Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qapının üzərində "Zeynəb Xanlarova" ad-soyadını görəndə dizlərim əsdi"

© Photo : E.Dadaşovun şəxsi arxiviElməddin Dadaşov
Elməddin Dadaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Elməddin Dadaşov: "Maddi vəziyyətimdən dolayı uşaq məclislərinə kloun kimi getməyə başladım"

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. 2012-ci il idi. İncəsənət Universitetinin birinci kursunda oxuyurdum. Musiqili Komediya Teatrına (indiki Musiqili Teatr) iş üçün müraciət etmişdim. Dərslərim işləməyimə mane olsa da, bu teatrın kollektivi ilə münasibət qurdum. Tez-tez teatrın tamaşalarına gedir, yeni tamaşalar haqqında mediada resenziyalar yazırdım.

Elə həmin günlərdə teatrın repertuarındakı əksər tamaşaların rejissor assistenti, bir çox tamaşalarda müxtəlif xarakterli obrazları özünəməxsus ifa tərzi ilə canlandıran Elməddin Dadaşovla tanış oldum. O zaman Musiqili Komediya Teatrının binası təmirdə idi və teatr Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərirdi. Bu mədəniyyət evinin kiçik həyətində aktyorlar, rejissorlar boş vaxtlarında toplaşıb söhbət edir, siqaret çəkirdilər.

Azad Şükürov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Düşünürlər ki, Elçinin əsərini tamaşaya qoymaqla dividend qazanacaqlar"

O da gərgin iş rejimindən vaxt tapdıqca bu kiçik həyətdə istirahət edir, məzəli əhvalatlar danışır, şən, əyləncəli xasiyyətinə uyğun olaraq hər kəsin çöhrəsində gülüş yaradırdı. Təpədən dırnağa bütün ədalarından incəsənət süzülən bu istedadlı şəxslə həmsöhbət olmaq mənə yüksək mənəvi zövq vermişdi.

O günlərdə Elməddin Dadaşov Amerika səfərindən yenicə qayıtmışdı. Teatrın bir neçə aktyoru və aktrisası xüsusi konsert proqramı ilə ABŞ-ın müxtəlif teatrlarında çıxış etmişdilər. O, bizə Amerika macəralarından danışır, təəssüratlarını bölüşürdü.

Beləliklə, bu dəfəki müsahibim Musiqili Teatrın rejissor assistenti, rejissor-aktyor Elməddin Dadaşovdur.

— Xoş gördük sizi, Elməddin bəy. Sputnik İnformasiya Agentliyinin "Sənət adamları ilə müsahibə" layihəsinin qonağısınız. Bizə özünüz haqda danışın, zəhmət olmasa.

— Xoş gördük, Orxan. Mən Elməddin Dadaşov 1984-cü il avqust ayının 29-da Bakının qədim Zərabad – indiki Zabrat kəndində, Sabunçu rayonunun 3 saylı şəhər xəstəxanasının doğum evində Dadaşovlar ailəsinin sonbeşiyi olaraq dünyaya gəlmişəm. 192 saylı orta məktəbi bitirmişəm. Gözəl müəllimlərim olub. Onlardan biliklər əldə etmişəm. (məktəb illərini xatırlayaraq bir az susur və daha sonra davam edir) Hər kəsin bir arzusu olur. Mənim arzum da kloun olmaq idi.

Lakin bu sənətin təhsili Azərbaycanda yox idi. Gərək gedib Moskvada təhsil alaydın. Bu ilin aprel ayına qədər kloun sənəti arzu olaraq məndə qalmışdı. Mən də qərara aldım ki, İncəsənət Universitetinə sənədlərimi verim. Çox əfsus ki, birinci dəfə qabiliyyət imtahanını keçsəm də, test imtahanından kəsildiyim üçün qəbul olunmadım. Çox pərt olmuşdum. Özümə söz verdim ki, nə olursa olsun, o universitetə qəbul olunacağam. Getdim hərbi xidmətə. Qayıtdıqdan sonra, 2004-cü ildə yenidən imtahan verdim və bu dəfə İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin "Dram rejissorluğu" ixtisasına qəbul olundum.

 Bu dəfə test imtahanında probleminiz olmadı ki?

