Türkiyədə son durum - Azərbaycanlı xilasedicilər yanğını lokallaşdırırlar

© AP PhotoЛесной пожар в Турции
Лесной пожар в Турции - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğının söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
BAKI, 2 avqust — Sputnik. Azərbaycanlı xilasedicilər Türkiyənin Marmaris rayonunda davam edən meşə yanğınlarının lokallaşdırılmasında iştirak edirlər. Bu barədə Sputnik Azərbaycan-a FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan Türkiyəyə göndərilmiş xilasedicilər qrupu Marmaris rayonundakı Hisarönü kəndi yaxınlığında, dağlıq relyefə malik meşəlik ərazidə yanğınla mübarizə aparırlar.
“Qeyd olunan ərazidə meşə yanğınları davam edir. Yanğının lokallaşdırılması istiqamətində geniş tədbirlər görülür", - deyə o bildirib.
Abbaslı onu da deyib ki, hava şəraitinin tez-tez kəskin dəyişməsi alovun istiqamətini də dəyişir. Bu, yanğının daha da genişlənməsinə və müxtəlif ərazilərə yayılmasına səbəb olur. Nəticədə yanğınsöndürmə əməliyyatlarının keçirilməsi çətinləşir.
“Artıq meşənin müxtəlif hissələrində yanğının söndürülməsi və geniş əraziyə yayılmamasına nail olunub. Lakin bununla belə, ərazinin müxtəlif hissələrində yanğın hələ də davam edir”, - deyə FHN təmsilçisi bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, iyulun 30-31-də Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin qrupları Türkiyəyə yola düşüb.

Türkiyədə dəhşətli yanğınlar

İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində, son məlumatlara görə, səkkiz nəfər dünyasını dəyişib.
Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Eləcə də oxuyun:
Karayılan "yandırın" dedi: PKK Türkiyədə meşə yanğınlarını törətdiyini boynuna alıb
FHN-in qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını alıb
Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər
Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə daha bir kəndi xilas ediblər
Təcili zəng: Ceyhun Bayramovla Mövlud Çavuşoğlu nə danışıblar?
Türkiyədəki yanğınlar bizə də dərs olmalıdır: Daxili turizmin sığorta problemi
Azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığı Türkiyədə təqdir edildi
FHN-in məsul əməkdaşları Türkiyəyə yardıma gediblər
Xəbər lenti
0