https://sputnik.az/20220210/rusiyaya-qarsi-sert-sanksiyalar-gelir---britaniya-qanuna-deyisiklik-etdi-439046795.html
Rusiyaya qarşı sərt sanksiyalar gəlir - Britaniya qanuna dəyişiklik etdi
Rusiyaya qarşı sərt sanksiyalar gəlir - Britaniya qanuna dəyişiklik etdi
Sputnik Azərbaycan
Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr, şəxslər məhdudiyyətlər altına düşə bilər. 10.02.2022, Sputnik Azərbaycan
2022-02-10T23:51+0400
2022-02-10T23:51+0400
2022-02-11T10:01+0400
rusiya
britaniya
böyük britaniya
sanksiyalar
rusiya əleyhinə sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/42397/19/423971996_0:65:3409:1983_1920x0_80_0_0_faa09221463585c61450516ad6182bad.jpg
BAKI, 10 fevral - Sputnik. Böyük Britaniya parlamenti Rusiyaya qarşı sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib.Dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.İndi bu şəxslərin, eləcə də müəssisələrin müəyyən edilməsi meyarları əhəmiyyətli dərəcədə genişləndirilib, xüsusən də Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr, şəxslər məhdudiyyətlər altına düşə bilərlər.Strateji əhəmiyyət kəsb edən və potensial olaraq sanksiyalara məruz qala bilən sektorlara: kimya, tikinti, hərbi, enerji, elektronika, maliyyə xidmətləri, nəqliyyat, həmçinin informasiya, rabitə və rəqəmsal texnologiyalar daxildir.Report-un xəbərinə görə, tətbiq edilən dəyişikliklər ayrı-ayrı şəxslərə və ya təşkilatlara qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil. Lakin vəziyyətin gərginləşdiyi halda onların tətbiqi üçün əlavə imkanlar yaradacaq.Rusiya Xarici İşlər Nazirliyi isə tətbiq edilən sanksiyalara heç cür haqq qazandırmağın mümkün olmadığını bildirib. Nazirliyin sözçüsü Mariya Zaxarova bütün bunların süni mənzərə yaratdığını qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Peskov: ABŞ-ın sanksiya təhdidləri, çətin ki, Rusiyaya təsir etsinRusiya ABŞ-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmürAvropa Rusiyanı necə cəzalandıracağına qərar verə bilmirQədərində yaxşıdır: Rusiya niyə ABŞ dövlət istiqrazlarını satıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/19/423971996_339:0:3070:2048_1920x0_80_0_0_06baa4bb28e68eec9e285b718e2a32ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
britaniya rusiyaya qarşı sanksiyaları sərtləşdirdi
britaniya rusiyaya qarşı sanksiyaları sərtləşdirdi
Rusiyaya qarşı sərt sanksiyalar gəlir - Britaniya qanuna dəyişiklik etdi
23:51 10.02.2022 (Yenilənib: 10:01 11.02.2022) Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr, şəxslər məhdudiyyətlər altına düşə bilər.
BAKI, 10 fevral - Sputnik. Böyük Britaniya parlamenti Rusiyaya qarşı sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.
Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.
İndi bu şəxslərin, eləcə də müəssisələrin müəyyən edilməsi meyarları əhəmiyyətli dərəcədə genişləndirilib, xüsusən də Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr, şəxslər məhdudiyyətlər altına düşə bilərlər.
Strateji əhəmiyyət kəsb edən və potensial olaraq sanksiyalara məruz qala bilən sektorlara: kimya, tikinti, hərbi, enerji, elektronika, maliyyə xidmətləri, nəqliyyat, həmçinin informasiya, rabitə və rəqəmsal texnologiyalar daxildir.
Report-un xəbərinə görə, tətbiq edilən dəyişikliklər ayrı-ayrı şəxslərə və ya təşkilatlara qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil. Lakin vəziyyətin gərginləşdiyi halda onların tətbiqi üçün əlavə imkanlar yaradacaq.
Rusiya Xarici İşlər Nazirliyi isə tətbiq edilən sanksiyalara heç cür haqq qazandırmağın mümkün olmadığını bildirib.
Nazirliyin sözçüsü Mariya Zaxarova bütün bunların süni mənzərə yaratdığını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.