Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Aİ Azərbaycana minalardan təmizlənmə üçün əlavə 8 milyon avro ayıracaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman deyib ki, minatəmizləmə fəaliyyəti insan amili ilə sıx bağlıdır.
BAKI, 3 may — Sputnik. Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 8 milyon avro ayırmağı planlaşdırır.
Bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Bakıda keçirilən "Avropa komandasının mina əleyhinə təşəbbüsü" adlı tədbirdə deyib.

"Minalardan təmizlənmə sahəsində potensialın daha da gücləndirilməsi məqsədilə əlavə texniki yardım göstərmək üçün bu il əlavə 8 milyon avro qrant maliyyələşdirilməsinin ayrıldığını elan etməkdən çox məmnunam", - Qert Yan Kopman bildirib.

Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti insan amili ilə sıx bağlıdır:
"Mina hər kəsə, o cümlədən uşaqlara təsir edən, iqtisadi və sosial inkişafa mane olan, faciəvi nəticələrə səbəb olan və buna görə də prioritet pilləni daha qətiyyətli irəliləməyə ehtiyac olan bəladır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0