Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: ABŞ-ın sanksiya təhdidləri, çətin ki, Rusiyaya təsir etsin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidЗаместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков
Заместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi sanksiyarın tətbiqində dəhşətli bir şey olmadığını bildirib.
BAKI, 11 yanvar — Sputnik. ABŞ tərəfindən səsləndirilən sanksiya təhdiləri, çətin ki, təhlükəsizlik zəmanətlərilə bağlı məsləhətləşmələrdə prezident Vladimir Putinin tezisləri ilə silahlanmış Rusiyanın nümayəndə heyətinə təsir göstərsin. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bir qədər bundan əvvəl "The New York Times" ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırladığına dair məqalə dərc edib. Məqalədə bildirilir ki, sanksiyalar bütün elektronika və məişət texnikası məhsullarına şamil ediləcək.
"Bu cür "artilleriya hazırlığı", çətin ki, hər hansı bir formada Putinin kifayət qədər aydın şəkildə ifadə edilmiş tezislərilə silahlanmış Ryabkovun (Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov - red.) rəhbərlik etdiyi nümayəndə heyətinə təsir göstərsin. Əlbəttə ki, bu, məsləhətləşmələr ərəfəsində konstruktiv mühitin formalaşmasına kömək etmir, ancaq bizim üzləşməli olduğumuz reallıq budur, burada dəhşətli heç nə yoxdur", – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətlərilə bağlı danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.
Bundan sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası, Vyanada isə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı platformasında məsləhətləşmələr keçiriləcək.
Xəbər lenti
0