https://sputnik.az/20220208/rusiya-abs-in-sanksiya-ideyalarina-reaksiya-vermeyi-dusunmur-438940777.html
Rusiya ABŞ-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmür
Rusiya ABŞ-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmür
Sputnik Azərbaycan
Yanvarın sonunda ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar layihəsi təqdim edib.
2022-02-08T13:58+0400
2022-02-08T13:58+0400
2022-02-08T13:58+0400
rusiya
rusiya
abş
sanksiya
cavab
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438940581_0:0:3072:1728_1920x0_80_0_0_1634390152852a279532fe796f90a28c.jpg
BAKI, 8 fevral — Sputnik. Rusiya dəfələrlə bəyan edib ki, onunla sanksiya dilində danışmaq səmərəsizdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə müsahibəsində bildirib.O qeyd edib ki, Rusiya ABŞ-ın sanksiyalarla bağlı fikirlərinə reaksiya vermək üçün heç bir səbəb görmür, amerikalı qanunvericilər reallıq hissini itirib və "qaranlıq" planlarını həyata keçirirlər."Hər kəsə məlumdur ki, amerikalı qanunvericilər reallıq hissini itiriblər, onlar ölkəmizlə bağlı fobiyalarının səltənətində yaşayırlar, Rusiyanı bütün cəbhələrdə, hər hansı səbəbdən olmadan cilovlamaq üçün "qaranlıq" planlarını həyata keçirirlər. Bu baxımdan Kapitolinin növbəti təşəbbüslərinə reaksiya vermək üçün heç bir səbəb görmürəm", - deyə Pankin bildirib.Yanvarın sonunda ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar layihəsi təqdim edib. Layihədə "Şimal axını 2", hasilat sənayesi, ən azı üç maliyyə institutu, dövlət borcu, Rusiya Federasiyasının prezidenti və rəhbərliyin digər nümayəndələrinə qarşı sanksiyalar nəzərdə tutulur."Biz yalnız baş verənlərlə bağlı təəssüfümüzü təkrarlayırıq və bizə qarşı sərt məhdudiyyətlərin mənfi nəticələrinin Qərb təşəbbüskarları üçün qaçılmaz olduğunu təkrarlayırıq. Biz çox yaxşı başa düşürük ki, sağlam düşüncəsi olan tərəflərdən heç biri bunda maraqlı olmaz. Biz çoxsaylı sanksiyalar təhdidlərinə və o cümlədən "Ukrayna ssenarisi" prizmasından Rusiya ətrafında yaradılan informasiya fonuna effektsiz eskalasiya kimi yanaşırıq, - deyə o bildirib.Etibarlı maliyyə infrastrukturu"Vaşinqtonun və ya Brüsselin hazırkı mövqeyindən asılı olmayaraq, qeyri-qanuni məhdudlaşdırıcı tədbirlər qarşısında, biz sistematik olaraq Rusiya iqtisadiyyatının çıxışını təmin edəcək etibarlı maliyyə infrastrukturunun yaradılmasını davam etdirməyi planlaşdırırıq. Xarici kapital bazarlarına çıxışı, eləcə də idxalı əvəzləmə xəttini davam etdiririk", - diplomat bildirib.Rusiya Federasiyası ilə Qərb ölkələri arasında münasibətlər 2014-cü ildə Krımda keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olan Krımdakı vəziyyətə görə pisləşib. Qərb Rusiya Federasiyasını müdaxilədə ittiham edərək, ona qarşı sanksiyalar tətbiq edib, Moskva cavab tədbirləri görüb, idxalı əvəz etməyə yönəlib və dəfələrlə bəyan edib ki, onunla sanksiyalar dilində danışmaq nəticəsizdir. Rusiya dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişənin tərəfi deyil və Minsk nizamlanma sazişlərinin subyekti deyil.Aİ-də qaz böhranıRusiya Aİ-də qaz böhranında maraqlı deyil, qaz tədarükünü mümkün qədər artırır və bütün müqavilə öhdəliklərini ciddi şəkildə yerinə yetirir."Rusiyanın Aİ-dəki qaz böhranında maraqlı olması ilə bağlı ittihamlar da əsassızdır. Əslində, bu, Rusiya əleyhinə təbliğatın daha bir nümunəsidir. Həddindən artıq yüksək qiymətlər tələbi daraldır və bununla da bütövlükdə qaz sənayesinə inamı sarsıdır. Buna qətiyyən ehtiyac yoxdur. Ona görə də rusiyalı təchizatçılar bütün müqavilə öhdəliklərini ciddi şəkildə yerinə yetirirlər və hətta mümkün qədər tədarükləri artırırlar", - deyə diplomat bildirib.Xatırladaq ki, Avropa ötən il qazın və elektrik enerjisinin qiymətində ciddi artımla üzləşmişdi. Bu, bir sıra biznes subyektlərinin və ailələrin müvafiq ödənişləri etməsinə çətinlik yaratmışdı. Aİ səlahiyyətliləri onları dəstəkləmək üçün tədbirlər görməli idi, bu isə milyardlarla avroya bərabərdir.Rusiya Avropaya qazın ən böyük tədarükçüsüdür və onu əsasən uzunmüddətli müqavilələr əsasında ixrac edir. Onlar adətən növbəti ay və ya il üçün qiyməti müəyyən edən düsturdan istifadə edirlər.