Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa Rusiyanı necə cəzalandıracağına qərar verə bilmir

© AP Photo / Virginia MayoAvropa
Avropa  - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Bu illər ərzində Avropa Komissiyasının rəhbərliyinin dəyişməsinin, Avropa parlamentində artıq başqa deputatların əyləşməsinin isə heç bir fərqi yoxdur.
BAKI, 25 yanvar — Sputnik. Rusiyani cəzalandırmağı razılaşdırmaq üçün razılaşdılar – Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki görüşünün yekunlarını qısaca belə ifadə etmək olar.
Çünki Brüsselə elə gəlir ki, ölkəmiz "Ukrayna ilə bağlı hərbi planlar qurur".
Danışıqlar başlamamışdan əvvəl qətiyyətlə qeyd olundu ki, müzakirə "qeyri-formal" xarakter daşıyır. Yəqin ki, mümkün nəticələrə görə məsuliyyəti öz üzərlərindən atmaqdan ötrü.
Nəticələr isə ilk növbədə elə Avropanın öz siyasətçiləri və birləşmiş Avropa sakinləri üçün çox ciddi ola bilır.
Ancaq hər şey barədə sırası ilə
Bu son on gündə eyni formatda ikinci görüşdür. Onun əsas mövzusu dəyişmir: Aİ qitədə yeni təhlükəsizlik siyasətinin konturları üzərində işləməyi təklif etdiyinə görə Rusiyanı cəzalandırmaq (dırnaqsız və mübaliğısiz) istəyir. Həm öz maraqlarını, həm də özləri hələ başa düşməsə belə parçalanmaya məruz qala biləcək avropalıların maraqlarını nəzərə alaraq.
Rusiyanın onu (baş diplomat Borrelin timsalında) iki fövqəldövlət yığılıb qalmış problemləri həll edərkən dəhlizdəki kresloda oturub gözləməyə göndərməsindən narazı olan Avropa İttifaqı Rusiyanın xarici siyasətinə "fe" demək niyyətindədir, amma Moskvanı və Vaşinqtonu qəzəbləndirməyəcək şəkildə.
Çünki Moskvanı qəzəbləndirmək münasibətlərdə yeni gərginlik düyünün əmələ gəlməsinə səbəb ola bilər ki, bu da enerjidaşıyıcılarının qiymətinin artmasına (itaətkar və artıq həyat keyfiyyətinin pisləşməsindən başqa, demək olar hər şeylə razılaşmış Avropa əhalisi üçün) gətirib çıxarar. Amerikalı siyasətçiləri qəzəbləndirməklə isə qlobal elitanın qeyd-şərtsiz dəstəyindən məhrum olmaq tamamilə mümkündür.
Bəs Avropa İttifaqı özünün özünə qurduğu bu tələdən necə çıxmaq fikrindədir?
Aydın məsələdir ki, bu gün hamını qane edə biləcək hər hansı bir qərar mövcud deyil. Ona görə də ABŞ Aİ-nin Rusiyaya qarşı "sanksiyalarından" danışanda bu, Atlantik okeanın o biri tərəfindən əks-səda kimi yox, kakofoniya kimi eşidlir.
Aİ-nin comərd subsidiyaları ilə yaşamağa alışan və bu gün istisnasız rusofobiya ilə ticarət edən daha az zəngin şərqi neo-Avropa bizim ölkəmizə qarşı "sərt sanksiyalar" tələb edir.
Oradakı siyasətçilər düşünürlər ki, onların böyük tərəfdaşları – bu, hətta Brüssel də deyil, Vaşinqtondur - onlara bütün hipotetik iqtisadi zərəri, hətta faizi ilə belə kompensasiya edəcək.
Qərbi Avropa və indi onun adından danışan iki ölkə - Almaniya Federativ Respublikası və Fransa koalisiyadakı kiçik tərəfdaşlarını şifahi şəkildə dəstəkləməklə yanaşı, daha təmkinli çıxış edirlər.
Fransa prezidenti və Almaniya kansleri kəskin sözlərdən və intonasiyadan qaçır, çünki alman hökuməti qışın oğlan çağında yanacaq anbarlarında yanacağın tələb olunanın yarısından da az olmasının nə demək olduğunu yaxşı bilir. Fransada isə avtomobil benzinin qiyməti bir litr üçün 1,5 avronu çoxdan keçib. Və bu qiymət sıçrayışını Yelisey sarayından diqqətlə izləyirlər.
Rusiyaya qarşı sanksiyaların (həm sahə, həm də ümumi) tətbiqindən 8 il keçəndən sonra, böyük ehtimalla, Aİ-də fikirləşməyə başlayıblar ki, məhdudiyyətlər heç bir şəkildə bizim iqtisadiyyatın strukturuna və inkişafına təsir göstərməyib, əksinə ümumilikdə Avropa iqtisadiyyatına mənfi təsir göstərib. Hər nə qədər bu sanksiyaları tətbiq edib uzadanlar əksini sübut etməyə çalışsalar da.
