Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın iqtisadi inkişaf tempi Çini qabaqlayır

© Sputnik / Виталий БелоусовRusiya və Çin bayraqları
Rusiya və Çin bayraqları - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Rusiya iqtisadiyyatı hazırda dünyada iri dövlətlər arasında liderlərdən biridir.
BAKI, 7 may — Sputnik. 2024-cü ilin birinci rübündə Rusiya iqtisadiyyatının artım tempi 5,4%-ə çatıb və beləliklə, Çinin göstəricilərini üstələyib.
Bunu Rusiya Dövlət İdarəetmə Universitetinin "İqtisadi Siyasət və İqtisadi Ölçülər" kafedrasının dosenti Maksim Çirkov bildirib.
"Rosstat"ın məlumatına görə, 2023-cü ildə ümumi daxili məhsulun artımı 3,6% təşkil edib. Ekspertin fikrincə, Rusiya iqtisadiyyatı hazırda dünyada iri dövlətlər arasında liderlərdən biridir. Çirkov hesab edir ki, sürətli artım təkcə hərbi-sənaye kompleksi hesabına deyil, həm də daxili tələbat hesabına baş verir.
"Bizim öz resurslarımız, öz enerjimiz var. Rəqabət qabiliyyətimiz artır, həm də kifayət qədər dinamik şəkildə artır" - iqtisadçı "Beşinci Kanal"a müsahibəsində qeyd edib.
"Qərb firmaları bahalı yanacaq və elektrik enerjisi səbəbindən rəqabət qabiliyyətinə görə Rusiya firmalarından geri qalırlar. Eyni zamanda, Rusiya şirkətləri həm daxili, həm də xarici bazarlarda inkişaf edirlər" - kanalın həmsöhbəti sözünü yekunlaşdırıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkənin yaxın illər üçün federal büdcəsinin formalaşdırılması prinsipləri barədə danışıb.
Xəbər lenti
0