https://sputnik.az/20211114/kicik-kendli-teserrufatlarinin-boyuk-problemleri-onlari-inhisarciliq-mehv-edir-435157161.html
Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
Sputnik Azərbaycan
Kəndlilər düşünürlər ki, onların min zəhmətlə əkib-becərdiyi, istehsal etdiyi məhsullar pula getmədiyinə görə, istehsalı dayandırmalıdırlar. 14.11.2021, Sputnik Azərbaycan
2021-11-14T09:30+0400
2021-11-14T09:30+0400
2021-11-14T09:30+0400
fermer
iqtisadiyyat
pomidor
kəndli
"pomidor böhranı"
keçi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/11/426728748_0:106:2037:1252_1920x0_80_0_0_4c4e7ce113ed0091fea5ff4ee48de94c.jpg
BAKI, 14 noyabr — Sputnik. Xeyli müddətdir ölkəni bahalaşma bürüyüb. Hökumətin və parlamentin "rüsumartırma" islahatından sonra həm enerjinin, həm avtomobillərin, həm xidmətlərin, həm də ərzağın qiyməti günü-gündən qalxmaqdadır. Bazarda qiymətlər əl yandırsa da, o məhsulları istehsal edib bazara yollayan kəndli, fermer heç nə qazanmır, əksinə, öz kisəsindən xərcləyir. Bəs son "islahatlar" kəndlilərin, fermerlərin dolanışığı necə təsir edəcək? Sputnik Azərbaycan bu dəfə də fermer və kəndlilərlə danışaraq onlarını problemlərini gün üzünə çıxarmağa çalışıb. Azərbaycan Keçi Təsərrüfatçılar Birliyinin qurucusu Bəxtiyar Məmmədov pandemiya dövrü və bahalaşmanın zərərlərindən danışaraq bildirib ki, bu müddətdə ölkədə 500-600 baş heyvanın saxlanılması nəzərdə tutulan iki böyük keçi təsərrüfatı bağlanıb. Pandemiya və bahalaşma onun şəxsi təsərrfatına da təsirsiz ötüşməyib: "Pandemiya ilə əlaqədar fermerler bu il daha çox sıxıntı yaşayırlar. Bu il damazlıq satışları 60 faiz aşağı düşüb. Əslində bu rəqəm hardasa 4-5 faiz ola bilərdi. Dəfələrlə bu sahənin inkişafı ilə əlaqədar çəkilişlər etsək, müxtəlif kiçikmetrajlı verilişlər hazırlasaq da, hər hansı bir dirçəlişə nail ola bilmədik. Həm kəndlilər, həm də biz sıxıntı içindəyik. Öncə 30-40 qəpiyə alınan arpa bu il fermerə 55-60 qəpiyə təklif olunur. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Kəndli bizə məhsulu baha satırsa, biz də məcburuq ki, xərclərimizi azaltmaq üçün ətin, südün, qatığın, pendirin qiymətini qaldıraq. Lakin təəssüflər olsun ki, biz bunu edə bilmirik".Əslində Məmmədov da hesab edir ki, belə baha qiyməti yemə kəndli yox, məhsulu ondan alıb bazara çıxaran inhisarçılar qoyur. B.Məmmədov keçiçilik təsərrüfatındakı cari qiymətləri də açıqlayıb. Onun sözlərinə görə, bir keçi sutka ərzində 2 manatlıq qida qəbul edir. Bunun müqabilində litri 2.50 manatdan hesablansa, 3 litr süd verir:"Bu da gündəlik 7.50 manat deməkdir. Yəni, təxminən 10 keçi olarsa, gündəlik qazanc 30-40 manat olar. Biz cins keçiləri saxlayırıq. Dişiləri 250 manat, erkəkləri isə 200 manata satırıq. Bir fermerin aylıq gəliri 600 manatdırsa, bu da illik olaraq 7 min manat deməkdir".B.Məmmədov deyir ki, bu təsərrüfatdan qazanc götürmək üçün yem ucuz, baytarlıq xidməti isə yüksək səviyyədə olmalıdır. Amma təəssüf ki, bu sahəyə nəzarət yoxdur.Keçi südünün qiymətindən danışan B.Məmmədov deyir ki, ötən