https://sputnik.az/20210801/Trkiyd-ail-dram-r-v-arvad-yanndan-uan-evin-altnda-hyata-lvida-ediblr-427599411.html
Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər
Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər
Sputnik Azərbaycan
Türkiyə vətəndaşı Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalaraq həyatlarını itiriblər. 01.08.2021, Sputnik Azərbaycan
2021-08-01T18:49+0400
2021-08-01T18:49+0400
2021-08-01T20:40+0400
xəbərlər
cəmiyyət
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427589907_0:258:3072:1996_1920x0_80_0_0_5301435f308a964f432a6002c27771a2.jpg
BAKI, 1 avqust - Sputnik. Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.Sputnik Türkiyə xəbər verir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı Fahri Yiğitokur və onun almaniyalı həyat yoldaşı Andrea Hartmann Yiğitokurdır.Ölkənin səhiyyə naziri Fahrettin Koca öz Twitter hesabında Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib.O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.Qeyd edək ki, Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalıb. Yaxınları onlardan xəbər almadıqları üçün axtarışlar başlayıb, uçqun altında qalan cütlüyün cəsədləri aşkarlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427589907_0:118:3072:2048_1920x0_80_0_0_2551f7ca7074b48b4f8267977e04ef97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər
18:49 01.08.2021 (Yenilənib: 20:40 01.08.2021) Türkiyə vətəndaşı Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalaraq həyatlarını itiriblər.
BAKI, 1 avqust - Sputnik. Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.
Sputnik Türkiyə xəbər verir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı Fahri Yiğitokur və onun almaniyalı həyat yoldaşı Andrea Hartmann Yiğitokurdır.
Ölkənin səhiyyə naziri Fahrettin Koca öz Twitter hesabında Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib.
O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalıb. Yaxınları onlardan xəbər almadıqları üçün axtarışlar başlayıb, uçqun altında qalan cütlüyün cəsədləri aşkarlanıb.