Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna PUA-larının hücumu nəticəsində ölənlərin sayı artıb - Yenilənib

© Photo : Настоящий Гладков / TelegramPUA-nın vurduğu avtobus
PUA-nın vurduğu avtobus - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Borisov rayonunun rəhbəri bildirib ki, hadisə Borisov rayonunun Berezovka kəndi yaxınlığında baş verib.
BAKI, 6 may — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin Belqorod vilayətinin Borisov rayonuna hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Bu barədə “RİA Novosti”yə “Aqro-Beloqorye” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Qubernator daha əvvəl məlumat vermişdi ki, Borisov rayonunun Berezovka kəndi ərazisində Ukraynaya məxsus pilotsuz təyyarələr Aqro-Beloqorye müəssisəsinin işçilərini işə aparan yol boyu hərəkət edən minik avtomobilinə və iki “QAZel”ə hücum edib. 6 nəfər aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Səthi xəsarətlərlə iki uşaq olmaqla 35 nəfər yaralanıb.

“Hazırda Qrayvoronski və Borisov donuz fermalarının ölən 7 işçisi haqqında məlumat var. 15 işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralananlarla bağlı məlumat dəqiqləşdiriləcək” - şirkətdən bildirilib.

06.05.24, 10:48
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının Borisov rayonuna hücumu nəticəsində xəsarət alanların sayı ikisi uşaq olmaqla, ilkin olaraq 35 nəfərdir. Bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Borisov rayonunun rəhbəri Vladimir Pereverzev Ukrayna Silahlı Qüvvələrinin PUA-larının Borisov rayonunda Aqro-Beloqorye Şirkətlər Qrupunun əməkdaşlarının olduğu avtomobillərə hücum etdiyini, 33 nəfərin yaralandığını, 6 nəfərin öldüyünü bildirib.

"Şirkətin əməkdaşlarını işə aparan iki "Qazel" və minik avtomobili Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə Borisov rayonunun Berezovka kəndi yaxınlığında baş verib. Nəticədə altı nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb, ilkin məlumata görə, 35 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır" - Qladkov Teleqram kanalında yazıb.

Xüsusi hərbi əməliyyat
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0