Nəticə, yalnız rəsmi statistikaya əsaslansa belə (pandemiya nəzərə alınmamaq şərti ilə) ikili şərhə imkan vermir. Nəticə isə Avropada qiymətlərin artması, inflyasiyanın sürətlənməsi (avronun tətbiqindən sonra, yəni son iki onillikdə misli görünməmiş şəkildə) və enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsindən ibarətdir.
Və bu illər ərzində Avropa Komissiyasının rəhbərliyinin dəyişməsinin, Avropa parlamentində artıq başqa deputatların əyləşməsinin heç bir fərqi yoxdur, yeri gəlmişkən, Rusiya siyasətçilərinin hələ 2014-cü ildə Aİ-ni uğursuz şəkildə xəbərdar etməyə çalışdıqları iqtisadi fəaliyyətin azalması sürətini (ah, bircə Rusiyanın bu həssaslığı və hətta özünü düşmənimiz hesab edənlərin qayğısına qalmaq istəyi olmayaydı!) indi görməmək mümkün deyil.
Və nəzərə almamaq (hətta Vaşinqton anti-Rusiya oyunlarında iştiraka dəvət etsə belə) mümkün deyil.
Avropanın özündə həm ukraynalı, həm də ukraynapərəst siyasətçilərin rusofobiya ilə bağlı isteriyası əslində "sərt davranışların" ölkəmizə münasibətdə universal alət olmaqdan çıxdığının dolayı sübutudur.
Gah Berlinin tutduğu mövqedən, gah da Parisin bəyanatlarından əsəbiləşən və amerikalı tərəfdaşlarının ona verdikləri kartlarla oynayan Kiyev beynəlxalq münasibətlərdə ciddi təsir bağışlamamağa başlayıb.
Nə qədər çalışırsa, çalışsın.
Paris və Berlin yalnız özlərini narahat göstərərək bu gün ehtiyatlı bəhanələrə üstünlük verir və başa düşürlər ki, Ukraynanın yaradacağı hərc-mərclik vəziyyətində siyasi məsuliyyəti öz üzərinə götürməlidir. Eyni zamanda, Vaşinqtonun geosiyasi ambisiyalarını da bu iki ölkənin vətəndaşları ödəməli olacaqlar.
Böyük Britaniyanın Avropanın geosiyasi bölgüsünə gözlənilməz müdaxiləsi (Moskvanın Kiyevə "Rusiyayönümlü lider" yerləşdirmək planlarına dair sensasiya ilə) çətin ki, qitədə anlayışla qarşılansın.
Avropa İttifaqından qalmaqalsız ayrıla bilməyən britaniyalılar indi Ukrayna ilə tərəfdaşlıq etməyə çalışırlar, görünür unudurlar ki, Roma və Vyana kimi Berlin və Paris də, yeri gəlmişkən, coğrafi və maliyyə baxımından Londona Kiyevdən daha yaxındır.
Bu addım təbii ki, Birləşmiş Krallığın baş nazirinin avropalı tərəfdaşlarının diş qıcamasına səbəb olmaya bilməz.
İkinci dünya müharibəsindən sonra çox illər ərzində Avropada müharibə törətmək istəyənlər onu qitədən aralıda, Asiya və Afrikada törədiblər.
Lakin hər onilliklə hərb və sülhün sərhədi getdikcə Avropaya yaxınlaşıb.
Birləşmiş Avropanın ilk dəfə qaçqınlar və silahın qitə boyu yayılması ilə rastlaşdığı Yuqoslaviya dərsləri yetərincə öyrənilməyib.
İndi münaqişə təhlükəsi, xüsusən də Kiyevə ölümsaçan silahların tədarükü, təlimatçıların gəlişi ilə dəfələrlə artır.
Lakin "Brüsseldə iclas keçirənlər" bu təhlükəni, sanki görməməyə üstünlük verərək, Rusiyaya qarşı "aqressiv davranışa" görə sanksiya tətbiq etməyə hazır olmaları barədə görüntü yaradırlar.
Yaranmış vəziyyət ötən əsrin 30-cu illərinin ortalarında qitədə müşahidə olunan vəziyyəti xatırladır. O zaman iqtisadi sanksiyalar SSRİ-yə qarşı tətbiq edilirdi, lakin Avropaya əsl təhlükənin mənbəyi Almaniya idi.
Təəssüf ki, bu gün baş verənləri nəzərə alsaq, o dövrün, o tarixin dərsləri çoxdan və əsaslı şəkildə unudulub.
Ona görə də uydurulmuş deyil, əsl təcavüzkarın həqiqi niyyətləri ilə bağlı yanılanda nə baş verdiyini bir daha yada salmaq dəqiq heç kimə mane olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Yerevan KTMT-dən hərbi kömək istəməli deyil, Bakı ilə məsələləri həll etməlidir
Rusiya ilə NATO gərginliyi: neytrallıq niyə çətin görünür?
İrana gedənlərimiz azaldı, Türkiyə və Rusiyaya isə artdı - RƏQƏMLƏR
Xəbər lenti
0