il də keçi südünün topdan satışı 2.50 AZN idi, bu il də satış qiyməti olduğu kimi saxlanılıb:"Pərakəndə satış ötən il 3 manat idisə, bu il də 3 manat olaraq qalıb. Pendirin ötən il topdan satış qiyməti 12 manat idisə, bu il də həmin qiymətədir. Qiyməti artıra bilmirik. Qiyməti artıranda alıcımız olmur. Ölkə üzrə 130-dək fermerimiz var ki, hamısı eyni şəraitdədir, eyni sıxıntılardan əziyyət çəkirlər. Problemlərin həli üçün dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə müraicətlər etmişik".B.Məmmədov deyir ki, 2019-cu ildə yoncanın bağlaması 3.50 AZN idisə, bu il həmin qiymət 6-7 AZN arasında dəyişib: "Elə yonca var ki, alırsan, amma sonradan görürsən ki, içi saçaqdır və heyvan da bunu yemir. Bütün bunlar fermer üçün zərərdir".Onun şəxsi təsərrüfatında da vəziyyət ürəkaçan deyil: "Bu il təsərrüfatımdakı heyvan sayını 50-dək qaldırmağı düşünsəm də, xərcləri, zərərləri nəzərə alıb bundan vaz keçdim".Fermerin sözlərinə görə, Azərbaycanda yem istehsal edən zavodlar da fermerlərlə işləmək istəmir və onlar da müəyyən kvota qoyurlar: "Yem zavodlarının öz kvotaları var, deyirlər ki, bu qədər məhsul alsan sənə yem sataram. Bu yemlərin də saxlanma müddəti 3-4 aydır. Bir fermerə vaxtı keçmiş yem satılmışdı, 5-6 heyvanı qida zəhərlənməsindən öldü".Fermer deyir ki, heyvanlar üçün pulsuz olan 11-12 vaksini tapmaq olmur: B.Məmmədov qeyd edib ki, kəndli min bir əziyyətlə heyvan böyütsə də, qəssablar kilosuna görə ətə 7 manatdan artıq pul vermirlər. Belə olan halda kəndli də məcbur qalıb, malı qəssabın istədiyi qiymətə satır. Digər fermer Pərvin Məmmədov deyir ki, bütün sahələrdə olan bahalaşma kəndli həyatına da təsirsiz ötüşmür. Onların da yaşam xərcləri, çətinlikləri, sıxıntıları artıb: "Ailə təsərrüfatımız var. Əvvəlki illərdə süddən gündəlik 50℅ qazanc əldə edirdiksə, hazırda bu rəqəmlər dəyişib. Çünki kommunal xərclər artıb, ərzaq bahalaşıb. Bütün bunlar yem və otun da bahalaşmasına təsir edir. Amma südün, ətin qiyməti artmayıb, olduğu kimi qalıb".Bu səbəbdən də kəndlinin gündəlik qazancı hazırda heç 30 faiz də deyil: "Heyvan saxlamaq mənim kimi xırda təsərrüfatı olanlar üçün çətindir. Ciddi tədbir görülməsə, həqiqətən bir neçə ilə kənd təsərrüfatı məhv olacaq. Mən həm keçiçilik, həm də maldarlıqla məşğulam. Keçiçilik təsərrüfatı artıq məhv olub. Çünki məhsul satışı 0 həddinə düşüb", - fermer deyib. Pandemiya da kəndlinin fəaliyyətinə bir cür mənfi təsir edib. "Əslində bizim kimi kəndlilər yalnız istehsalla məşğul olmalıyıq, satış haqda düşünməməliyik. Satış, məhsulu rahat təhvil verib pulu almaq üçün xüsusi məntəqələr olmalıdır. Amma mən həm məhsul istehsal edirəm, həm satıram, həm də bunun marketinqi ilə məşğulam. Bu, çox çətindir", - P.Məmmədov bildirib.Meyvəçiliklə məşğul olan fermer Kamil Baxşıyev isə deyir ki, artıq kənd təsərrüfatınını başını buraxmağın vaxtınını çatdığını düşünür. Dövlətin kənd təsərrüfatı üçün ayırdığı subsidiyalar heç təsərrüfata çəkilən xərcin beşdə birini ödəmir."Gübrələr bahadır, su qıtdır, bağçılıqla