06:01 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
İDMAN

"Formula 1"in Azərbaycan Qran Prisi

"Formula-1" yarışları Bakıda 2016-cı ildən keçirilir. "Kral yarışları"nın birinci Bakı mərhələsinin adı Avropa Qran Prisi adlanırdı, onun səfiri isə ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən sonra Bakı yarışları Azərbaycan Qran Prisi adlanmağa başladı. Elə həmin il Bakıdakı yarışlar mövsümün ən həyəcanverici tədbiri ünvanını qazandı.

2020-ci ildə Azərbaycan Qran Prisinin təşkilatçısı - Baku City Circuit əməliyyat şirkəti - yarışı koronavirus pandemiyasına görə təxirə salmalı oldu. Bu səbəbdən də "kral yarışlarının" Bakıda təşkili daha bir il - 2024-cü ilədək uzadıldı.

2021-ci ildə "Formula-1"in  Bakı mərhələsi pandemiya səbəbindən tamaşaçılarsız keçəcək. "Formula-1"in Azərbaycan Qran Prisi Bakıda iyunun 4-dən 6-dək keçiriləcək. Sputnik Azərbaycan yarışların onlayn yayımını aparacaq.

Bakıda "Formula-1" yarışlarının bütün qalibləri: 

2016-cı ilin Avropa Qran Prisi - Niko Rosberq (Almaniya, Mercedes)

2017-ci il Azərbaycan Qran-Prisi - Daniel Rikkardo (Avstralia, Red Bull)

2018-ci il Azərbaycan Qran-Prisi - Lüis Hemilton (Böyük Britaniya, Mercedes) 

2019-cu il Azərbaycan Qran-Prisi - Valtteri Bottas (Finlandiya, Mercedes)