Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə daha bir kəndi xilas ediblər

© © Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanAzərbaycanlı yanğınsödürənlər Türkiyədə.
Azərbaycanlı yanğınsödürənlər Türkiyədə. - Sputnik Azərbaycan, 1920, 01.08.2021
Abunə olmaq
Türkiyəyə göndərilən yanğınsöndürənlərimiz Muğlanın Marmaris rayonunda daha bir kəndi yanğın təhlükəsindən xilas ediblər.
BAKI, 1 avqust - Sputnik. Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda günlərdir davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verməmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının, o cümlədən yanğınsöndürənlərimizin qardaş ölkədəki uğurlu fəaliyyəti davam etməkdədir.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ölkə başçısının tapşırığına əsasən Türkiyəyə göndərilən yanğınsöndürənlərimiz Muğlanın Marmaris rayonunda daha bir kəndi yanğın təhlükəsindən xilas ediblər.
Bundan əlavə, bölgədə alışma müşahidə olunan daha bir ərazidə yanğın ocağı yanğınsöndürənlərimiz tərəfindən söndürülüb.
Həmçinin oxuyun:
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstandan Türkiyəyə doğru gedir
* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər
* Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək
* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir
* FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir
Xəbər lenti
0