RUSİYA

Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

Avropa Parlamenti martın 1-də keçiriləcək fövqəladə iclasında Ukraynanı dəstəkləyən qətnamə qəbul edəcək.
Sputnik
BAKI, 27 fevral - Sputnik. Avropa Parlamenti Avropa Komissiyası və Avropa İttifaqının beynəlxalq tərəfdaşları tərəfindən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri dəstəkləyir.
RİA Novosti-nin yazdığına görə, bu barədə Avropa Parlamentinin spikeri Roberta Metsola bildirib.
Metsola qeyd edib ki, Avropa Parlamenti martın 1-də keçiriləcək fövqəladə iclasında Ukraynanı dəstəkləyən qətnamə qəbul edəcək.
"Qanunvericilər olaraq bu tədbirlərin sürətlə həyata keçirilməsinə kömək edəcəyik", - Metsola vurğulayıb.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ABŞ, Böyük Britaniya və digər tərəfdaşlarla birlikdə bir sıra Rusiya banklarının SWIFT beynəlxalq banklararası sistemindən çıxarılmasına yönəlmiş tədbirlər hazırlayıb.
Bununla Rusiya Mərkəzi Bankının fəaliyyətini məhdudlaşdırmaq, həmçinin biznes nümayəndələrini beynəlxalq maliyyə aktivlərindən istifadə imkanından məhrum etmək nəzərdə tutulur.
ABŞ-ın “dekorativ” sanksiyaları
ABŞ-ın son sanksiyalar siyahısına dörd Rusiya bankı - "Sberbank", "VTB", "Sovkombank" və "Otkritiye" daxildir.
Amerika banklarına martın 26-dək Sberbank və onun törəmə şirkətlərinin müxbir hesablarını bağlamaq əmri verilib.
Bu tarixdən etibarən ABŞ maliyyə qurumlarının Rusiyanın ən böyük bankının iştirakı ilə əməliyyatlar aparmaq hüququ olmayacaq.
ABŞ Maliyyə Nazirliyinin bəyanatına görə, mayın 25-dək yuxarıda adları çəkilən qurumlar və VEB.RF (bir az əvvəl sanksiyalara məruz qalmış) səhmləri ilə bütün əməliyyatlar tamamlanmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edib: onlar qonşu ölkələrə necə təsir edəcək?
ABŞ və Avropa Rusiyaya qarşı geniş sanksiyalar paketi hazırlayıb
Rusiyaya qarşı sərt sanksiyalar gəlir - Britaniya qanuna dəyişiklik etdi
Peskov: ABŞ-ın sanksiya təhdidləri, çətin ki, Rusiyaya təsir etsin
Rusiya ABŞ-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmür
Avropa Rusiyanı necə cəzalandıracağına qərar verə bilmir
Qədərində yaxşıdır: Rusiya niyə ABŞ dövlət istiqrazlarını satıb