https://sputnik.az/20220212/abs-ve-avropa-rusiyaya-qarsi-genis-sanksiyalar-paketi-hazirlayib-439102707.html
ABŞ və Avropa Rusiyaya qarşı geniş sanksiyalar paketi hazırlayıb
ABŞ və Avropa Rusiyaya qarşı geniş sanksiyalar paketi hazırlayıb
Sputnik Azərbaycan
Rusiyanın “SWIFT” sistemindən çıxarılmaması bəzi Avropa ölkələrinin etirazı səbəbi ilə nəzərdən keçirilmir. 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T16:33+0400
2022-02-12T16:33+0400
2022-02-12T16:33+0400
rusiya
abş
avropa
sanksiya
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438687681_0:51:3457:1996_1920x0_80_0_0_7352ac721d4dad7de58250aaaf58de8e.jpg
BAKI, 12 fevral - Sputnik. ABŞ və Avropa rəsmiləri Ukraynanı işğal edəcəyi təqdirdə Rusiyaya tətbiq ediləcək geniş sanksiyalar paketini yekunlaşdırırlar, lakin Rusiyanın “SWIFT” maliyyə sistemindən çıxarılması bura daxil deyil.Bu barədə “Reuters” ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiyanın “SWIFT” sistemindən çıxarılmaması bəzi Avropa ölkələrinin etirazı səbəbi ilə nəzərdən keçirilmir. Belə ki, həmin ölkələrin liderləri sistemdən kənarlaşdırılacağı təqdirdə Rusiyanın milyardlarla dollar məbləğindəki kredit borclarının ödəməyəcəyindən narahat olduqlarını vurğulayıblar.Bununla belə, sanksiyaların Rusiyanın texnologiya və silah sektoru ixracına, eləcə də bəzi xüsusi oliqarxlara qarşı yönəldiyi qeyd olunub. APA-nın xəbərinə görə, adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, Ukraynanın Rusiya tərəfindən fiziki işğalı baş verdiyi təqdirdə Rusiyanın dövlət dəstəkli ən böyük maliyyə institutlarından olan “VTB” bank, “Sberbank” da daxil olmaqla bir sıra banklarına sanksiyalar tətbiq ediləcək.ABŞ rəsmiləri geniş sanksiyalar paketi ilə bağlı Almaniya, Fransa və Böyük Britaniyadan olan həmkarları ilə həftə ərzində baş tutmuş görüşlər nəticəsində önəmli inkişaf əldə edildiyini, xüsusilə də Almaniyanın səsləndirdiyi narahatlıqlarının bir çoxunun həll edildiyini qeyd ediblər.Xatırladaq ki, fevralın 10-da Böyük Britaniya parlamenti Rusiyaya qarşı sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib.Dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.İndi bu şəxslərin, eləcə də müəssisələrin müəyyən edilməsi meyarları əhəmiyyətli dərəcədə genişləndirilib, xüsusən də Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr, şəxslər məhdudiyyətlər altına düşə bilərlər.Strateji əhəmiyyət kəsb edən və potensial olaraq sanksiyalara məruz qala bilən sektorlara: kimya, tikinti, hərbi, enerji, elektronika, maliyyə xidmətləri, nəqliyyat, həmçinin informasiya, rabitə və rəqəmsal texnologiyalar daxildir.Tətbiq edilən dəyişikliklər ayrı-ayrı şəxslərə və ya təşkilatlara qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil. Lakin vəziyyətin gərginləşdiyi halda onların tətbiqi üçün əlavə imkanlar yaradacaq.Rusiya Xarici İşlər Nazirliyi isə tətbiq edilən sanksiyalara heç cür haqq qazandırmağın mümkün olmadığını bildirib.Nazirliyin sözçüsü Mariya Zaxarova bütün bunların süni mənzərə yaratdığını qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiyaya qarşı sərt sanksiyalar gəlir - Britaniya qanuna dəyişiklik etdiPeskov: ABŞ-ın sanksiya təhdidləri, çətin ki, Rusiyaya təsir etsinRusiya ABŞ-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmürAvropa Rusiyanı necə cəzalandıracağına qərar verə bilmirQədərində yaxşıdır: Rusiya niyə ABŞ dövlət istiqrazlarını satıb
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438687681_364:0:3093:2047_1920x0_80_0_0_03e87600a22567f3777f0f95ac8c3e31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, avropa, sanksiya, britaniya, böyük britaniya
abş, avropa, sanksiya, britaniya, böyük britaniya
ABŞ və Avropa Rusiyaya qarşı geniş sanksiyalar paketi hazırlayıb
Rusiyanın “SWIFT” sistemindən çıxarılmaması bəzi Avropa ölkələrinin etirazı səbəbi ilə nəzərdən keçirilmir.
