, müsbəti ilə bütün anlarını dilə gətirib. O, könlü istədiyi zaman istədiyi yerdə mühafizəçisiz, köməkçisiz bir küncə yaslanıb içindən keçən mahnını bağıraraq oxuyacaq qədər sadə, "beş dəfə aşiq oldum, platonikləri saysaq sonsuz eşq yaşamışam" deyəcək qədər səmimi, həm də "seçimim olsaydı bu dünyaya gəlməzdim" deyəcək qədər kədərli qadındır.

Bütün istedadların təməli əzabla yoğrulub. Yıldız Tilbe də əzabın, ayrılığın, həsrətin, intizarın ən mükəmməl ifadə şəklidir. Ona "sən eşq qadınısan" deyənlərə "mən eşqin yoxluğundan yazmışam, mən eşqin yoxluğunun qadınıyam, eşqi əlli il bir yastığa baş qoyanlara soruşun" deyə cavab verir.

Və əbəs deyil ki, Yıldız Tilbe evinin işıqlarını heç vaxt söndürmür. O, qaranlıqdan o qədər qorxur ki, gecələri yatağına işıq salan projektorlarla yatdığı bilinir. Əlbəttə, ulduzdur bu, parlamaq xislətində var.

Xəbər lenti
0