Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Qədərində yaxşıdır: Rusiya niyə ABŞ dövlət istiqrazlarını satıb

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiya ABŞ bayrağları
Rusiya ABŞ bayrağları - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Moskva 2014-cü ildən sistematik olaraq bu qiymətli kağızlardan xilas olur və son sanksiya təhdidləri prosesi yalnız sürətləndirəcək.
BAKI, 21 yanvar — Sputnik. Mərkəzi Bank yenidən ABŞ dövlət istiqrazlarına sərmayələri məhdudlaşdırıb. Moskva 2014-cü ildən sistematik olaraq bu qiymətli kağızlardan xilas olur və son sanksiya təhdidləri prosesi yalnız sürətləndirəcək. Hazırda beynəlxalq ehtiyatlarda ABŞ xəzinə öhdəliklərinin payı bir faizdən də azdır. Rusiya niyə Amerikanın, demək olar, bütün dövlət istiqrazlarını əldən çıxarıb və həmin pul vəsaitləri hara yönəldilib? Sualın cavabı RİA Novosti-nin növbəti materialında.
Minimuma kimi
ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, Rusiya noyabr ayında Amerikanın dövlət qiymətli kağızlarına yatırımlarını 2,4 milyard dollara kimi azaldıb. Oktyabrda bu rəqəm 3,72, sentyabrda isə 3,91 milyard dollar təşkil edirdi.
Sözügedən istiqrazlar – Ağ Evin büdcə kəsirini aradan qaldırmağa kömək edən əsas maliyyə alətlərindən biridir. Ancaq Vaşinqton bu məsələdə Rusiyaya bel bağlaya bilməyəcək: sözügedən qiymətli kağızlar, demək olar ki, tamamilə satılıb.
Hələ 2010-2013-cü illərdə Rusiyanın Amerikanın dövlət borcuna yatırımı 140 milyard dolları keçmişdi. Ancaq 2014-cü ilin aprel ayında Vaşinqton sanksiyalar elan edəndən sonra bu kağızlardan qurtulmağa başlanıldı. 2018-ci ildə Mərkəzi Bank genişmiqyaslı satışla bağlı qərar qəbul edərək ABŞ xəzinədarlıq portfelini yarıya endirdi – 13,2 milyard dollar. Həmin vaxtdan etibarən Rusiyanın Qızıl-Valyuta Ehtiyatlarında ABŞ qiymətli kağızlarının payı, demək olar ki, artmayıb.
Balanslaşdırılmış portfel
Dövri xarakter daşıyan yatırımlar əhəmiyyətsiz dərəcədə artırılsa da (bu portfelin balanslaşdırılması üçün lazımdır), ümumilikdə müntəzəm şəkildə azaldılır. Hazırda Amerika qiymətli kağızlarının həcmi beynəlxalq ehtiyatlarda bir faizdən də azdır. Geri çəkilən vəsaitlər qızıla, eləcə də avro və yuana yatırılır.
Bu, çoxdan yürüdülən siyasətin qanunauyğun nəticəsidir. "GLS Invest" şirkətinin idarəedici tərəfdaşı Eduard Buqrov deyir ki, oktyabr ayından Maliyyə Nazirliyi qiymətli kağızları satışa çıxarmağa davam edib və dollar aktivləri rekord həddə aşağı düşüb.
Burada bir neçə amil var. Birincisi, Rusiya iqtisadiyyatının ABŞ dollarından asılılığını azaldan dollarsızlaşdırma prosesi gedir. İkincisi – beynəlxalq pul ehtiyatlarını şaxələndirmək lazımdır.
"Maliyyə İdarəetməsi Ali Məktəbi"nin analitik araşdırmalar şöbəsinin rəhbəri Mixail Koqanın qeyd etdiyi kimi, yenidən balanslaşdırma təcrübəsiz fərdi investordan tutmuş bütöv bir dövlətə qədər hər hansı bir portfel üçün tamamilə normal prosesdir. Onun proqnozuna görə, dekabrda xəzinələrin dinamikası da (hələ belə bir məlumat yoxdur) mənfi olub. Bu, müəyyən bir investisiya obyektinə olan marağın normal şəkildə nəzərdən keçirilməsi deməkdir.
