Azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığı Türkiyədə təqdir edildi

© REUTERS / KAAN SOYTURKЛесной пожар в Турции
Лесной пожар в Турции - Sputnik Azərbaycan, 1920, 01.08.2021
Abunə olmaq
Türkiyənin Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasin Yaprak deyib ki, azərbaycanlı yanğınsöndürənlərlə birlikdə apardıqları fəaliyyət çox əlverişli oldu.
BAKI, 1 avqust - Sputnik. Türkiyənin Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasin Yaprak meşə yanğınlarının söndürülməsində iştirak etdiyi üçün Azərbaycandan gedən yanğınsöndürənlərə təşəkkür edib. 
"Bu gün Muğla meşələrində yanğın söndürmənin artıq 3-cü günündəyik və yanğını nəzarət altına aldıq", - deyə o, bidilrib. 
Yasin Yaprakın sözlərinə görə, ilkin məlumatlara əsasən meşədə 1500 hektar ərazidə yanğın olub. Lakin detallı məlumatlar yanğından sonra olacaq.
"Çox şükür ki, itkilərimiz çox deyil. 3 kənd boşaldılıb. Bu kəndlərin hərəsində də 4-5 ev zərər görüb. Yanğının baş verdiyi ilk gün bir vətəndaşımız yanğınsöndürənlərə dəstək olarkən həyatını itirib. Allah rəhmət eləsin. İndi isə yanğın qismən nəzarət altındadır. Günün sonuna kimi tam nəzarət altına alacağımızı düşünürük”, - Yaprak deyib. 
"Yanğınlar başlayan saatdan etibarən cəmi 10 dəqiqə sonra alovu söndürmə istiqamətində fəaliyyətə keçmişdik. Ancaq həmin gün hava şəraiti də yanğının şiddətlənməsi üçün olduqca əlverişli idi. Belə ki, yanğının baş verdiyi gün küləyin sürəti saatda 40-45 km, havanın temperaturu isə 40 dərəcə təşkil edirdi", - deyə alovun söndürülməsi istiqamətində görülən işlərdən bəhs edən idarə rəisi bildirib. 
Azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığına və intensiv dəstəyinə toxunan Yasin Yaprak onların hər birinə, habelə Azərbaycan rəhbərliyinə təşəkkür edib:
"Günlərdir davam edən çətin və təhlükəli yanğınsöndürmə əməliyyatlarında bizə dəstək olan qardaş Azərbaycana, azərbaycanlı yanğınsöndürənlərə və onların göndərilməsini təmin edən ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Onlarla birlikdə apardığımız fəaliyyət çox əlverişli oldu, buradakı əməliyyatlarda da öz peşəkarlıqlarını nümayiş etdirdilər".
Türkiyədə meşə yanğınları və yardımlar
Qeyd edək ki, son 5 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər dünyaını dəyişib.
Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.
Həmçinin oxuyun:
* Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb
* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər
* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir
* Antalya alov içində - dəhşət saçan fotolar
Xəbər lenti
0