Şimal axını 2Rusiya "Şimal axını 2"nin sertifikatlaşdırılmasında Avropa normalarına əməl etməyə hazırdır, lakin eyni zamanda heç bir süni maneənin olmayacağına ümid edir."Biz dəfələrlə izah etmişik ki, "Şimal axını 2" Avropa istehlakçıları üçün faydalı olan müstəsna iqtisadi layihədir. Biz onun sertifikatlaşdırılmasında Avropa qaydalarına əməl etməyə hazırıq, lakin öz tərəfimizdən rasional yanaşmaya və süni maneələrin olmamasına ümid edirik", -deyə diplomat vurğulayıb.Rusiya "Şimal axını 2"nin Avropa üçün kommersiya baxımından faydalı olduğunu dəfələrlə bəyan edib və hər hansı siyasiləşdirmə kontekstində bunun qeyd edilməsinin dayandırılmasını istəyir. Moskva həmçinin Ukrayna ərazisindən qaz tranzitini davam etdirmək niyyətində olduğunu bəyan edib.Enerji sahəsində əməkdaşlıq"Rusiya təbii ki, enerji sektorunda xarici tərəfdaşlarla siyasiləşdirilməyən qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafında maraqlıdır. Bu məqsədlə qaz ixrac marşrutlarının şaxələndirilməsi üçün lazımi addımlar atılır", - deyə diplomat bildirib.Bundan əvvəl, "Times" yazıb ki, Böyük Britaniya hökumət rəsmiləri Qərbin Ukraynadakı vəziyyətə görə sanksiyalar tətbiq edəcəyi təqdirdə Rusiyanın öz təbii ehtiyatlarından "silah" kimi istifadə edə və Avropaya qaz nəqlini kəsə biləcəyinə inanır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:ATƏT-in sabiq sədri ABŞ və NATO-nu aqressiv tondan çəkinməyə çağırdıAvropa Rusiyanı necə cəzalandıracağına qərar verə bilmirQədərində yaxşıdır: Rusiya niyə ABŞ dövlət istiqrazlarını satıb
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438940581_174:0:2905:2048_1920x0_80_0_0_d945bd98333783351ef9030c9d38d30e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
rusiya abş-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmür
rusiya abş-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmür
Rusiya ABŞ-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmür
Hər kəsə məlumdur ki, amerikalı qanunvericilər reallıq hissini itiriblər, onlar ölkəmizlə bağlı fobiyalarının səltənətində yaşayırlar.
BAKI, 8 fevral — Sputnik. Rusiya dəfələrlə bəyan edib ki, onunla sanksiya dilində danışmaq səmərəsizdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya ABŞ-ın sanksiyalarla bağlı fikirlərinə reaksiya vermək üçün heç bir səbəb görmür, amerikalı qanunvericilər reallıq hissini itirib və "qaranlıq" planlarını həyata keçirirlər.
"Hər kəsə məlumdur ki, amerikalı qanunvericilər reallıq hissini itiriblər, onlar ölkəmizlə bağlı fobiyalarının səltənətində yaşayırlar, Rusiyanı bütün cəbhələrdə, hər hansı səbəbdən olmadan cilovlamaq üçün "qaranlıq" planlarını həyata keçirirlər. Bu baxımdan Kapitolinin növbəti təşəbbüslərinə reaksiya vermək üçün heç bir səbəb görmürəm", - deyə Pankin bildirib.
Yanvarın sonunda ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar layihəsi təqdim edib. Layihədə "Şimal axını 2", hasilat sənayesi, ən azı üç maliyyə institutu, dövlət borcu, Rusiya Federasiyasının prezidenti və rəhbərliyin digər nümayəndələrinə qarşı sanksiyalar nəzərdə tutulur.
"Biz yalnız baş verənlərlə bağlı təəssüfümüzü təkrarlayırıq və bizə qarşı sərt məhdudiyyətlərin mənfi nəticələrinin Qərb təşəbbüskarları üçün qaçılmaz olduğunu təkrarlayırıq. Biz çox yaxşı başa düşürük ki, sağlam düşüncəsi olan tərəflərdən heç biri bunda maraqlı olmaz. Biz çoxsaylı sanksiyalar təhdidlərinə və o cümlədən "Ukrayna ssenarisi" prizmasından Rusiya ətrafında yaradılan informasiya fonuna effektsiz eskalasiya kimi yanaşırıq, - deyə o bildirib.