bağlı xidmətlər od qiymətinədir. Bunun müqabilində isə meyvəyə alıcıların qoyduğu qiymət qəpik-quruşdur. İnhisarçılar meyvə-tərəvəz satışından yaxşı pul qazansalar da, fermerə oradan əziyyətdən başqa heç nə qalmır". Elə fermerlər də var ki, başqa sahədə qazandıqları pulu fermer təsərrüfatlarına yönəldiblər. Lakin hələlik ziyandan başqa heç nə qazanmayıblar. İstixanada pomidor yetişdirməklə məşğul olan fermer Fərhad Məmmədov isə deyir ki, ötən ili böyük ziyanla başa vurub deyə, bu il pomidor əkməkdən imtina edib:"Heç gübrə və ziyanvericilərə qarşı dərmanlara ödədiyim pulu çıxara bilmədim. Alıcılar məndən pomidoru 20-30 qəpiyə alıb bazarda 1.50-2 manata satırdılar. Onlar qazandı, mənə isə zəhmət və iflasdan başqa heç nə qalmadı. Üstəlik, istixananın qızdırılması üçün istifadə etdiyimiz təbii qaza görə dəhşətli məbləğdə ödəniş bildirişi gəldi. Mən indidən sonra 2 il işləməliyəm ki, o qazın pulunu ödəyə bilim. Hökumət fermerlərin evini hərtərəfli yıxıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/11/426728748_113:0:1924:1358_1920x0_80_0_0_e8920f5a69dd5f0807e40a7be3464aaa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fermer, pomidor, kəndli, "pomidor böhranı", keçi
fermer, pomidor, kəndli, "pomidor böhranı", keçi
Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
Kəndlilər düşünürlər ki, onların min zəhmətlə əkib-becərdiyi, istehsal etdiyi məhsullar pula getmədiyinə görə, istehsalı dayandırmalıdırlar.
BAKI, 14 noyabr — Sputnik. Xeyli müddətdir ölkəni bahalaşma bürüyüb. Hökumətin və parlamentin "rüsumartırma" islahatından sonra həm enerjinin, həm avtomobillərin, həm xidmətlərin, həm də ərzağın qiyməti günü-gündən qalxmaqdadır. Bazarda qiymətlər əl yandırsa da, o məhsulları istehsal edib bazara yollayan kəndli, fermer heç nə qazanmır, əksinə, öz kisəsindən xərcləyir.
Bəs son "islahatlar" kəndlilərin, fermerlərin dolanışığı necə təsir edəcək? Sputnik Azərbaycan bu dəfə də fermer və kəndlilərlə danışaraq onlarını problemlərini gün üzünə çıxarmağa çalışıb.
Azərbaycan Keçi Təsərrüfatçılar Birliyinin qurucusu Bəxtiyar Məmmədov pandemiya dövrü və bahalaşmanın zərərlərindən danışaraq bildirib ki, bu müddətdə ölkədə 500-600 baş heyvanın saxlanılması nəzərdə tutulan iki böyük keçi təsərrüfatı bağlanıb. Pandemiya və bahalaşma onun şəxsi təsərrfatına da təsirsiz ötüşməyib:
"Pandemiya ilə əlaqədar fermerler bu il daha çox sıxıntı yaşayırlar. Bu il damazlıq satışları 60 faiz aşağı düşüb. Əslində bu rəqəm hardasa 4-5 faiz ola bilərdi. Dəfələrlə bu sahənin inkişafı ilə əlaqədar çəkilişlər etsək, müxtəlif kiçikmetrajlı verilişlər hazırlasaq da, hər hansı bir dirçəlişə nail ola bilmədik. Həm kəndlilər, həm də biz sıxıntı içindəyik. Öncə 30-40 qəpiyə alınan arpa bu il fermerə 55-60 qəpiyə təklif olunur. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Kəndli bizə məhsulu baha satırsa, biz də məcburuq ki, xərclərimizi azaltmaq üçün ətin, südün, qatığın, pendirin qiymətini qaldıraq. Lakin təəssüflər olsun ki, biz bunu edə bilmirik".