— Yox. Yaxşı hazırlaşmışdım. Ümumiyyətlə, yaradıcı ixtisaslarda test imtahanı kimin nəyinə lazımdır, bilmirəm. Buna görə neçə uşaq bədbəxt olur.

 Sizdən qabiliyyət imtahanını kimlər götürdü?

— Bəhram Osmanov, Həmidə Ömərova, Eldar Quliyev. Həmidə xanımla kiçik bir mübahisəmiz də oldu.

 Necə bir mübahisə?

— Həmidə xanım mənə dünya kinosundan sual verdi. Dünya rejissorlarından, müxtəlif ədəbi-bədii cərəyanlardan suallar ünvanladı. Mən də mümkün qədər cavablandırdım. Lakin sırf Avropa kinematoqrafiyasından soruşanda cavab verə bilmədim və əsəbləşdim. Soruşdum ki, "Həmidə xanım, bu universitetdə oxumağınızdan öncə məgər siz özünüz bunları bilirdiniz?" Bütün müəllim heyəti donub qalmışdı. Həmidə xanım dedi ki, "Yox, bilirsən, oğlum, sən gəlirsən bura, sən bunları bilməlisən".

Bəstəkar Rauf Məmnmədov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Azadlıq o demək deyil ki, soyunub fəxri ad alasan"

Əlbəttə, o məsələ var idi ki, İncəsənət Universitetində kimlərsə tapşırılıb, kimlərinsə yeri artıq hazırdır. Camaat çörəyi ağzına yeyir, burnuna yemir. (bu sözləri xüsusi əsəbi mimikalarla vurğulayır O. B.) Mənə elə gəldi ki, Həmidə xanım mənə çox hirslənib. Lakin bu il Hüseynağa Sadıqovun anma günü keçirildi və Həmidə xanımla orada görüşəndə mən həmin hadisəni ona xatırlatdım. O, artıq unutduğunu dedi və mənə uğurlar arzuladı.

 İncəsənət Universitetində müəlliminiz kim oldu?

— İlk gün Məmmədsəfa Qasımov gəldi otağımıza. Dedi "əyləşin, müəlliminiz gələcək".

 Məmmədsəfa Qasımov assistent idi?

— Bəli. Amma baş müəllim kimi də işləyirdi. Bir az sonra qəhvəyi rəngli eynək taxmış, hündürboy, arıq bədənli, qara çantalı bir ziyalı girdi içəri. Mən incəsənətə olan marağımdan dolayı hamını tanıyırdım. Biz on iki nəfər idik. Hamı bir-birindən soruşurdu ki, "bu, kimdir". Mən də uşaqlara dedim ki, Vaqif İbrahimoğludur. Müəllim uşaqlarla tanış olmağa başladı. Hamı özünü təqdim etdi. Mən özümü təqdim edəndə dedi ki, "axır ki, öz bakılımı tapdım!".

 Yerlipərəst imiş.

— Deməzdim. O, bizdən soruşdu ki, "siz məni tanıdınız?" Uşaqlar cavab verə bilmədilər. Mən dedim ki, "bəli, siz Yuğ teatrının yaradıcısı Vaqif İbrahimoğlusuz". Bəlkə də buna görə mənimlə dost olmuşdu. Bu gün çox xoşbəxtəm. Xoşbəxtəm ki, Vaqif İbrahimoğlunun çörəyini yeyirəm. Düzdür, Vaqif müəllimlə çox böyük bir incikliyimiz olub.

 Necə bir inciklik?

— Vaqif müəllim Musiqili Komediya Teatrında baş rejissor işləyib. İndiki Musiqili Teatrda. Sonra Yuğ teatrını yaratmışdı və orada çalışırdı. Biz dördüncü kursda oxuyanda soruşdu ki, "kimin hara məqsədi var". Mən də dedim ki, Musiqili Komediya Teatrında çalışmaq istəyirəm. Vaqif müəllim tutuldu. Dedi "səninlə sonra danışarıq". Təklikdə danışanda mənə dedi ki, "səni orda görmürəm". İstəyirdi ki, mən Yuğ teatrında çalışım. Mən isə onunla razılaşmadım və Musiqili Teatra gəldim. Elə buna görə də məndən incimişdi. Sonra Vaqif müəllim xəstələnmişdi. Hər kəsə məlumdur ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mən ona baş çəkməyə getdim. Orda əlini çiynimə qoyub xeyir-dua verdi. Həmin gün barışdıq və daha sonra Vaqif İbrahimoğlu həyatını itirdi.

