Karayılan "yandırın" dedi: PKK Türkiyədə meşə yanğınlarını törətdiyini boynuna alıb

© AFP 2023 / ILYAS AKENGINБоевики РПК, фото из архива
Боевики РПК, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.08.2021
Abunə olmaq
Dronlar və təhlükəsizlik kameraları ölkənin ayrı-ayrı yerlərində eyni saatda meşə yanğınlarının "Molotov kokteyli" vasitəsilə törədildiyini qeydə alıb.
BAKI, 1 avqust - Sputnik. Türkiyənin cənub bğlgələrini bürüyən və günlərdir ölkənin həyatını zəhərləyən meşə yanğınları ilə mübarizənin davam etdiyi bir vaxtda PKK terror təşkilatı yanğını özünün törətdiyini boynuna alıb. 
PKK-ya bağlı olan sosial media hesablarında yanğınları "Alovun övladları təşəbbüsü"nün ("Ateşin Çocukları İnisiyatifi") törətdiyi bildirilib. 
"Yeni Şafak" qəzeti PKK terror təşkilatına bağlı "Alovun övladları" terror qruplaşmasının Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürdüyünü yazıb. 
Terror quplaşmasının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər.
"Türk rejimi başqa bir dil anlamadığına görə, onları yanğınla diz çökdürməyin zamanı gəlib", - terror qruplaşması sosial media hesabında yazıb.  
Türkiyə rəsmiləri hələlik təşkilatın açıqlamasını şərh etməyiblər.
Qeyd edək ki, "Alovun övladları təşəbbüsü" terror qruplaşması PKK terror təşkilatına bağlıdır.
Daha əvvəl Türkiyənin ayrı-ayrı KİV-ləri meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əlinin ola biləcəyi ehtimalını irəli sürüb. Qeyd edilib ki, Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.
Dronlar və təhlükəsizlik kameraları ölkənin ayrı-ayrı yerlərində eyni saatda meşə yanğınlarının "Molotov kokteyli" vasitəsilə törədildiyini qeydə alıb.
Karayılanın təlimatı
1990-cı illərdən etibarən meşə sabotajlarını bir terror aktı kimi mənimsəyən PKK, ötən illər ərzində çox sayda yanğın törədib.
Keçən il Türkiyədə baş verən yanğınları PKK-nın "Alovun övladları" təşəbbüsü öz üzərinə götürüb.
PKK lideri Murat Karayılan 2020-ci ildə öz tərəfdaralrına "Meşələri yandırın" təlimatını verib. 
Ötən il Türkiyənin Hatay bölgəsində baş verən və böyük zərərə yol açan yanğınlarla bağlı məsuliyyəti də PKK-lı "Alovun övladları" öz üzərinə götürmüşdü.
Türkiyədə meşə yanğınları
İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 8 nəfər dünyasını dəyişib. 
Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.
Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Həmçinin oxuyun:
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstandan Türkiyəyə doğru gedir
* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər
* Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək
* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir
* FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir
* Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər
Xəbər lenti
0