Əslində Məmmədov da hesab edir ki, belə baha qiyməti yemə kəndli yox, məhsulu ondan alıb bazara çıxaran inhisarçılar qoyur.
B.Məmmədov keçiçilik təsərrüfatındakı cari qiymətləri də açıqlayıb. Onun sözlərinə görə, bir keçi sutka ərzində 2 manatlıq qida qəbul edir. Bunun müqabilində litri 2.50 manatdan hesablansa, 3 litr süd verir:
"Bu da gündəlik 7.50 manat deməkdir. Yəni, təxminən 10 keçi olarsa, gündəlik qazanc 30-40 manat olar. Biz cins keçiləri saxlayırıq. Dişiləri 250 manat, erkəkləri isə 200 manata satırıq. Bir fermerin aylıq gəliri 600 manatdırsa, bu da illik olaraq 7 min manat deməkdir".
B.Məmmədov deyir ki, bu təsərrüfatdan qazanc götürmək üçün yem ucuz, baytarlıq xidməti isə yüksək səviyyədə olmalıdır. Amma təəssüf ki, bu sahəyə nəzarət yoxdur.
Keçi südünün qiymətindən danışan B.Məmmədov deyir ki, ötən il də keçi südünün topdan satışı 2.50 AZN idi, bu il də satış qiyməti olduğu kimi saxlanılıb:
"Pərakəndə satış ötən il 3 manat idisə, bu il də 3 manat olaraq qalıb. Pendirin ötən il topdan satış qiyməti 12 manat idisə, bu il də həmin qiymətədir. Qiyməti artıra bilmirik. Qiyməti artıranda alıcımız olmur. Ölkə üzrə 130-dək fermerimiz var ki, hamısı eyni şəraitdədir, eyni sıxıntılardan əziyyət çəkirlər. Problemlərin həli üçün dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə müraicətlər etmişik".
B.Məmmədov deyir ki, 2019-cu ildə yoncanın bağlaması 3.50 AZN idisə, bu il həmin qiymət 6-7 AZN arasında dəyişib: "Elə yonca var ki, alırsan, amma sonradan görürsən ki, içi saçaqdır və heyvan da bunu yemir. Bütün bunlar fermer üçün zərərdir".
Onun şəxsi təsərrüfatında da vəziyyət ürəkaçan deyil: "Bu il təsərrüfatımdakı heyvan sayını 50-dək qaldırmağı düşünsəm də, xərcləri, zərərləri nəzərə alıb bundan vaz keçdim".
Fermerin sözlərinə görə, Azərbaycanda yem istehsal edən zavodlar da fermerlərlə işləmək istəmir və onlar da müəyyən kvota qoyurlar: "Yem zavodlarının öz kvotaları var, deyirlər ki, bu qədər məhsul alsan sənə yem sataram. Bu yemlərin də saxlanma müddəti 3-4 aydır. Bir fermerə vaxtı keçmiş yem satılmışdı, 5-6 heyvanı qida zəhərlənməsindən öldü".
Fermer deyir ki, heyvanlar üçün pulsuz olan 11-12 vaksini tapmaq olmur:
"Baytarlıq Xidməti belə bu işdə bizə dəstək vermədi. Bütün bu amillər də məhsulun qıtlığına səbəb olur. Məhsul qıt olanda, bahalaşma baş verir. Bundan əlavə, supermarketlər bizimlə işləmir, məhsul tələb etmir. Məhsul tələb etdikdə də qarşımıza kvota qoyurlar. Sadə kəndli, fermer ailəsi tonlarla məhsul təqdim edə bilməz. Bizdə sadəcə olaraq kiçik ailə təsərrüfatlarıdır".