 Necə oldu ki, Musiqili Komediya Teatrına gəldiniz?

— Vaqif müəllim Afaq xanım Bəşirqızı ilə yaxın dost idi. Afaq xanım tez-tez Yuğ teatrına gəlirdi. Bir gün Bəşir Səfəroğlunun səksən illik yubiley gecəsinə Vaqif müəllim özünün üç tələbəsini göndərdi ki, yaradıcı prosesdə iştirak etsin. Onlardan biri də mən idim.

Biri musiqiyə baxırdı, biri ssenariyə nəzarət edirdi, mən də gələn qonaqları yerləşdirməklə vəzifələndirilmişdim. Gələn qonaqlar da Hacıbaba Bağırov idi, Yalçın Rzazadə idi, Mələkxanım Əyyubova idi, Oqtay Ağayev idi və başqa görkəmli sənətkarlar var idi. Beləliklə, ilk dəfə Musiqili Komediya Teatrında bir yaradıcı prosesdə iştirak etdim. Həmin tədbirdə Hacıbaba Bağırov dedi ki, "sən bizim teatra gəlsən, pis olmaz, mən istəyərdim ki, sən bizdə çalışasan". Üstündən bir müddət keçdi, əlbəttə ki, vasitəçi var idi – Sara xanım – o, Hacıbaba Bağırovun ailəsi ilə yaxın dost idi. Zəng elədi Hacıbaba Bağırovun həyat yoldaşı Arzu xanıma. Mənim işə götürülməyimlə bağlı xahiş etdi. Hacıbaba Bağırov da demişdi ki, "gəlsin teatra, baxaq".

Əməkdar artist Kəmalə Müzəffər - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Nə qədər yalançı kübar qadınları oynamaq olar?!

Mən gəldim Musiqili Komediya Teatrına. Mühafizəçi məndən soruşdu ki, "hara gedirsən". Mən desəydim ki, Hacıbaba Bağırovla görüşməliyəm, o, məni gözlədəcəkdi, Hacıbaba müəllimə bu barədə məlumat verəcəkdi, daha sonra buraxacaqdı içəri. Bu qədər gözləməyə də vaxtım yox idi. Çünki İncəsənət Universitetinə tələsirdim. Mən də dedim ki, "Mədəniyyət Nazirliyindən gəlmişəm". O da dərhal Hacıbaba müəllimə məlumat verib məni içəri buraxdı. Hacıbaba müəllim məni görəndə soruşdu ki, "nazirlikdən sən gəlmisən?". Dedim "yox, Hacıbaba müəllim, qapıda gözləməyim deyə, belə bir yalan danışdım, universitetə tələsirəm çünki". Uğundu gülməkdən. Dedi ki, "əgər sən mühafizəçini aldada bilmisənsə, bu teatrda işləyəcəksən".

Əvvəlcə, istədi ki, məni xora götürsün. Soruşdu ki, səsim var, ya yox. Mən də dedim ki, var. Bir az sonra truppa müdiri Novruz Qartal məndən soruşdu ki, müəllimim kimdir. Mən də dedim ki, Vaqif İbrahimoğlunun tələbəsiyəm. O da bu barədə Hacıbaba Bağırova məlumat verdi və Hacıbaba Bağırov dedi ki, "səni teatra rejissor assistenti götürək". İlk işim "Bir dayan canavar" adlı uşaq tamaşası oldu. Daha sonra ilk böyük işim Marat Haqverdiyev və Ramiz Mirişlinin "Qısqanc ürəklər" tamaşasında oldu.

 Elməddin bəy, özünüz haqda danışanda dediniz ki, bu ilin aprel ayına qədər kloun peşəsi sizin üçün arzu olaraq qalırdı. Aprel ayında nə dəyişdi?

