Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ Zelenskiyə alternativ axtarır - Rusiya xarici kəşfiyyat xidməti

© AP Photo / Efrem LukatskyUkrayna lideri Vladimir Zelenski, arxiv şəkli
Ukrayna lideri Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Məlumatda deyilir ki, ABŞ və Aİ bildirir ki, Ukrayna vətəndaşları arasında Rusiya ilə münaqişənin sonsuz uzanmasından narazılıq artmaqdadır.
BAKI, 6 may — Sputnik. ABŞ Vladimir Zelenskiyə alternativ tapmaq üçün səyləri gücləndirib. Bunu Rusiya xarici kəşfiyyat xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Amerikalılar Ukraynanın hazırkı prezidentinə alternativ tapmaq üçün səylərini gücləndiriblər. Avropa Həmrəyliyi Partiyasının lideri Poroşenko və Kiyevin meri Kliçko ilə müvafiq əlaqələr qurulub. Pərdəarxası işlər isə Ukraynanın hazırkı prezidenti ilə aparılır. Ukrayna prezidentinin aparatının rəhbəri Yermak, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnı və Ali Radanın eks-spikeri Razumkov hesab edir ki, vəziyyətin kəskin pisləşəcəyi təqdirdə bu tələb oluna bilər. O zaman bütün uğursuzluqları Zelenskiyə aid etməklə, onlardan birini seçmək mümkün olacaq. Əsas məqsəd ukraynalıların Qərbyönlü siyasətin uğursuzluğundan məyusluğunun kritik artmasının qarşısını almaqdır" - məlumatda deyilir.

Məlumatda deyilir ki, ABŞ və Aİ bildirir ki, Ukrayna vətəndaşları arasında Rusiya ilə münaqişənin sonsuz uzanmasından narazılıq artmaqdadır.
Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Qərb Ukraynada ictimai əhval-ruhiyyənin dinamikasından son dərəcə narahatdır:
"Rusiya ilə münaqişənin sonsuz uzanması Ukrayna vətəndaşları arasında dövlət qurumlarına inamsızlığı artırır. Ukrayna Silahlı Qüvvələrinin sıralarında laqeydlik sürətlə yayılır, fərarilik və könüllü təslim olma hallarının sayı artır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0