Risklərin hesablanması
Bununla belə, ehtiyatların formalaşması yalnız bazarın səmərəliliyi məsələsi deyil. Diversifikasiya (avro, yuan, İsveçrə frankı, eləcə də, ikinci dərəcəli ehtiyat valyutaları) maliyyə sisteminin xarici təzyiqlərə dayanıqlığını artırır. Başqa sözlə, Amerika dövlət qiymətli kağızlarından qurtulmaqla Rusiya ilk növbədə, sanksiya və geosiyasi riskləri minimuma endirir. Artıq aydındır ki, iki ölkənin münasibətləri yenidən gərginləşib və Vaşinqton Moskvanı növbəti sanksiyalarla təhdid edir. Rusiyanı gah SWIFT-dən çıxarır, gah da birbaşa banklara qarşı sanksiyalar vəd edir. Daha pis variantlar da var.
"ABŞ-ın Rusiyanın dollar aktivlərini dondurmaq barədə qərar qəbul edəcəyini də istisna etmək olmaz. Təbii ki, bu cür ritorika fonunda pulu rəqibin nəzarətində olan resurslarda saxlamaq ağılsızlıq olardı", – deyə Eduard Buqrov vurğulayıb.
Rasional yanaşma
Qızıl-Valyuta Ehtiyatlarında ABŞ dövlət istiqrazlarının payı tamamilə simvolik olsa da, bu o demək deyil ki, hər şeyi satmaq lazımdır. ABŞ qiymətli kağızları – yüksək gəlir gətirən aktivdir, onları tez və böyük həcmdə əsas dünya valyutalarına çevirmək, istənilən vaxt satmaq olar. Bundan başqa, o, öhdəlikləri təmin etmək üçün, məsələn, digər aktivlərlə əməliyyatlar zamanı əlverişli vasitədir. Üstəlik, beynəlxalq hesablaşmaların əksər hissəsi əvvəlki kimi Amerika valyutası ilə aparılır, əsas maliyyə və məhsul axınına məhz dollar xidmət edir.
Rusiyanın düşünülmüş şəkildə sistem risklərindən uzaqlaşması isə başqa məsələdir və söhbət yalnız geosiyasətdən və sanksiyalardan getmir. ABŞ-ın özündəki maliyyə vəziyyəti bir çox sərmayəçilərdə sual doğurur. İlk növbədə idarəetməsi get-gedə çətinləşən borcun böyük olması (təxminən 30 trilyon dollar) narahatlıq yaradır.
Sarsılmaz ehtiyatlar
Ötən ilin avqustunda amerikalılar növbəti dəfə dövlət borcunun qanuni olaraq müəyyən edilmiş tavanına qarşı çıxdılar. Çünki bu, texniki cəhətdən ölkənin borc almasını qeyri-mümkün edirdi. O vaxta qədər xəzinə qiymətli kağızları artıq ABŞ iqtisadiyyatının miqyasını aşmışdı - 28,5 trilyon dollar. Nəticədə Maliyyə Nazirliyi limiti yenidən qaldırdı və dövlət istiqrazlarının böyük həcmdə yerləşdirilməsinə başlayaraq büdcəni "tozsoran" rejiminə keçirdi. Vaşinqtona borc pul verməyə davam edirlər, lakin onların geri qaytarılacağına dair qorxular getdikcə artır.
Rusiyanın beynəlxalq ehtiyatları 2021-ci ilin sonlarında tarixi maksimuma – 630,5 milyard dollara çatdı. Bu yüksək gəlir gətirən xarici aktivlərlə Mərkəzi Bank və hökumət məşğuldur.
Orada monetar qızıl, xüsusi borc alma hüququ, BVF-də ehtiyat mövqeyi və xarici valyutada vəsaitləri var. Bütün bunlardan tədiyyə balansının kəsirini ödəmək, rublun məzənnəsinə müdaxilə etmək, xarici kreditlərin ödənilməsi, digər dövlətlərlə hesablaşma əməliyyatları və sosial öhdəlikləri yerinə yetirmək üçün istifadə olunur.
Son illər qızıl dominantlıq edir. 2020-ci il iyunun sonlarında bu qiymətli metalın payı ilk dəfə dolları üstələyərək 22 faizə qarşı 23 faiz təşkil edib. Təxminən aktivlərin üçdə birini avro, 12 faizini isə yuan təşkil edir.
2021-ci ilin sonlarında Rusiya Bankı qızıl ehtiyatlarını 2,3 min tona (74 milyon unsiya) qədər artırıb. Bu, 133 milyard dollar və ya təxminən Qızıl-Valyuta Ehtiyatlarının 21,3 faizi qədərdir. Belə yüksək göstərici əlavə dayanıqlığı və etibarlılığı, diversifikasiya və dəyər artımını təmin edir. Hazırda inkişaf etmiş ölkələr ehtiyatlarının təxminən üçdə bir hissəsini qızılla saxlayır.
Xəbər lenti
0