— Ümumiyyətlə, hər bir insan istəyir ki, yaxşı dolanmaq üçün yaxşı gəliri olsun. Aprel ayında dostlardan bir təklif aldım ki, uşaq məclislərinə kloun kimi gedim. Mənim də bu sənətə çoxdan olan marağımı nəzərə alsaq, dərhal qəbul etdim. Bu, həm maddi baxımdan mənə kömək idi, həm də arzum çin oldu.

— Siz yəqin ki, toylara da gedirsiniz?

— Bəli. El şənliklərinə də gedirəm. Bu, həmişə olmur. Ayda bir, ya iki toy olur və bu səndən böyük enerji, böyük bacarıq tələb edir. Çünki orada alimi də oturub, məmuru da oturub, fəhləsi də oturub, müəllimi də oturub, həkimi də oturub. Sən hamı ilə eyni səviyyədə danışmalısan. Çünki onlar ora istirahət etməyə gəliblər. İnsanlara toy deyəndə, adi yanaşırlar. Amma toy aparıcılığı özü böyük sənətdir.

 Bir müddət "Space" televiziyasında çalışdınız. Necə oldu ki, bu telekanalda işə başladınız?

— Bəli. Əməkdar artist Əkbər Əlizadə bir gün məndən soruşdu ki, "bizdə işləmək istəyirsən?" Mən də dedim ki, "əlbəttə, istəyirəm". Çünki maddi vəziyyətim o qədər yaxşı deyildi. Teatrın maaşı normal dolanışıq üçün kifayət etmir və hər bir teatr adamının əlavə gəlir yeri olmalıdır. Əkbər Əlizadə dedi ki, bununla bağlı Vaqif Mustafayevlə danışacaq və mən "Space" telekanalının "Hər səhər" verilişində çalışacağam. Belə də oldu. Vaqif müəllimlə görüşdük və Vaqif müəllim dedi ki, "əgər Əkbər səni bura dəvət edibsə, Əkbər bura pis adam dəvət etməz". Sonra işə başladım. Bir il iki ay çalışdım.

 Bu müddətdə ən böyük işiniz də Zeynəb xanım Xanlarova ilə müsahibəniz oldu.

— Bəli, bəli. Əlbəttə. Ən böyük işim o idi. Azərbaycan incəsənətinin kraliçası, zöhrə ulduzu, bayraqdarı Zeynəb xanım Xanlarova ilə…

 Maraqlıdır, Zeynəb xanım hər müsahibə təklifini qəbul etmir. Telekanallar bununla bağlı ona aylarla yalvarır. Necə oldu ki, sizə müsahibə verməyə razılaşdı?

Novruz Qartal - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Mən şəhidlik arzusu ilə yaşamışam”

— Bir gün işimi yekunlaşdırmışdım, evə gedirdim. Vaqif müəllim mənə zəng vurub dedi ki, evə getməyim, çünki filarmoniyada Gülarə xanım Əliyevanın yubiley gecəsində olmalıyam. Mən də gedib yubiley gecəsini çəkdim. Ramiz Mirişlidən, Fikrət Qocadan, Mələkxanım Əyyubovadan, Ramiz Quliyevdən müsahibə aldım. Ertəsi gün Vaqif müəllim məni öz otağına çağırdı və soruşdu ki, "sənin elə bir arzun varmı ki, onu reallaşdırmq istəyirsən?" Dedim "bəli, var". Soruşdu "sənət baxımından ən böyük arzun nədir?" Dedim "Zeynəb xanım Xanlarova ilə görüşmək". Vaqif müəllim güldü.

 Qəribədir. Bunu necə hiss etmişdi?

— Vaqif müəllimdə belə bir xüsusiyyət var. İnsanı rentgen kimi oxuyur. Dedi ki, "səni təbrik edirəm, bu gün gedirsən Zeynəb xanım Xanlarova ilə müsahibəyə". Mən o an yaşadığım sevinci izah edə bilmirəm. Biz Milli Məclisə yollandıq. Qapının üzərində "Millət vəkili Xanlarova Zeynəb Yəhya qızı" yazısını oxuyanda mənim ayaqlarım əsdi. Yəni Allah məni bu qədərmi sevirdi? Otağa girəndə istədim əlindən öpüm, qoymadı. Dedi "gəl, üzündən öpüm". Sonra Gülarə xanım Əliyeva haqqında danışdıq. Zeynəb xanım mənim üçün Gülarə xanım Əliyevanın "Dan ulduzu" instrumental ansamblı ilə oxuduğu mahnıları ifa etdi. Müsahibə yekunlaşdı və bütün bunlar mənim həyatımın ən xoş xatirəsi olaraq qaldı.

— Bundan başqa Habil Əliyevlə də yaddaqalan müsahibəniz olmuşdu.

— İki sənətkarın evinə qanad açıb gedirdim: biri mərhum xanəndə, muğam ustası Ağaxan Abdullayev, biri də mərhum kamança ustası, Şərqin Paqaninisi Habil Əliyev. Habil Əliyev telekanala demişdi ki, "mənim evimə ancaq o xallı oğlan gəlsin". Departamentdəkilər də qısqanırdılar ki, niyə hamı məni istəyir.

 Başqa hansı mərhum sənətkarlarla görüşləriniz oldu?

— Nuriyə xanım Əhmədova ilə müsahibəm oldu. Nuriyə xanım istəyirdi ki, onun haqqında kitab yazım. Mənə öz bütün arxivini vermək istəyirdi ki, kitabı işləyim. Əfsus ki, qismət olmadı. İlhamə xanım Quliyeva telekanala gələndə deyirdi ki, "o göyçək oğlan gəlsin, mənim yanımda olsun, o, mənə stimul verir". Ağaxan Abdullayevin evinə tez-tez çəkilişə gedirdim. O, mənə dedi ki, "sənə muğamatın ömrü qədər ömür arzulayıram". Mərhum bəstəkar Ramiz Mirişli ilə də maraqlı müsahibəm olub. Yaşayan sənətkarlarımızdan – Allah can sağlığı versin — Zərnigar Ağakişiyeva ilə, Nəriman Həsənzadə ilə müsahibələrim olub.

 Niyə "Space" telekanalından ayrıldız?

— Çünki bir insan – adını çəkməyəcəm – telekanal rəhbərliyinə dedi ki, "ya Elməddin burda olsun, ya mən". Kanal rəhbərliyi də özü şəxsən mənə demədi ki, "biz səninlə vidalaşırıq". Kadrlar şöbəsinin rəhbəri mənə dedi ki, "oğlum, biz səninlə müqaviləyə xitam veririk". İnanın, heç üzülmədim. Dedim, "nə yaxşı, Allah sizə o qədər ömür versin ki, mənim kimi öz istedadına güvənən çox adamı burdan yola salasınız!"

 Musiqili Teatrın iki mərhum sənətkarı ilə tez-tez xatirələrinizi paylaşırsınız. Məsələn, Elçin Həmidov haqqında hansı xatirənizi bölüşə bilərsiniz bizimlə?

— Elçin Həmidov teatra gələndə mən qorxurdum. Çox ciddi insan idi. İlk münasibətimiz "Şən hazırcavablar klubu"nda oldu. Biz teatrda da tez-tez həmsöhbət olurduq. Teatrda "Mən dəyərəm min cavana" tamaşasının məşqi idi. Məşqdən sonra Elçin mənə dedi ki, "mən bulvarda gəzmək istəyirəm". Dedim, gedək. O, çox xoşlayırdı bulvarda gəzməyi. Dənizi sevirdi. Getdik bulvara. Elçin mənə qəfildən dedi ki, "Elməddin, bilmirəm evi kimin adına yazım, baxma, ölüm-itim dünyasıdır da, kimim-kimsəm də yoxdur". Dedim "Elçin, o nə sözdür, nə olub sənə, cavansan, sağlamsan, Allah sənə o qədər ömür versin ki, öz evində özün xoşbəxt yaşayasan". Elçin güldü. Başını yellətdi və dedi ki, "Elməddin, sənin mərdliyinə vurulmuşam". Dedim "niyə ki?" Dedi "Elməddin, mən bunu kimə demişəmsə, deyib ki, neyləyirsən başqasına verməyi, yaz mənim adıma, öləndə də səni özüm dəfn edərəm". Məni sınayırmış. Ondan sonra bizim dostluğumuz başladı. Çox qısa çəkdi, çünki Elçin Həmidov vəfat etdi. Çox təsirləndim. Təəssüf. (üzüntüsü gözlərindən sezilir)

 Xanım Qafarova ilə hansı xatirənizi bölüşə bilərsiniz?

— Xanım Qafarova… (köks ötürür) Hamıya məlumdur ki, Xanım Qafarova döş xərçəngi idi. Mən telekanalda çalışanda getdim departament rəhbərliyinin yanına və dedim ki, mən istəyirəm Xanım Qafarovanın doğum gününü qeyd edək. Mənə dedilər ki, "reytinq verməz, xəstədir, heç kəs baxmaz". Mən dedim ki, "mən elə qonaqlar çağıracağam ki, reytinq verəcək". Birtəhər razı saldım. Sonra Xanım Qafarovaya zəng edib dedim ki, hazırlaşıb sabah gəlsin çəkilişə. Çox sevindi. Mən onu sevindirdiyimə görə hələ də özümü xoşbəxt hiss edirəm.

— Elməddin bəy, müasir ədəbiyyatı oxuyursunuz?

— Müasir ədəbiyyatla çox da maraqlanmıram. Mən bir az klassikaçıyam. Ədəbiyyatı sevirəm, amma klassik ədəbiyyatı oxuyuram.

 Uzun illərdir ki, teatrda çalışırsınız. Niyə teatrda gənc dramaturqların əsərləri səhnələşdirilmir?

— Çünki oxunulmur. Teatrdakı rejissorlar, ədəbi hissə müdirləri əsər gətirib Bədii Şuraya təqdim etməlidirlər. Onlar da baxıb qiymət verdikdən sonra səhnələşdirməlidir.

 Musiqili Teatrda Bədii Şura varmı?

— Əlbəttə, var.

 Bədii Şura indiyə qədər Musiqili Teatrda rejissorlara hansısa pyesi təqdim edibmi?

— Bu barədə məlumatım yoxdur.

Aktyor Allahverdi Yolçuyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik"

 O zaman bu Bədii Şura fəaliyyət göstərmir, demək.

— Bu haqda danışa bilmərəm, çünki məlumatlı deyiləm. Siz özünüz dəfələrlə bizim teatrda olmusunuz, Orxan bəy. Bu barədə sizin də məlumatınız var. Teatrın tamaşaları haqqında çoxlu yazılar da yazmısınız. Bir halda ki, siz bizim teatra yaxın adamsınız, teatrın bədii şurası ilə maraqlana bilərsiniz.

 Növbəti teatr mövsümü üçün hansı planlarınız var? Yeni tamaşalar varmı?

— Mənim üçün bir insanla işləmək çox böyük fəxr idi. Telekanaldan izlədiyim, tamaşalarına heyran olduğum rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bizim teatrda "Nuri-didə Ceyhun" tamaşasını səhnələşdirmək üçün məşqlərə başladı. Nə xoş ki, mən də onunla birlikdə bu tamaşada işləyirəm. Əli Əmirlinin Ceyhun Hacıbəyli haqqında yazdığı əsərdir.

 Əli Əmirlinin başqa teatrlarda olduğu kimi, sizin teatrda da çoxlu pyesləri səhnələşdirilib.

— Bəli. "Səhnədə məhəbbət", "Şəhərdə manyak var", "Yeddi məhbusə anası", indi "Nuri-didə Ceyhun". Bu əsərlərdə mən özüm də müxtəlif rolları oynamışam.

 Son olaraq demək istədiyiniz nəsə varmı?

— Var. Bu il teatr rəhbərliyi tərəfindən 107-ci teatr mövsümünün "Musiqili Teatrın ən yaxşı rejissor assistenti" mükafatına layiq görüldüm. Buna görə rəhbərliyə təşəkkürümü bildirirəm. Ümumilikdə bu teatr mənə çox doğmadır. Ona görə ki, bu teatrda mən Hacıbaba Bağırovu görmüşəm, Ofeliya Aslanı görmüşəm, Ofeliya Məmmədzadəni görmüşəm, Elxan Əhədzadəni görmüşəm, Sabir Sultanovu görmüşəm. Musiqili Teatrı sevirəm.

 Təşəkkür edirik müsahibə təklifimizi qəbul etdiyiniz üçün. Minnətdarıq.

— Mən də sizə minnətdaram. Uğurlar arzulayıram.

Xəbər lenti
0