BAKI, 12 fevral - Sputnik. ABŞ və Avropa rəsmiləri Ukraynanı işğal edəcəyi təqdirdə Rusiyaya tətbiq ediləcək geniş sanksiyalar paketini yekunlaşdırırlar, lakin Rusiyanın “SWIFT” maliyyə sistemindən çıxarılması bura daxil deyil.
Bu barədə “Reuters” ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiyanın “SWIFT” sistemindən çıxarılmaması bəzi Avropa ölkələrinin etirazı səbəbi ilə nəzərdən keçirilmir.
Belə ki, həmin ölkələrin liderləri sistemdən kənarlaşdırılacağı təqdirdə Rusiyanın milyardlarla dollar məbləğindəki kredit borclarının ödəməyəcəyindən narahat olduqlarını vurğulayıblar.
Bununla belə, sanksiyaların Rusiyanın texnologiya və silah sektoru ixracına, eləcə də bəzi xüsusi oliqarxlara qarşı yönəldiyi qeyd olunub. APA-nın xəbərinə görə, adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, Ukraynanın Rusiya tərəfindən fiziki işğalı baş verdiyi təqdirdə Rusiyanın dövlət dəstəkli ən böyük maliyyə institutlarından olan “VTB” bank, “Sberbank” da daxil olmaqla bir sıra banklarına sanksiyalar tətbiq ediləcək.
ABŞ rəsmiləri geniş sanksiyalar paketi ilə bağlı Almaniya, Fransa və Böyük Britaniyadan olan həmkarları ilə həftə ərzində baş tutmuş görüşlər nəticəsində önəmli inkişaf əldə edildiyini, xüsusilə də Almaniyanın səsləndirdiyi narahatlıqlarının bir çoxunun həll edildiyini qeyd ediblər.
Xatırladaq ki, fevralın 10-da Böyük Britaniya parlamenti Rusiyaya qarşı sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.
Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.
İndi bu şəxslərin, eləcə də müəssisələrin müəyyən edilməsi meyarları əhəmiyyətli dərəcədə genişləndirilib, xüsusən də Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr, şəxslər məhdudiyyətlər altına düşə bilərlər.
Strateji əhəmiyyət kəsb edən və potensial olaraq sanksiyalara məruz qala bilən sektorlara: kimya, tikinti, hərbi, enerji, elektronika, maliyyə xidmətləri, nəqliyyat, həmçinin informasiya, rabitə və rəqəmsal texnologiyalar daxildir.
Tətbiq edilən dəyişikliklər ayrı-ayrı şəxslərə və ya təşkilatlara qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil. Lakin vəziyyətin gərginləşdiyi halda onların tətbiqi üçün əlavə imkanlar yaradacaq.
Rusiya Xarici İşlər Nazirliyi isə tətbiq edilən sanksiyalara heç cür haqq qazandırmağın mümkün olmadığını bildirib.
Nazirliyin sözçüsü Mariya Zaxarova bütün bunların süni mənzərə yaratdığını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Rusiyaya qarşı sərt sanksiyalar gəlir -
Britaniya qanuna dəyişiklik etdi