Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edib: onlar qonşu ölkələrə necə təsir edəcək?

Aleksey Zubets - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
"İqtisadiyyata ciddi təsir etməyəcək axmaq dekorativ qərarlar" - Ekspert Rusiyaya qarşı yeni sanksiyalar barədə
BAKI, 26 fevral - Sputnik. Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra bir sıra Qərb ölkələri ölkənin maliyyə sektoruna, yüksək texnologiyaların ixracını məhdudlaşdırmağa və bir çox başqa şeylərə yönəlmiş anti-Rusiya sanksiyaları paketlərini qəbul ediblər.
ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Kanada və Yaponiya məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyini elan etdilər (sonuncu ikisi, əsasən, ilk üçünün qərarlarına qoşuldu).
Eyni zamanda bildirilir ki, Qərb artıq qəbul edilmiş sanksiyalar paketləri ilə kifayətlənmək niyyətində deyil, anti-Rusiya tədbirlərinin gücləndirilməsi imkanları ətrafında müzakirələr davam edir.
Yeni sanksiyaların nədən ibarət olduğu, onların Rusiya iqtisadiyyatına necə təsir edəcəyi və keçmiş SSRİ ölkələrinə hansı təsirlər göstərə biləcəyi barədə Sputnik-ə Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru, iqtisad elmləri doktoru Aleksey Zubets danışıb.
ABŞ-ın “dekorativ” sanksiyaları
ABŞ-ın son sanksiyalar siyahısına dörd Rusiya bankı - "Sberbank", "VTB", "Sovkombank" və "Otkritiye" daxildir.
Amerika banklarına martın 26-dək Sberbank və onun törəmə şirkətlərinin müxbir hesablarını bağlamaq əmri verilib.
Bu tarixdən etibarən ABŞ maliyyə qurumlarının Rusiyanın ən böyük bankının iştirakı ilə əməliyyatlar aparmaq hüququ olmayacaq.
ABŞ Maliyyə Nazirliyinin bəyanatına görə, mayın 25-dək yuxarıda adları çəkilən qurumlar və VEB.RF (bir az əvvəl sanksiyalara məruz qalmış) səhmləri ilə bütün əməliyyatlar tamamlanmalıdır.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz: https://az.sputniknews.ru/20220226/zapad-vvel-sanktsii-protiv-rf-kak-oni-skazhutsya-na-stranakh-blizhnego-zarubezhya-439629426.html
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz - Sputnik Azərbaycan, 1920, 26.02.2022
RUSİYA
Ukraynadan Rusiya qazının tranziti üçün müraciət maksimum səviyyəyə çatıb
Xəbər lenti
0