https://sputnik.az/20211116/maas-pensiya-muavinet-ve-teqaudler-artirilacaq-435226647.html
Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
Sputnik Azərbaycan
Gələn ilin dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin... 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T12:42+0400
2021-11-16T12:42+0400
2021-11-16T12:42+0400
maaş
iqtisadiyyat
müzakirə
pensiya
müavinət
büdcə
milli məclis
artım
https://cdnn1.img.sputnik.az/img/40376/19/403761960_0:0:1800:1014_1920x0_80_0_0_861c234dbce9df27478714f508c3ab52.jpg
BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın 2022-ci il dövlət büdcəsinin 15 faizlik hissəsi müdafiə və təhlükəsizlik xərclərinə yönəldiləcək.Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.Nazir bildirib ki, növbəti il müdafiə və təhlükəsizlik xərcləri üçün 4.490 milyard manat vəsait nəzərdə tutulur. Gələn il hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün 35 milyon manatın ayrılması nəzərdə tutulur. 2022-ci il dövlət büdcəsi qarşıda duran çağırışları və reallıqları özündə əks etdirir.O qeyd edib ki, gələn ilin dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir.Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.Eləcə də oxuyun:* Gələn ilin büdcə gəliri nə qədər olacaq? Maliyyə nazirimiz nikbindir* Nazirlər Milli Məclisdə - büdcə müzakirələri başlayıb* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər* Gələn il deputatlar nə qədər əməkhaqqı alacaqlar?* Bakıda 83 manata uşaq qidası - Körpələrin ümidi analarına qalıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40376/19/403761960_138:0:1738:1200_1920x0_80_0_0_b69938eedff4affca31f9bafadc61dac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
maaş, müzakirə, pensiya, müavinət, büdcə, milli məclis, artım
maaş, müzakirə, pensiya, müavinət, büdcə, milli məclis, artım
Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
Gələn ilin dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir.
BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın 2022-ci il dövlət büdcəsinin 15 faizlik hissəsi müdafiə və təhlükəsizlik xərclərinə yönəldiləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri
Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, növbəti il müdafiə və təhlükəsizlik xərcləri üçün 4.490 milyard manat vəsait nəzərdə tutulur. Gələn il hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün 35 milyon manatın ayrılması nəzərdə tutulur. 2022-ci il dövlət büdcəsi qarşıda duran çağırışları və reallıqları özündə əks etdirir.
O qeyd edib ki, gələn ilin dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir.
"Növbəti il maaşların, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulub. Bunun üçün lazımi qədər vəsait ayrılıb. 2022-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün də 258 milyon manat vəsait ayrılacaq", - deyə nazir əlavə edib.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
*
Bakıda 83 manata uşaq qidası - Körpələrin ümidi analarına qalıb