Etibarlı maliyyə infrastrukturu
"Vaşinqtonun və ya Brüsselin hazırkı mövqeyindən asılı olmayaraq, qeyri-qanuni məhdudlaşdırıcı tədbirlər qarşısında, biz sistematik olaraq Rusiya iqtisadiyyatının çıxışını təmin edəcək etibarlı maliyyə infrastrukturunun yaradılmasını davam etdirməyi planlaşdırırıq. Xarici kapital bazarlarına çıxışı, eləcə də idxalı əvəzləmə xəttini davam etdiririk", - diplomat bildirib.
Rusiya Federasiyası ilə Qərb ölkələri arasında münasibətlər 2014-cü ildə Krımda keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olan Krımdakı vəziyyətə görə pisləşib. Qərb Rusiya Federasiyasını müdaxilədə ittiham edərək, ona qarşı sanksiyalar tətbiq edib, Moskva cavab tədbirləri görüb, idxalı əvəz etməyə yönəlib və dəfələrlə bəyan edib ki, onunla sanksiyalar dilində danışmaq nəticəsizdir. Rusiya dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişənin tərəfi deyil və Minsk nizamlanma sazişlərinin subyekti deyil.
Rusiya Aİ-də qaz böhranında maraqlı deyil, qaz tədarükünü mümkün qədər artırır və bütün müqavilə öhdəliklərini ciddi şəkildə yerinə yetirir.
"Rusiyanın Aİ-dəki qaz böhranında maraqlı olması ilə bağlı ittihamlar da əsassızdır. Əslində, bu, Rusiya əleyhinə təbliğatın daha bir nümunəsidir. Həddindən artıq yüksək qiymətlər tələbi daraldır və bununla da bütövlükdə qaz sənayesinə inamı sarsıdır. Buna qətiyyən ehtiyac yoxdur. Ona görə də rusiyalı təchizatçılar bütün müqavilə öhdəliklərini ciddi şəkildə yerinə yetirirlər və hətta mümkün qədər tədarükləri artırırlar", - deyə diplomat bildirib.
Xatırladaq ki, Avropa ötən il qazın və elektrik enerjisinin qiymətində ciddi artımla üzləşmişdi. Bu, bir sıra biznes subyektlərinin və ailələrin müvafiq ödənişləri etməsinə çətinlik yaratmışdı. Aİ səlahiyyətliləri onları dəstəkləmək üçün tədbirlər görməli idi, bu isə milyardlarla avroya bərabərdir.
Rusiya Avropaya qazın ən böyük tədarükçüsüdür və onu əsasən uzunmüddətli müqavilələr əsasında ixrac edir. Onlar adətən növbəti ay və ya il üçün qiyməti müəyyən edən düsturdan istifadə edirlər.
Rusiya "Şimal axını 2"nin sertifikatlaşdırılmasında Avropa normalarına əməl etməyə hazırdır, lakin eyni zamanda heç bir süni maneənin olmayacağına ümid edir.
"Biz dəfələrlə izah etmişik ki, "Şimal axını 2" Avropa istehlakçıları üçün faydalı olan müstəsna iqtisadi layihədir. Biz onun sertifikatlaşdırılmasında Avropa qaydalarına əməl etməyə hazırıq, lakin öz tərəfimizdən rasional yanaşmaya və süni maneələrin olmamasına ümid edirik", -deyə diplomat vurğulayıb.
Rusiya "Şimal axını 2"nin Avropa üçün kommersiya baxımından faydalı olduğunu dəfələrlə bəyan edib və hər hansı siyasiləşdirmə kontekstində bunun qeyd edilməsinin dayandırılmasını istəyir. Moskva həmçinin Ukrayna ərazisindən qaz tranzitini davam etdirmək niyyətində olduğunu bəyan edib.
Enerji sahəsində əməkdaşlıq
"Rusiya təbii ki, enerji sektorunda xarici tərəfdaşlarla siyasiləşdirilməyən qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafında maraqlıdır. Bu məqsədlə qaz ixrac marşrutlarının şaxələndirilməsi üçün lazımi addımlar atılır", - deyə diplomat bildirib.
Bundan əvvəl, "Times" yazıb ki, Böyük Britaniya hökumət rəsmiləri Qərbin Ukraynadakı vəziyyətə görə sanksiyalar tətbiq edəcəyi təqdirdə Rusiyanın öz təbii ehtiyatlarından "silah" kimi istifadə edə və Avropaya qaz nəqlini kəsə biləcəyinə inanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.