B.Məmmədov qeyd edib ki, kəndli min bir əziyyətlə heyvan böyütsə də, qəssablar kilosuna görə ətə 7 manatdan artıq pul vermirlər. Belə olan halda kəndli də məcbur qalıb, malı qəssabın istədiyi qiymətə satır.
Digər fermer Pərvin Məmmədov deyir ki, bütün sahələrdə olan bahalaşma kəndli həyatına da təsirsiz ötüşmür. Onların da yaşam xərcləri, çətinlikləri, sıxıntıları artıb:
"Ailə təsərrüfatımız var. Əvvəlki illərdə süddən gündəlik 50℅ qazanc əldə edirdiksə, hazırda bu rəqəmlər dəyişib. Çünki kommunal xərclər artıb, ərzaq bahalaşıb. Bütün bunlar yem və otun da bahalaşmasına təsir edir. Amma südün, ətin qiyməti artmayıb, olduğu kimi qalıb".
Bu səbəbdən də kəndlinin gündəlik qazancı hazırda heç 30 faiz də deyil:
"Heyvan saxlamaq mənim kimi xırda təsərrüfatı olanlar üçün çətindir. Ciddi tədbir görülməsə, həqiqətən bir neçə ilə kənd təsərrüfatı məhv olacaq. Mən həm keçiçilik, həm də maldarlıqla məşğulam. Keçiçilik təsərrüfatı artıq məhv olub. Çünki məhsul satışı 0 həddinə düşüb", - fermer deyib.
Pandemiya da kəndlinin fəaliyyətinə bir cür mənfi təsir edib.
"Əslində bizim kimi kəndlilər yalnız istehsalla məşğul olmalıyıq, satış haqda düşünməməliyik. Satış, məhsulu rahat təhvil verib pulu almaq üçün xüsusi məntəqələr olmalıdır. Amma mən həm məhsul istehsal edirəm, həm satıram, həm də bunun marketinqi ilə məşğulam. Bu, çox çətindir", - P.Məmmədov bildirib.
Meyvəçiliklə məşğul olan fermer Kamil Baxşıyev isə deyir ki, artıq kənd təsərrüfatınını başını buraxmağın vaxtınını çatdığını düşünür. Dövlətin kənd təsərrüfatı üçün ayırdığı subsidiyalar heç təsərrüfata çəkilən xərcin beşdə birini ödəmir.
"Gübrələr bahadır, su qıtdır, bağçılıqla bağlı xidmətlər od qiymətinədir. Bunun müqabilində isə meyvəyə alıcıların qoyduğu qiymət qəpik-quruşdur. İnhisarçılar meyvə-tərəvəz satışından yaxşı pul qazansalar da, fermerə oradan əziyyətdən başqa heç nə qalmır".
Elə fermerlər də var ki, başqa sahədə qazandıqları pulu fermer təsərrüfatlarına yönəldiblər. Lakin hələlik ziyandan başqa heç nə qazanmayıblar.
İstixanada pomidor yetişdirməklə məşğul olan fermer Fərhad Məmmədov isə deyir ki, ötən ili böyük ziyanla başa vurub deyə, bu il pomidor əkməkdən imtina edib:
"Heç gübrə və ziyanvericilərə qarşı dərmanlara ödədiyim pulu çıxara bilmədim. Alıcılar məndən pomidoru 20-30 qəpiyə alıb bazarda 1.50-2 manata satırdılar. Onlar qazandı, mənə isə zəhmət və iflasdan başqa heç nə qalmadı. Üstəlik, istixananın qızdırılması üçün istifadə etdiyimiz təbii qaza görə dəhşətli məbləğdə ödəniş bildirişi gəldi. Mən indidən sonra 2 il işləməliyəm ki, o qazın pulunu ödəyə bilim. Hökumət fermerlərin evini hərtərəfli yıxıb".