Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

İlin sonunadək Ağdamın üç kəndinə köç baş tutacaq - Rəsmi

© Photo : AZƏRTACZabux kəndinə növbəti köç
Zabux kəndinə növbəti köç - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Bəşir Hacıyev qeyd edib ki, hazırda Ağdam Sənaye parkında 27 rezident mövcuddur.
BAKI, 3 may — Sputnik. "Bu gün biz azad olunmuş əraziləri minalardan və partlamamış sursatlardan təmizləməkdəyik". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

"Düşmənin ölü zonaya çevirdiyi Ağdam xarabalıqları üzərində infrastruktur yaradılır, mədəni abidələr bərpa edilir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köç başlayacaqdır", - o bildirib.

Onun sözlərinə görə, bu ilin sonun qədər Kəngərli kəndinə 292 ailə, Xıdırlı kəndinə 719 ailə, Sarıcalı kəndinə isə 203 ailə köçürüləcək.
Bəşir Hacıyev qeyd edib ki, hazırda Ağdam Sənaye parkında 27 rezident mövcuddur.
Onun sözlərinə görə, bu istiqamətdə təkliflər davam edir: "Burada böyük zavod və fabriklər inşa edilir. Bütün bunların sayəsində köçürülən əhalinin işlə təmin edilməsi baş tutacaqdır".
Xatırladaq ki, bir müddət əvvəl Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirmişdi ki, 2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər.
"Ağdam şəhərində görüləcək işlərin miqyası çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Bundan sonra daha 3 məhəllə hazırlanaraq, yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik", - deyə E. Hüseynov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0