İQTİSADİYYAT

Parlamentdə 2022-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib

2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz çoxdur.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
Eləcə də oxuyun:
* Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb
* Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
* Bazarda ət baha, yağ baha... hələ ayaqqabı təmiri...
* Elman Rüstəmov: "Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir"
* Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
* * Gələn ilin büdcə gəliri nə qədər olacaq? Maliyyə nazirimiz nikbindir
* Nazirlər Milli Məclisdə - büdcə müzakirələri başlayıb
* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər